Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   24   25   26   27   28   29   30   31   ...   37

 

-59- 


AzərTAc-ın  əsasnaməsinin  hazırlanması,  ştat  cədvəlinin  və  xərclər  smetasının  müəyyən-

ləşdirilməsi,  milli  xəbər  agentliyinin  ilk  xəbərini  yaymağa  başlaması  kimi  də  səciyyələndir-

mək olar. 

2.

 



İkinci mərhələ 1920-ci lin may ayından 1921-ci ilin sonlarına qədər olan dövrü əhatə 

edir. Bu mərhələnin  özü də  bir neçə  dövrə bölünür. Azərbaycanın  bolşevik Rusiyası  tərəfin-

dən işğalından sonra AzərTAc-ın ilk aylar tarixi adını qoruyub saxlasa da, 1920-ci ilin avqust 

ayında agentliyin tarixi adı ləğv olunur və o, AzQafROSTA adı ilə Rusiya Teleqraf Agentliyi-

nin  bir filialı kimi  fəaliyyət  göstərməyə başlayır. 1921-ci  ilin  avqustunda agentlik  müstəqil-

liyini bərpa edir, lakin bu, çox uzun sürmür. 1923-cü ilin martında Cənubi Qafqaz respublika-

larının  informasiya  agentlikləri  ZaqTA  adı  altında  birləşdirilir  və  1936-cı  ilə  qədər  bu  ad 

altında fəaliyyət göstərir.  

3.

 

Üçüncü  mərhələ  1991-ci  ildə  Azərbaycanın  dövlət  müstəqilliyini  bərpa  etməsindən 



sonrakı  dövrü  əhatə  edir.  1992-ci  ildə  AzərTAc  tarixi  adını  bərpa  etsə  də,  müstəqilliyin  ilk 

illəri  onun  üçün  heç  də  asan  keçməmişdir.  Heç  bir  hazırlıq  olmadan  agentliyin  təsərrüfat 

hesabına keçirilməsi ciddi maliyyə çətinliklərinə səbəb olmuş, peşəkar jurnalistlərin bir çoxu 

kollektivdən getmişdi. Yalnız 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə 

qayıdışından  sonra  bütün  sahələrdə  olduğu  kimi,  AzərTAc-ın  da  fəaliyyətində  dönüş 

yaranmışdır.  Azərbaycan  Prezidentinin  imzaladığı  fərman  və  sərəncamların  icrası  sayəsində 

agentlik  yenidən dövlət  himayəsinə  keçirilmiş, onun fəaliyyətinin  təkmilləşdirilməsi,  maddi-

texniki bazasının möhkəmləndirilməsi  və işçilərin həyat  səviyyəsinin  yaxşılaşdırılması üçün 

ciddi  tədbirlər  görülmüş,  AzərTAc-ın  tarixində  ilk  dəfə  olaraq  xarici  ölkələrdə  müxbir 

məntəqələri açılmışdır. 



 

 

 

 

 

 

 

 

 


 

-60- 


III FƏSİL 

ÖLKƏNİN DÜNYA İNFORMASİYA ORBİTİNƏ 

İNTEQRASİYASINDA AzərTAc-ın ROLU 

3.1. AzərTAc və digər xəbər agentlikləri: oxşar və fərqli cəhətlər 

AzərTAc-ın  1920-ci  ildə  dövlət  informasiya  agentliyi  kimi  fəaliyyət  göstərdiyi  ilk 

aylarda xarici əlaqələri barədə konkret faktlar olmasa da, ötürücü radiostansiyadan istifadə 

etdiyini  nəzərə  alsaq,  qonşu  ölkələrlə  xəbər  mübadiləsinin  olmasını  ehtimal  edə  bilərik. 

Bütövlükdə  isə  AzərTAc-ın  beynəlxalq  əlaqələrinin  təşəkkülü  Azərbaycanın  dövlət  müs-

təqilliyinin  bərpasından  sonrakı  illərə  təsadüf  edir.  Ermənistanın  hərbi  təcavüzü  ilə 

üzləşmiş, məkrli erməni təbliğat maşınının və xaricdəki güclü erməni lobbisinin məqsəd-

yönlü anti-azərbaycan fəaliyyəti nəticəsində informasiya blokadasına düşmüş Azərbaycan 

Respublikasının  haqq  səsinin,  ölkəmiz  haqqında  həqiqətlərin  dünyaya  bəyan  edilməsi 

AzərTAc-ın  müstəqil  dövlətin  rəsmi  xəbər  agentliyinin  dünya  informasiya  məkanına 

çıxmasına nail olmağı, xarici tərəfdaşlarla sıx əlaqələr qurmağı zərurətə çevirmişdir. 

Lakin bu, yalnız AzərTAc-ın səyləri sayəsində mümkün deyildi, bütövlükdə müstəqil 

dövlət kimi Azərbaycanın özünü dünyada tanıtması ilə bilavasitə bağlı idi. 

Ümummilli  lider  Heydər  Əliyevin  siyasi  hakimiyyət  qayıdışından  sonra  Azərbaycan 

Respublikasını dünya birliyində öz yerini tutması, ulu öndərin daxili və xarici siyasətinin 

müasir  mərhələdə  Prezident  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirilməsi  sayəsində 

ölkəmizin regionda şəksiz lider dövlətə çevrilməsi, beynəlxalq aləmdə nüfuzunun daha da 

artması  və  mövqelərininin  möhkəmlənməsi,  habelə  AzərTAc-ın  maddi-texniki  bazasının 

gücləndirilməsi  sahəsində  dövlət  səviyyəssində  görülən  ardıcıl  tədbirlər  agentliyin  xarici 

əlaqələrinin inkişafında, onun dünya informasiya məkanına çıxmasında həlledici rol oyna-

mışdır. 

