Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə2/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   2   3   4   5   6   7   8   9   ...   37

 

-4- 


Lakin AzərTAc cəmi iki aya yaxın müstəqil fəaliyyət göstərə bildi. Bolşevik Rusiyasının 

işğalı  nəticəsində  1920-ci  il  aprelin  28-də  Azərbaycan  Xalq  Cümhuriyyəti  süqut  etdi. 

Azərbay-canda  sovet  hakimiyyətinin  qurulduğu  ilk  aylarda  AzərTAc  formal  olaraq  öz 

müstəqilliyini qoruyub saxlasa da, əslində, Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialı kimi 

fəaliyyət göstərirdi. 

1921-ci  ildə  AzərTA  QafROSTA-nın  bazasında  yenidən  təşkil  olunandan  sonra  Qubad 

Qasımov iyulun 14-də agentliyin direktoru təyin edilir. 

Zaqafqaziya  Federasiyası  yarandıqdan  sonra,  1923-cü  ilin  martında  üç  Cənubi  Qafqaz 

respublikasının  informasiya  agentlikləri  ZaqTA  yenidən  müstəqil  informasiya  orqanı  kimi 

fəaliyyətini bərpa etdi. 

Azərbaycanın  mətbuatının,  xüsusilə  də  1972-ci  ildən  Azərinform  adlanan  xəbər 

agentliyinin  inkişafı  da  yüksəliş  yoluna  qədəm  qoymuş  respublikanın  uğurları  ilə  sıx  bağlı 

olmuşdur. Beləliklə, ölkəmizin ilk xəbər agentliyi olan Azərbaycan Dövlət Teleqraf Agentliyi 

–AzərTAc yarandığı dövrdən bu günə qədər mürəkkəb və şərəfli bir inkişaf yolu kecmişdir.  

Agentliyin təkcə adının 7 dəfə dəyişdirilməsi –1920-ci ildə AzərTAc, yenə də həmin ildə 

AzQafROSTA,  1921-ci  ildə  AzərTA,  1922-ci  ildə  ZaqTA,  1936-cı  ildə  yenidən  AzərTA, 

1972-ci ildə Azərinform, nəhayət 1992-ci ildə AzərTAc adlandırılmasının özü keçilmiş tarixi 

yolun  mürəkkəbliyini  təsdiq  edən  faktlardan  biridir.  Bütün  çətinliklərə  baxmayaraq,  o  dövr 

üçün  müasir  sayılan  texniki  avadanlıqdan  istifadə  etməklə  öz  vəzifəsini  ləyaqətlə  yerinə 

yetirmişdir. 

“Müstəqillik  dövründə  AzərTAc”  adlı  ikinci  yarımfəsil  özü  də  iki  qısa  yarımfəsildən 

ibarətdir.  Bu  qısa  yarımfəsillərdə  əsasən  müstəqillik  dövründə  AzərTAcın  fəaliyyətindən 

danışılır. Göstərilir ki, Azərbaycan Respublikasının o vaxtkı Prezidenti Əbülfəz Elçibəy 1992-

ci  il  dekabırın  18-də  “Azərbaycan  Dövlət  İnformasiya  Agentliyinin  (Azərinformun)  tarixi 

adının bərpa edilməsi” haqqında Sərəncam imzaladı. 

“Azərbaycan  Teleqraf  Agentliyinin  (AzərTAc-ın)  yenidən  təşkil  edilməsi  haqqında” 

Prezident 1995-ci il 3 mart tarixli Fərmanı ilə AzərTAc-ın ənənəvi adı saxlanılmaqla Nazirlər 

Kabineti  yanında  Dövlət  Teleqraf  Agentliyi  yaradıldı,  ona  rəsmi  dövlət  informasiya  orqanı 

statusu  verildi.  Fərmanda  Nazirlər  Kabinetində  AzərTAc-ın  maddi-texniki  bazasının  müasir 

tələblərə uyğunlaşdırılması və onun dünya standartları səviyyəsində fəaliyyət göstərməsi üçün 

lazımi tədbirlər görmək tapşırılmışdı. 

