-64-
ölkəsindən ən nüfuzlu xəbər agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri
respublikamıza gəlmişdirlər. Azərbaycanın ictimai həyatında mühüm hadisə olan bu
toplantının əhəmiyyəti həm də onda idi ki, OANA və EANA tarixində ilk dəfə olaraq bu
qurumların rəhbərləri tədbirdə birlikdə iştirak etmişlər.
Azərbaycan Respublikasının Presizdenti İlham Əliyevin OANA İcraiyyə Komitəsinin
30-cu iclasının iştirakçılarına ünvanladığı məktubda deyilirdi: “İnformasiya agentliklərini
birləşdirən böyük regional təşkilatların və nüfuzlu xəbər agentliklərinin rəhbər şəxslərinin
iştirakı ilə belə bir tədbirin Bakı şəhərində keçirilməsi beynəlxalq aləmə hərtərəfli
inteqrasiya yolu seçmiş və dünya informasiya məkanına daxil olmuş müstəqil ölkəmizin
ictimai həyatında mühüm hadisədir.
Müasir Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, islahatların keyfiyyətcə yeni
mərhələyə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi ölkəmizdə
informasiyaya olan ictimai tələbatı daha da artırır. Dövlətin informasiya siyasəti
Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat
azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsinə, habelə
cəmiyyətin obyektiv məlumatlandırılması funksiyasını effektiv yerinə yetirilməsi üçün
kütləvi informasiya vasitələrinə zəruri şərait yaradılmasına yönəlmişdir.
Azərbaycanda müstəqillik illərində senzuranın ləğvi, fikir, söz və məlumat azadlığının
inkişaf etdirilməsi üçün qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması,
mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş çoxsaylı
tədbirlər məhz bu məqsədə xidmət edir.
Qloballaşma və ineqrasiya proseslərinin geniş vüsət aldığı müasir dövrdə bəşəriyyəti
təhdid edən terrorizm, separatçılıq, ekstremizm kimi hallar mövcuddur. On beş ildən
çoxdur ki, torpaqlarının 20 faizi işğal olunmuş,terror aktlarına, etnik təmizlənməyə və
soyqırımına məruz qalmış Azərbaycan həm də Ermənistan və erməni lobbisinin mədəni-
ideoloji təxribatı, riyakar informasiya müharibəsi ilə üzləşmişdir.
Müasir dövrdə bütün dünyada insanlar üçün obyektiv, qərəzsiz, vicdanlı
informasiyanın açıq olması son nəticədə həm də Yer üzündə sülhün, təhlükəsizliyin
möhkəmlənməsinə, ölkələr və xalqlar arasında əməkdaşlığın, sivilizasiyalararası dialoqun
genişlənməsinə xidmət edir. Əmin olduğumu bildirirəm ki, yaşadığımız dövrün çox
mühüm və aktual bir mövzusuna həsr olunmuş toplantı konstruktiv müzakirələr, faydalı
fikir mübadiləsi ruhunda keçəcək, bəşəri dəyərlərin təbliğinə öz töhfəsini verəcəkdir.”
48
48
Qloballaşan dünyada informasiya hami üçün., Bakı Şərq-Qərb 2009. səh.10-11
-65-
2010-cu il noyabrın 24-27-də OANA-nın İstanbulda 14-cü Baş Assambleyasında bu
quruma rəhbərlik Türkiyənin Anadolu Agentliyinə keçmiş, AzərTAc isə təşkilatın büro
üzvü seçilmişdir.
AzərTAc-ın həyatında ən mühüm hadisələrdən biri də 2008-ci il aprelin 18-nə təsadüf
edir. Həmin gün AzərTAc daha bir nüfuzlu regional media qurumuna, Avropa Xəbər
Agentlikləri Alyansına (EANA)-ya üzv qəbul olunmuşdur. EANA Baş Assambleyasının
Estoniyanın paytaxtı Tallində keçirilmiş iclasında AzərTAc-ın bu quruma üzv olmasını
təşkilatın həmin forumda təmsil olunmuş 29 üzvündən 26-sı dəstəkləmişdir. Beləliklə,
AzərTAc postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya üzv qəbul
edilmiş üçüncü milli informasiya agentliyi və həmin təşkilatın sayca 30-cu üzvü olmuşdur.
Bu, AzərTAc-ın dünya informasiya məkanında daha geniş təmsil olunması, Azərbaycan
haqqında xəbərlərin yayılma coğrafiyasının genişlənməsi üçün çox vacib idi.
EANA 52 il əvvəl “Avropa xəbər agentlikləri ailəsi” kimi təsis edilmiş, lakin bu
qurumun sələfinin təməli hələ 1924-cü ildə qoyulmuşdu. Təşkilat İkinci Dünya müharibəsi
dövründə bağlanmış, 1956-cı ildə yenidən fəaliyyətə başlamışdır. Həmin dövrdə bu
təşkilata Qərbi Avropa ölkələrinin, Yuqoslaviya və Türkiyənin xəbər agentlikləri daxil idi.
1970-ci illərdə EANA üzvləri çox cəsarətli bir qərar qəbul edərək, “dəmir pərdə
arxasında olan agentliklər”in də ona qoşulması və qurumun imkanlarından istifadə
etməsinə şərait yaratmışlar.
Berlin divarı söküləndən sonra Şərqi Avropa ölkələri agentliklərinin də EANA-ya
qoşulması mühüm hadisə oldu. Beləlikə, media bazaları dəyişdi və xəbər agentlikləri
qloballaşmaqda olan dünyada hamının informasiya yayması üçün imkan yaratmaq
çağırışlarına cavab verdilər.
Avropa alyansının başlıca məqsədi informasiya agentliklərinin müstəqil və qərəzsiz
xəbər yayılma vəzifəsini yerinə yetirmələri üçün biznes mühitini təmin etməkdir. Buraya
informasiya agentlikləri üçün müəlliflik hüquqlarının tanınması, informasiya mənbələrinə
müraciət imkanı, iştrakçı agentliklər arasında əməkdaşlığın inkişafı və informasiya
mübadiləsi, habelə seminarlar, praktikumlar və başqa tədbirlər təşkil etməklə təcrübə
mübadiləsinə nail olmaq daxildir.
EANA mənfəət əldə etmək məqsədi güdməyən üzvlərin ittifaqıdır. Təşkilat quruma
daxil olan agentliklərin eyni məbləğdə ödədiyi üzvlük haqları hesabına fəaliyyət göstərir.
Hər il keçirilən Baş Assambleyada səsvermə zamanı “bir agentlik – bir səs” qaydası əsas
götürülür.