-76-
beynəlxalq aləmdə daha geniş coğrafiyada yaymağa, eyni zamanda, Azərbaycan
oxucusunun dünyadakı ən son yeniliklərlə tanış etməyə imkan verir.
2.
Cəmiyyətin inkişafının müasir mərhələsində informasiyanın operativ hazırlanması
və yayılması yeni texnologiyaların tətbiqi olmadan mümkün deyildir. Elmi-texniki
nailiyyətlərə biganə qalmayan AzərTAc da son texnologiyalarla təchiz edilmiş multimedia
redaksiyaları yaradaraq video, foto, səsli və yazılı informasiyanı eyni vaxtda istifadəçiyə
çatdırır.
3.
İnformasiyanın yayılmasında multimedia xidmətinin əsas tərkib hissələrindən biri
təsviri xəbər adlandırılan infoqrafikadır. Son vaxtlar agentliklər görüntülü, səsli və yazılı
xəbərlərlə yanaşı, infoqrafikadan da geniş istifadə edirlər. İnfoqrafikanın əsas məqsədi
materiala forma cəhətdən dizayn vermək deyil, qrafik material vasitəsilə faktları sadə və
anlaşıqlı şəkildə şərh etməkdir. Hazırda AzərTAc da ondan istifadəyə başlamışdır.
4.
Sosial şəbəkələrin informasiya məkanında rolu getdikcə artır. Dünyanın aparıcı
informasiya agentlikləri sosial şəbəkələrə çıxışı təmin etmək üçün öz səhifələrində onların
linkini yerləşdirir. AzərTAc da bu inteqrasiya prosesinə qoşulmaqda maraqlı olsa da,
elektron məlumatların və intellektual mülkiyyətin qorunmasında müəyyən risklərin
olduğunu nəzərə alaraq, hələlik bu məsələyə bir qədər ehtiyatla yanaşmağı məqsədəuyğun
sayır.
-77-
Nəticə
Müasir dövrdə hər bir cəmiyyətin həyatını, o cümlədən dövlətin daxili və xarici
siyasətini, beynəlxalq əlaqələrini informasiya işindən kənarda təsəvvür etmək mümkün
deyildir. Xüsusilə qloballaşma prosesi geniş vüsət aldıqca, informasiyaya tələbat daha da
artır. Çünki informasiyanın siyasi münasibətlərə və proseslərə, istər beynəlxalq miqyasda,
istərsə də konkret cəmiyyət daxilində ictimai rəyə təsir göstərmək imkanları genişlənir.
Bəşəriyyətin tarixi inkişafının əvvəlki dövrləri ilə müqayisədə müasir mərhələdə infor-
masiya siyasi və sosial idarəetmədə, iqtisadiyyatın tənzimlənməsində, insanları getdikcə
daha çox narahat edən ekoloji problemlərin həllində əvəzsiz rol oynayır. Bununla yanaşı,
dövlətin məqsədyönlü informasiya siyasəti onun ideologiyasının həyata keçirilməsinə
xidmət edir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra həm də özünün informasiya
siyasətini müəyyənləşdirmişdir. Gənc müstəqil dövlət daxili və xarici siyasətini həyata
keçirmək, beynəlxalq aləmdə mövqeyini və nüfuzunu möhkəmləndirmək üçün informasiya
işinin müasir tələblər səviyyəsində qurulmasına, daha geniş coğrafiyanı əhatə etməsinə
böyük əhəmiyyət verir.Araşdırma nəticəsində gəldiyimiz qənaəti qisaca belə ifadə etmək
olar:
Cəmiyyətin inkişafının yeni mərhələsində əsas resurslardan biri informasiyadır.
Inkişaf prosesində demokratik transformasiyalarla zəngin olan müasir cəmiyyətdə
informasiya elə bir maddi sərvətdir ki, o tükənmir, köhnəlmir, əksinə, getdikcə daha da
artır və keyfiyyətcə yaxşılaşır. Bu xüsusiyyətlərinə görə müasir dünyada informasiya
yüksək dəyərə malik maddi və intellektual sərvətə çevrilmişdir. İnformasiyanın mübadiləsi
rəqabətə deyil, əməkdaşlığa yol açdığı üçün inkişaf prosesində onun rolu getdikcə artır.