Fərmanın  icrası  ilə bağlı Nazirlər Kabineti 1995-ci  il iyulun  3-də  “Azərbaycan Teleqraf 

Agentliyinin  (AzərTAc-ın)  yenidən  təşkil  edilməsi  haqqında”  qərar  qəbul  etdi.  AzərTAc-ın 



 

-5- 


Türkiyədə, Rusiyada, ABŞ-da, İranda, Almaniyada, İngiltərədə, Türkmənistanda, Gürcüstan-

da və Özbəkistanda müxbir məntəqələrinin açılmasına icazə verildi. 

Prezident Heydər Əliyev 2000-ci il yanvarın 17-də “Azərbaycan Respublikasının Nazirlər 

Kabineti yanında Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) fəaliyyətinin təkmilləşdirilməsi 

haqqında”  Fərman  imzaladı.  Fərmana  əsasən  AzərTAc  Nazirlər  Kabinetinin  tabeliyindən 

çıxarılaraq,  Prezidentə  tabe  olan  müstəqil  qurum  –Azərbaycan  Dövlət  Teleqraf  Agentliyi 

adlandırıldı,  agentliyin  tərkibində xarici  dillərdə  xəbərlər hazırlayan və  yayan baş  redaksiya 

yaradıldı. 

2002-ci  il iyunun 29-da  Prezidentin  Fərmanı  ilə  “Azərbaycan Dövlət  Teleqraf Agentliyi 

(AzərTAc) haqqında “Əsasnamə” təsdiq edildi. 

2010-ci  il AzərTAc-ın  tarixinə əlamətdar il kimi daxil oldu  –agentlik  özünün 90 illiyini 

qeyd etdi. 

“Müstəqil  AzərTAc-ın  informasiya  siyasəti”  adlanan  ikinci  fəslin  üçüncü  yarımfəslində 

göstərilir  ki,AzərTAc  xəbər  agentliyində  daha  cox  siyasi  xəbərlərə  yer  verilir.Bundan  əlavə 

iqtisadi,  mədəniyyət,  elm  və  təhsil  və.s  xəbərləri  və  dünyada  baş  verən  ən  son  yeniliklər 

barədə  də  geniş  məlumat  verilir.  Siyasi  xəbərlərdə  əsasən  Azərbaycanın  xarici  dövlətlərlə 

əməkdaşlı, Milli Məclisdə qəbul edilən qərarlar, prezidentin xarici ölkələrə səfəri barədə və s 

informasiyalar təşkil edir. 

AzərTAc  günümüzdə  abunəsi  olan  80  ölkəyə  xəbər  köməkliyi  edir.  Rusca,  ingiliscə, 

almanca və ana dilində informasiya verən agentliyin xəbər toplamaqda əməyi keçən 194 işçisi 

vardır.  Agentlik  günlük  teqribi  400  xəbər  yayır  və  bu  xəbərlərin  də  20-25-i  xarici  ölkələrlə 

bağlı xəbərlərdir. 

“ÖLKƏNİN  DÜNYA  İNFORMASİYA  ORBİTİNƏ  İNTEQRASİYASINDA  AzərTAc-

ın ROLU” adlanan üçüncü fəsil iki yarımfəsildən ibarətdir. 

“AzərTAc  və  digər  xəbər  agentlikləri:  oxşar  və  fərqli  cəhətlər”adlı  birinci  fəsildə  qeyd 

edilir  ki:AzərTAc-ın  1920-ci  ildə  dövlət  informasiya  agentliyi  kimi  fəaliyyət  göstərdiyi  ilk 

aylarda  xarici  əlaqələri  barədə  konkret  faktlar  olmasa  da,  ötürücü  radiostansiyadan  istifadə 

etdiyini nəzərə alsaq, qonşu ölkələrlə xəbər mübadiləsinin olmasını ehtimal edə bilərik. 

Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) Türkdilli Ölkələrin Agentlikləri Birliyi adı ilə 

1992-ci  ilin  noyabrında  Türkiyə  Cünhuriyyətinin  paytaxtı  Ankarada  Anadolu  Agentliyi 

(Türkiyə), AzərTAc (Azərbaycan), Kaztaq (indiki Kazinform  –Qazaxıstan), “Kabar” (Qırğı-

zıstan) və TAK (Şimali Kipr) agentlikləri tərəfindən yaradılmışdır 

AzərTAc 2011-ci il iyunun 13-15-də BSANNA-nın 5-ci Baş Assambleyasına ev sahibliyi 

etmişdir.  Bu  Assambleyada  BSANNA-ya  prezidentlik  növbəti  toplantıya  qədər  AzərTAc-a 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə