-66-
EANA “Avropa xəbər agentlikləri ailəsi” hüdudlarında aylıq bülletenlər, konfranslar
və ikitərəfli əlaqələr vasitəsilə əməkdaşlığı və təcrübə mübadiləsini həyata keçirən
Ümumavropa forumu kimi xidmətlər göstərir.
49
AzərTAc 2008-ci ildən Asiya Xəbər Agentlikləri Konsorsiumunun (Asiya Pulse)
üzvüdür.
1996-cı ildə yaradılmış Asia Pulse real vaxt rejimində çalışan, Asiyada sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi üçün zəruri informasiyanı korporasiyalara, hökümətlərə və
ayrı-ayrı şəxslərə təqdim edən xəbərlər və kommersiya- kəşfiyyat xidmətidir.
30-dan çox ölkədə 50-dən artıq senaye sahəsini əhatə edən, bu sahədə ixtisaslaşan
jurnalistlər və analitiklər hər gün bu qurumun internet resursunda 300-ə yaxın xəbər yayır,
ayrı-ayrı sənaye sahələri barədə məlumatları, şirkətlərin elanlarını, analitik materiallar,
şəhərlər, layihələr dərc edirlər.
Asiya Pulse Asiya şirkətlərində, sənaye sahələrində davam edən modernləşməyə,
infrastruktur və investisiya məsələlərinə, müştərək müəssisələrin yaradılmasına, ticarət
imkanlarının öyrənilməsinə və iqtisadi inkişafa kömək edir. Bu qədər çoxsahəli fəaliyyəti
bir mərkəzdə cəmləşdirməklə konsorsium yüzlərlə pərakəndə informasiya mənbəyinə
müraciət etmək zərurətindən yaxa qurtarmağa imkan verir.
Asia Pulse başqa xidmətlər də göstərir. Məsələn, burada “Data Sources” adlı gündəlik
ümumi xəbərlər xidmətini, rəhbərlər üçün nəzərdə tutulan xəbərlərin mobil telefon
vasitəsilə icmalı (SMS –xəbərlər), Asiya ölkələrində öz biznesini yaratmaq istəyən işgüzar
adamlar üçün nəzərdə tutulan, mədəni protokolların incəliklərini düzgün başa düşməyə və
bu regionda sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən səhvlərə yol verməməyə kömək edən
işgüzar xəbərləri və digər növ xəbərləri qeyd etmək olar.
50
Azərbaycan Dövlət Teleqraf Agentliyi Dünya İnformasiya Agentlikləri Konqresinin
fəal iştrakçısıdır.
Dünya İnformasiya Agentlikləri Konqresi 2004-cü ildə BMT-nin, YUNESKO-nun və
aparıcı regional informasiya agentliklərinin dəstəyi ilə yaradılmışdır. İTAR-TASS
agentliyinin təşəbbüsü ilə 2004-cü il sentyabrın 23-25-də Moskvada keçirilmiş ilk iclasda
dünyanın 100-dən çox ölkəsini təmsil edən 115 informasiya agentliyinin liderləri regional
xəbər agentliklərinin iclaslarında işlənib hazırlanmış konsepsiyanı yekdilliklə dəstəkləmiş-
lər. Konqres iştirakçıları özlərinin işçi orqanını –Dünya İnformasiya Agentlikləri Şurasını
yaratmışlar.
49
Miller T. Technologies of Truth: Cultural Citizenship and the Popular Media. Minneapolis: University of
Minnesota Press, 1998, 290 p.
50
Sivilizasiyanın dialoqu: siyasi partiyalar. Bakı: Şərq-Qərb, 2008, s. 408
-67-
Bu ictimai şuraya regional informasiya agentliklərinin rəhbərləri və digər nümayən-
dələri daxildir. Şura dünyanın müxtəlif regionlarını təmsil edən agentliklər arasında
peşəkar əməkdaşlığı və qarşılıqlı əlaqələri bu cür görüşləri dünyanın aparıcı xəbər
provayderləri arasında dialoq, habelə fikir, informasiya və təcrübə mübadiləsi üçün
platforma rolu oynayır.
Dünya İnformasiya Agentlikləri Konqresinin 2007-ci il oktyabrın 24-27 də
İspaniyanın Estepona şəhərində keçirilmiş ikinci iclasında dünyanın 110-a yaxın
ölkələrindən 120-dən çox xəbər agentliyinin, o cümlədən AzərTAc-ın nümayəndələri
təmsil olunmuşdu. Estepona görüşündə əməkdaşlığı genişləndirmək imkanları, yeni
texnologiyalardan agentliklərin işində istifadə edilməsinin üstünlükləri, dünyanın “qaynar
nöqtələri”ndə işləyən jurnalistlərin üzləşdiyi problemlər, informasiya piratlığına qarşı
mübarizə məsələləri müzakirə edilmişdi. Tədbir çərçivəsində fotoşəkil müsabiqəsi də
keçirilmiş və AzərTAc-ın müsabiqəyə təqdim etdiyi fotoşəkil birinci yerə layiq
görülmüşdür.
51
AzərTAc digər nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir, müştərək layihələr
həyata keçirir. 2008-ci il noyabrın 14-də AzərTAc YUNESKO-nun Moskva bürosu ilə
birlikdə “Müasir iqlim dəyişmələri və Azərbaycan” mövzusunda seminar keçirmişdir. Pilot
layihəsi əsasında keçirilmiş seminarda YUNESKO-nun nümayəndələri, Azərbaycanın
görkəmli ekoloq alimləri, kütləvi informasiya vasitələrinin ekoloji problemləri işıqlandıran
əməkdaşları iştirak edirdi. Bu seminarın məqsədi ekologiya mövzusunda yazan jurnalist-
lərin peşəkarlıq səviyyəsini artırmaq, KİV nümayəndələrini qlobal iqlim dəyişikliklərinin
əsas səbəbləri, bu dəyişikliklərin Azərbaycana və regiona təsiri ilə tanış etmək, habelə
iqlim dəyişmələri barədə ictimaiyyəti məlumatlandırmaq idi.
AzərTAc-ın xarici əlaqələrinin genişlənməsi baxımından 2010-cu il yanvarın 22-23-də
Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə birinci Azərbaycan – Rusiya forumunun da
əhəmiyyəti vurğulanmalıdır. Bu tədbirdə Rusiya Federasiyasının “İzvestiye”, “Komso-
molskaya pravda”, “Selskaya jizn”, “Rossiyskaya qazeta”, “Kommersant” kimi geniş
oxucu auditoriyası olan populyar qəzetlərinin rəhbərləri, aparıcı teleradiokanalların
təmsilçiləri iştirak edirdilər.
52
Forum Azərbaycan həqiqətlərinin yayılması, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi
baxımından çox faydalı olmuşdur. Qonaqlar forumun mətbuat bölməsinin Azərbaycan
Dövlət Teleqraf Agentliyində keçirilən toplantısının işində də iştirak etmişlər. Rusiya KİV-
51
Xarici ölkələrin kütləvi informasiya vasitələri. Bakı: “Azərbaycan” nəşriyyatı, 1997, səh.9
52
Aslanov A., Musayev V., İsmayılov D. AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfli yol. Bakı: Şərq-
Qərb, 2008, səh.43