Müasir dünyada inkişafın yeni, müxtəlif modelləri ilə bir-birindən fərqlənən ölkələrdə
KİV-lərin sayının sürətlə çoxalmasına, onların texniki və maliyyə imkanlarının
genişlənməsinə baxmayaraq, yeni minilliyin ən mühüm məhsulu sayılan informasiyaya
tələbat nəinki azalmır, əksinə, onun yetərincə ödənilməsi problemi yranır. Bu problemin
həlli yolları ilə bağlı elmi-nəzəri mənbələri araşdırarkən məlum olmuşdur ki, cəmiyyətin
informasiyaya tələbatının ödənilməsi üçün KİV-lər özlərinin, ilk növbədə, oxucu
auditoriyalarını müəyyənləşdirməli, onun səviyyəsini və maraq dairəsini nəzərə alaraq
fəaliyyətini bu istiqamətdə qurmalıdır.
Auditoriyanı öyrənmək baxımından elektron informasiya vasitələrinin imkanları yazılı
mətbuatda müqayisəyəgəlməz dərəcədə genişdir. İnteraktivlik, operativ əks əlaqə, yüksək
sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları elektron media ilə
-78-
ənənəvi mətbuat arasında rəqabəti dərinləşdirmişdir. Buna hətta fəlsəfi aspektdən
yanaşaraq, “yeniliklə köhnəliyin mübarizəsi” adlandıranlar da vardır. Doğrudur, elektron
media yazılı mətbuatı müəyyən qədər sıxışdırsa da, onu tam sıradan çıxarması mümkün
deyil. Oxucuya seçim etmək imkanı verməsi, heç bir texniki vasitədən istifadə etmədən
istənilən vaxtda onunla tanış olmağın mümkünlüyü və s. xüsusiyyətlərinə görə, yazılı
mətbuat bundan sonra da informasiya mənbələrindən biri kimi qalacaqdır.
Vaxtilə televiziya bumu başlayanda da bu cür düşünənlər çox olmuşdur.İndi internetin
tükənməz imkanlarını görüb televiziyanın gələcəyini şübhə altına alanların da narahatlığı
əbəsdir. Çünki ən yeni xəbəri televiziya ekranlarından eşidib görmək istəyənlərin sayı
internet istifadəçilərinin sayında heç də az deyildir. Hər halda, indi reallıq belədir və kim
təminat verə bilər ki, gələcəkdə interneti üstələyəcək daha modern informasiya texno-
logiyaları yaranmayacaqdır.
Mətbuatın hansı növünün üstün olub-olmaması barədə hökm vermək düzgün olmazdı.
Çünki informasiya cəmiyyətində mediatexnologiya heyrətamiz sürətlə dəyişir. Ancaq
dəyişməyən mətbuatın təməl prinsipi –yəni KİV-lərin siyasi proseslərə təsir edən, ictimai
rəyi formalaşdıran əsas vasitə olmasıdır. Ona görə də müasir kütləvi informasiya vasitələri
dünyada baş verən hadisələri operativ işıqlandırmaqla yanaşı, həm də informasiyanı geniş
təhlil etməli, onu ilkin süzgəcdən keçirməli və məqsədyönlü şəkildə seçməlidir. Bu,
informasiya istehsalı prosesində prinsipial məsələdir. Müxtəlif informasiya mənbələrinin
istehlakçının diqqətini cəlb etmək üçün bir-biri ilə rəqabət apardığı bir vaxtda bu
mənbələrə müraciət edərkən onların potensial imkanları, istehlakçıya təklif etdikləri
informasiyanın mötəbərliliyi və dolğunluğu nəzərə alınmalıdır.
İnformasiya hazırlandıqdan sonra növbəti mərhələ onun auditoriyaya hansı üsulla
çatdırılmasıdır. İnformasiyanın yayılması üçün kanallar seçərkən auditoriyanın miqyasına,
onun keyfiyyət tərkibinə, çatdırılma müddətinə və yayım kanalının zəruri resurslarına, o
cümlədən maliyyə imkanlarına xüsusi diqqət yetirilməlidir. Bu amillər nəzərə alınmadan
hazırlanmış ən yaxşı informasiya belə əhəmiyyətini itirəcəkdir.
Araşdırmamızın əsas məqsədinə-Azərbaycanın ilk xəbər agentliyinin-90 illik inkişaf
yolu keçmiş AzərTAc-ın tarixinə gəldikdə isə, ayrı-ayrı yubiley məqalələri, bəzi jurnalist
xatirələri istisna olmaqla, əslində, bu sahədə araşdırma aparılmışdır. Ona görə də, Azərbay-
can Xalq Cümhuriyyətinin yadigarının, tarixi baxımdan Şərqdə ilk xəbər agentliklərindən
olan AzərTAc-ın keçdiyi çətin və eyni zamanda şərəfli yolu, onun bügünkü səviyyəyə
çatması üçün görülən işləri imkan daxilində geniş araşdırmağa ehtiyac var idi. Bu ehtiyacı
Dostları ilə paylaş: |