Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   20   21   22   23   24   25   26   27   ...   37

 

-51- 


kateqoriyadır”. O, “janr” anlayışının, müasir mətbuatda “mətn” anlayışı tərəfindən sıxışdırıl-

masını müəllif direktivliyini və ideoloji yekrəngliyini itirmiş publisistikasının sərbəst olması; 

jurnalistikanın  şəxsləndirilməsi,  yəni  əvvəllər  simasızlaşdırılmış  retranslyator  olan  müəllifin 

informasiyanın  şərhçisinə  çevrilməsi;  müasir  Rusiya  jurnalistikasının  auditoriya  ilə  dialoq 

rejimində işləməsi ilə izah edir. Publisist mətnin üç mühüm tərkib hissəsini: a) yenilik və  ya 

ortaya  çıxan  problem  haqqında  məlumatı,  b)  vəziyyətin  fraqment  şəklində  və  ya  əhatəli 

surətdə  dərk  olunmasını,  c)  auditoriyaya  emosional  təsir  üsullarını  (məntiqi-anlaqlı  və  ya 

anlaqlı-ifadəli səviyyədə) nəzərə alaraq, Kroyçik mətbu  mətnləri beş qrupa “bölməyi” təklif 

edir: 

1) Operativ-xəbərli –müxtəlif növ qısa xəbər; 



2) Operativ-təhqiqatlı –müsahibələr, reportajlar, hesabatlar

3) Təhqiqat-xəbərli –korrespondensiyalar, şərhlər (sütun), rəylər; 

4) Təhqiqat-məqalə, məktub, icmal; 

5) Təhqiqat-bədii (bədii-publisistik) – oçerk, esse, felyeton, pamflet.

39

 

Hazırda  jurnalistika  haqqında  elmdə  fikir  plüralizmi  müşahidə  olunur.  Bu  və  ya  başqa 



tədqiqatçı  çox  vaxt  ənənəvi  təsnifata  diqqət  yetirmədən  şəxsi  janrlar  nəzəriyyəsini  yaradır. 

Məsələn,  M.Şostak  xəbər  jurnalistikası,  müsahibə,  operativ  şərh,  reportyor  təhqiqatı,  habelə 

analitik, bədii (esse, oçerk) və satirik (felyeton, pamflet, parodiya, satirik replika, satirik şərh) 

publisistika  barədə  mülahizələr  irəli  sürür.  A.Tertıçnı  isə  qısa  xəbəri,  hesabatı,  müsahibəni, 

korrespondensiyasını,  bits-sorğunu,  sual-cavabı,  reportajı,  nekroloqu  informasiya  janrlarına, 

analitik hesabatı, söhbəti, şərhləri, sosial xülasəni, anketi, monitorinqi, reytinqi, resenziyanı, 

məqaləni,  jurnalist  təhqiqatını,  icmalı,  proqnozu,  versiyanı,  eksperimenti,  məktubu,  açıq 

etirafı  analitik janrlara,  oçerki,  felyetonu,  pamfleti, parodiyanı,  satirik şərhləri, məişət  heka-

yətini, rəvayəti, epiqrafı, epitafiyanı, lətifəni, zarafatı, oyunu bədii-publisistik janrlara aid edir. 

Sankt-Peterburq  Universitetinin  Jurnalistika  fakültəsinin  dövri  mətbuat  kafedrasının 

müəllimləri isə janr palitrasına daha üstün yer verirlər: informasiya janrları – reportaj (prob-

lem, maarifləndirici və hadisə xarakterli), müsahibə (monoloq, dialoq, poliloq, söhbət, məlu-

mat),  hesabat;  analitik  janrlar  –korrespondensiya,  məqalə  (baş  məqalə,  nəzəri-populyar-

laşdırıcı;  problem  –  publisist),  publisist  şərhlər,  resenziya,  icmal;  bədii-publisistik  janrlar  –

felyeton və pamflet. 

Daim  yeniləşən  və  təkmilləşən  jurnalistikada  bu  cür  fikir  müxtəlifliyi,  əslində,  material 

üzərində  səmərəli  işləməyə,  faktların  seçilməsinə,  hadisələrin  təsvirinə  kömək  edən,  sosial 

                                                           

39

 Azərbaycan  mətbuat  tarixi:  Ali  məktəb  tələbələri  üçün  dərslik/  A.  Şahverdiyevin  redaktəsi  ilə.  Bakı: 



Təhsil, 2006, səh.180

 



 

-52- 


gerçəkliyin  əks  olunmasının  davamlı  forma  əlamətlərinə  malik  olan  informasiya  janrının 

xeyrinədir. 