Azərbaycanın  yeni  informasiya  məkanında  öz  mövqeyini  möhkəmləndirilməsində, 

ölkəmizin  üzləşdiyi  problemlər  barədə  həqiqətlərin  dünya  ictimaiyyətinə  çatdırılmasında 

Bakıda  keçirilən  beynəlxalq  tədbirlər,  bu  tədbirlərdə  xarici  kütləvi  informasiya  vasitələri 

nümayəndələrinin  iştrakı,  dövlətimizin  başçısının  nüfuzlu  nəşrlərə  və  telekanallara 

müsahibələri də böyük rol oynayır. 

Qlobal  informasiya  məkanında  daha  geniş  təmsil  olunması,  Azərbaycan  haqqında 

obyektiv  informasiyanın  yayılma  coğrafiyasının  genişləndirilməsi  AzərTAc-ın  fəaliyyəti-

nin  strateji  istiqamətidir.  Eyni  zamanda,  dünyanın  aparıcı  informasiya  agentliklərinin 

zəngin təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi də daim diqqət mərkəzindədir. Hazırda 




 

-61- 


Anadolu  Agentliyi  (Türkiyə),  İTAR-TASS  (Rusiya),  Sinxua  (Çin),  Unikform  (Ukrayna), 

ANSA  (İtaliya),  BTA  (Bolqaristan),  MENA  (Misir),  TANYUQ  (Serbiya),  MTİ  (Maca-

ristan), İRNA (İran), Agerpres (Rumıniya), Antara (İndoneziya),  BELTA (Belarus), ATA 

(Albaniya),  “Petra”  (İordaniya),  KUNA  (Küveyt),  Kazinform  (Qazaxstan),  “Kabar” 

(Qırğızıstan), “Xovar” (Tacikistan), Yonhap (Koreya Respublikası), KYODO (Yaponiya), 

BUANEWS  (Car),  AGİ  (İtaliya),  agentlikləri  ilə  qarşılıqlı  əməkdaşlıq  haqqında  ikitərəfli 

sazişlər bağlanmışdır.

42

 



Həmin  sazişlər  bilavasitə  AzərTAc-ın  tərəfdaşlarının  təşəbbüsü  ilə  imzalanmışdır  və 

agentliyin beynəlxalq miqyasda nüfuzunun getdikcə artmasının daha bir təsdiqidir. Regio-

nun informasiya agentliyi kimi tanınmış Azərbaycan Dövlət Teleqraf Agentliyi həm də bir 

neçə regional informasiya qurumunun təsisçilərindəndir. 

Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) Türkdilli Ölkələrin Agentlikləri Birliyi adı 

ilə 1992-ci ilin noyabrında Türkiyə Cünhuriyyətinin paytaxtı Ankarada Anadolu Agentliyi 

(Türkiyə),  AzərTAc  (Azərbaycan),  Kaztaq  (indiki  Kazinform  –Qazaxıstan),  “Kabar” 

(Qırğızıstan) və TAK (Şimali Kipr) agentlikləri tərəfindən yaradılmışdır. 

Bu  birliyin  təşkil  edilməsinin  məqsədi  türk  dünyası  haqqında  etibarlı  informasiyanın  

mənbədən  bütün  dünyaya  qərəzsiz  və  obyektiv  çatdırılmasına  kömək  etmək,  əməkdaşlığı 

tənzimləmək,  informasiya  agentlikləri  arasında  texniki  infrastruktur  və  işçilərin  yetişdi-

rilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi imkanlarını genişləndirməkdir.

43

 

TKA-nın  Baş  Məclisinin  sonrakı  iclasları  Ankarada,  Aşqabadda  və  Lefkoşada 



olmuşdur.  2007-ci  ilin  mayında  Türkiyə  Cümhuriyyətinin  Karaman  şəhərində  TKA  Baş 

Məclisinin 6-cı iclası keçirilmişdir. Türk dilinin Türkiyə Cümhuriyyətində dövlət dili elan 

edilməsinin 730-cu ildönümü münasibətilə bayram şənlikləri çərçivəsində keçirilən həmin 

iclasda Birliyin Nizamnaməsinə dəyişiliklər edilmiş, TKA-nın internet səhifəsinin yaradıl-

ması və növbəti iclasın 2008-ci ildə Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. 

Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  85  illiyi  ilə  əlaqədar  TKA  Baş 

Məclisinin  “Türkdilli  ölkələrin  əlaqələrinin  inkişafında  xəbər  agentliklərinin  rolu” 

mövzusunda  7-ci  iclası  2008-ci  il  aprelin  30-dan  mayın  3-dək  Bakıda  keçirilmişdir. 

Azərbaycan,  Türkiyə,  Qazaxıstan,  Qırğızıstan  və  Şimali  Kiprin  xəbər  agentlikləri 

rəhbərlərinin  iştrak  etdiyi  toplantıya  Rusiya  Federasiyasının  Başqırdıstan  və  Tatarıstan 

respublikalarından  və  Ukraynanın  Krım  Muxtar  Respublikasından  xəbər  agentliklərinin 

nümayəndələri  də  dəvət  olunmuşdurlar.  Toplantının  iştirakçıları  qloballaşma  dövründə 

                                                           

42

 Xarici ölkələrin kütləvi informasiya vasitələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, səh. 205 



43

 Türkdilli agentliklərin Bakı görüşü. Bakı: Şərq-Qərb, 2008, səh.168.

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə