-62-
informasiyanın təsir gücünün son dərəcə artmasını nəzərə alaraq, TKA-ya daxil olan agent-
liklərin birgə səylərininin gücləndirilməsinin zəruriliyini vurğulamışdılar.
İclasda “Başinform”, “Tatarinform” və “Krım xəbərləri” agentlikləri Birliyə üzv qəbul
olunmuş, təşkilat Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) adlandırılmış, bununla əlaqə-
dar Nizamnamədə müvafiq dəyişiklik edilmişdir. TKA Baş Məclisinin 7-ci iclası Yekun
sənədinin qəbul edilməsi ilə başa çatmışdır. Bu iclasdan etibarən növbəti toplantıya qədər
TKA-da sədrlik AzərTAc-a keçmişdir.
Hazırda hər gün TKA-nın internet resursunda (www.tkaonline.org) Azərbaycanla bağ-
lı 25-30 informasiya yerləşdirilir.
44
2006-cı il mayın 29-dan 31-dək Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən təsis
konfransında yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyası (BSANNA) Qara dəniz ölkələrinin milli
informasiya agentliklərinin səylərini birləşdirən regional təşkilatdır.
14 milli informasiya agentliyinin təmsil olunduğu BSANNA-nın məqsədi sərbəst və
bərabərhüquqlu informasiya mübadiləsi aparmaq və həmin informasiyanın üzv agentlik-
lərin ölkələri ərazisində yayılmasıdır. Üzv agentliklər texniki əməkdaşlıq, təcrübə və
texnologiya mübadiləsində də bir-birilərinə kömək etməyə çalışırlar.
AzərTAc 2011-ci il iyunun 13-15-də BSANNA-nın 5-ci Baş Assambleyasına ev sa-
hibliyi etmişdir. “İnnovasiyalı inkişaf: şəffaflıq və modernləşmə” mövzusunun müzakirə
edildiyi Bakı Assambleyasında BSANNA-nın tarixində ilk dəfə olaraq qurumun rəhbər
orqanı –bürosu yaradılmışdır. Bu Assambleyada BSANNA-ya prezidentlik növbəti
toplantıya qədər AzərTAc-a keçmişdir.
45
MDB-nin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyası
(ANİA)
MDB Hökümət Başçıları Şurasının 2003-cü il sentyabrın 18-də Yaltada keçirilmiş
iclasında imzalanmış, Birliyin üzvü olan ölkələrin milli informasiya agentliklərinin
materiallarının mübadiləsi haqqında sazişin həyata keçirilməsi məqsədi ilə professional
əməkdaşlıq forması kimi təsis edilmişdir.
ANİA-nın məqsədi MDB-nin üzvü olan ölkələrin milli informasiya agentliklərinin
potensialından fəal istifadə edilməsinə, milli informasiya agentlikləri arasında material
mübadiləsinin səviyyəsini və səmərəsini artırmağa, informasiya axınında tarazlığın təmin
edilməsinə və MDB-yə daxil olan ölkələrin həyatına dair obyektiv informasiyanın operativ
yayılması üçün agentliklərin səylərini birləşdirməyə kömək etməkdir.
44
Türkdilli Xəbər Agentlikləri Birliyi – www.tkaonline.org
45
Judith and David LeRoy. Yes, web use is growing, but TV is still setting records //
http://www.current.org/audience/aud1007web-bcast.shtml
-63-
Sazişin 5-ci maddəsinə müvafiq olaraq, tərəflər milli informasiya agentliklərinin
potensialından fəal istifadə etmək, informasiya mübadiləsinin səviyyəsini və səmərəsini
artırmaq, informasiya axınında tarazlığı təmin etmək məqsədi ilə sazişin müddəalarının
yerinə yetirilməsinə görə cavabdehliyi Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin
dövlət informasiya agentliklərinin rəhbərlər şurasına –MDB İnformasiya Şurasına həvalə
etmişlər.
46
Şuranın əsas vəzifələri dövlət informasiya agentliklərinin xəbərlərinin maneəsiz
yayılması üçün ən əlverişli şəraitin yaradılması barədə tövsiyələr hazırlamaq, informasiya
fəaliyyəti məsələlərinə dair məsləhətləşmələr aparmaq, telekommunikasiya və rabitənin
inkişafına, informasiya münasibətlərinin beynəlxalq prinsip və normalarının tətbiq
edilməsinə kömək göstərmək, informasiya mübadiləsinin normativ hüquqi tənzimlən-
məsinə dair təkliflər hazırlamaqdır.
ANİA hər gün AzərTAc-ın 30-35 informasiyasını və fotoinformasiyasını öz saytında
yerləşdirir.
2004-cü ilin sentyabrında agentliyin həyatında çox əlamətdar bir hadisə baş vermiş,
AzərTAc Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA)-ya
üzv qəbul olunmuşdur. Bunun sayəsində AzərTAc- ın hər gün 20-25 informasiyası, o
cümlədən fotoinformasiyaları OANA-nın saytında (www.oananews.org) yerləşdirilir və
quruma üzv olan 33 ölkənin 40 informasiya agentliyi həmin məlumatlardan məhdudiy-
yətsiz istifadə edə bilir. Azərbaycan MDB məkanında sayca dördüncü ölkədir ki, onun
informasiya agentliyi bu nüfuzlu regional strukturda təmsil olunmuşdur.
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı YUNESKO-nun
təşəbbüsü ilə 1961-ci ildə, dünya əhalisinin yarıdan çoxunun yaşadığı qitədə informasiya
agentlikləri arasında xəbərlərin birbaşa və pulsuz mübadiləsinin təmin edilməsi üçün
yaradılmışdır. Hazırda dünyada yayılan informasiyanın böyük hissəsi OANA üzvlərinin
payına düşür.
47
2007-ci il dekabrın 12-də bu təşkilatın Baş Assambleyasının İndoneziyanın paytaxtı
Cakartada keçirilmiş növbəti iclasında AzərTAc qurumun büro üzvü seçilmişdir. Bu,
dünya media məkanında öz mövqelərini möhkəmlədən AzərTAc üçün çox mühüm hadisə
idi.
2008-ci il sentyabrın 1-4-də Bakıda AzərTAc-ın ev sahibliyi ilə OANNA İcraiyyə
Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası
keçirilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, ilk dəfə olaraq, dünyanın 20-dən çox
46
MDB ölkələri Milli İnformasiya Agentlikləri Assosiasiyası – http://www.ania-news.info
47
Asiya xəbər agentlikləri konsorsiumu – www.asiapulse.com