Müasir  jurnalistikanın  daim  inkişaf  edən  nəzəriyyə  və  təcrübəsi  AzərTAc-ın  əməkdaş-

larının  da  müzakirə  etdiyi  və  bəhrələndiyi  məsələ  kimi  qiymətlidir.  Ona  görə  də,  nəzəri  və 

təcrübi  məsələlərin  əsas  problemi  kimi  janr  məsələsinə  diqqət  yetirmək  jurnalistin  gündəlik 

fəaliyyəti üçün də əhəmiyyətlidir.  

Azərbaycan  jurnalistikasında  meydana  gələn,  praktikada  istifadə  olunan  janrların  xüsu-

siyyətləri, onların siyasi, ictimai və bədii əhəmiyyəti müasir ədəbiyyatşünaslığın və publisis-

tika  nəzəriyyəsinin  tədqiqat  obyektinə  çevrilmişdir.  Müasir  mətbuatda  istifadə  olunan  janr-

ların təsnifatının təhlilində F.Mehdinin “Bədii publisistika” (1982), “Mətbuatda publisistika” 

(1981),  C.Məmmədlinin  “Jurnalistikaya  giriş”  (2001),  C.Əbdürrəhimovanın  “Qəzet  satirası-

nın əsasları” (1991) əsərlərinin əhəmiyyətini xüsusi vurğulamaq olar. 

İnformasiyanın  artan  həcmi  ilə  fərqlənən  müasir  dünyada  həm  informasiya  mənbələri, 

həm də xəbərlərin yayılması və istehlakçıya –auditoriyaya çatdırılması üçün ixtisaslaşdırılmış 

vasitələr  xüsusi  rol  oynayır.  İnformasiya  mənbələrini  şərti  olaraq  “informator”  adlandırırlar. 

İnformatorlardan  alınan  və  istehlakçılara  çatdırılan  informasiyanın  yayılmasının  əsas 

vasitələri  isə  KİV-lər,  o  cümlədən  xəbər  agentlikləri,  mətbu,  elektron,  və  multimedia 

vasitələridir. Beləliklə, informasiyanın hərəkət zənciri  yüzilliklər ərzində dəyişməz qalmışdır 

–informasiya onun yaranma mənbəyindən yayılma vasitələrinə və onların köməyi ilə müştə-

riyə çatdırılır. 

Xəbər agentliyinin işinin uğurlu olması bir sıra amillərdən, o cümlədən onun kommuni-

kasiya  vasitələrindən  necə  istifadə  etməsindən  və  informatorlarla  necə  işləməsindən  asılıdır. 

Müasir dövrdə kompyuter şəbəkələrindən, peyk rabitəsindən istifadə etmədən lazımi operativ-

liyə nail olmaq və deməli, informasiya bazarında rəqabətə davam gətirmək mümkün deyildir. 

Qloballaşan dünyada və elmi-texniki tərəqqinin davam etdiyi şəraitdə informasiya sferası 

öz  inkişafının  yeni,  texniki  imkanların  müxtəlifliyi  və  dünya  informasiya  məkanına  sıx 

inteqrasiyası  ilə  əvvəlki  mərhələlərdən  tamamilə  fərqlənən  mərhələsinə  daxil  olur.  Bu  dəyi-

şikliklər  nəticəsində  informasiya  keçmişdə  bir  növ  adət  etdiyimiz,  dövlət  sərhədləri  kimi 

maneələri  asanlıqla  dəf  edir  (məsələn,  peyk  rabitəsi,  e-mail,  dünyanın  istənilən  nöqtəsindən 

digər nöqtəsinə SMS, MMS göndərilməsi, Skype və digər proqramların köməyi ilə “qaynar” 

nöqtələrdən xəbərlərin şəxsi  mobil  telefon vasitəsilə translyyasiya  edilməsi,  sosial  medianın 

qeyri-məhdud imkanları və s.). 

Liviyada baş verən hadisələr barədə informatorlar vasitəsilə alınan təzə xəbərlərin opera-

tiv  yayılması  əyani  şəkildə  göstərir  ki,  əllərində  silah,  ciblərində  isə  iPhone-u  olan  adi 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə