Müasir dövrdə Azərtac xəbər agentliyinin fəaliyəti



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix08.10.2017
ölçüsü0,75 Mb.
#3864
növüReferat
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 

-57- 


formaları”  məsələsini  auditoriya  ilə  ünsiyyətin  nə  cür  adlandırılması  kontekstində  deyil, 

fərdin  informasiya  məkanına  daxil  olması  və  sistemdə  şəxsiyyətin  mövqeyinin  aktivləşməsi 

kimi  maraqlı  psixoloji  prosesin  yaranması  baxımından  araşdırılması  faydalı  olardı. 

Qloballaşmanın  sürətli  gedişində  fərdin  intellektual  qabiliyyətinin  üzə  çıxarılması  və  

imkanlarının  genişləndirilməsi  baxımından  bu  psixoloji  prosesin  əhəmiyyəti  böyükdür. 

Auditoriya ilə təmasda əks-əlaqənin qurulmasında fərdin baxışlarının nəzərə alınması və onun 

fikirlərinin  şəbəkədə  yer  alması  informasiya  işinin  təşkilinin  yeni  mərhələsində  geniş 

ünsiyyətə imkan verən səciyyəvi üstünlüyə malikdir. 

“İnformasiya  agentlikləri  məlumatların  əldə  olunması,  işlənməsi  və  yayılmasında 

mədəni-kütləvi  və  ideoloji  funksiyaları  yerinə  yetirirlər.  Bu  mənada  informasiya  agentlikləri 

sosial təsisat kimi cəmiyyət daxilində kommunikasiya sistemlərinin optimal fəaliyyətini təmin 

etmək  üçün  ümumi  əhəmiyyətli  məlumatların  toplanması,  işlənməsi  və  yayılmasında 

innovativ, kulturoloji, əlaqələndirici və birləşdirici funksiyaları da həyata keçirir.”

41

 



Hazırda informasiya bazarında yerinə və çəkisinə görə agentlikləri bu cür təsnif edirlər: 

transmilli,    agentliklər,  vilayət,  şəhər  agentlikləri,  nəhayət,  nəşriyyatlar  və  yayım  şirkətləri 

nəzdində  yaradılmış  agentliklər.  Qlobal  informasiya  məkanında  Assoşietted  Press  və 

Yunayted  Press  İnternəşnl  (ABŞ),  Frans-Press  (Fransa),  Röyter  (Böyük  Britaniya),  Sinxua 

(Çin) agentlikləri daha məşhurdur. Bu agentliklər dünyada ən güclü informasiya mənbələridir 

və bir çox ölkələrin informasiya bazarında təmsil olunmuşdur. Məsələn, Avropa informasiya 

bazarında Assoşieyted Press agentliyinin payı 80 faizə çatır. 

Cəmiyyətin  media  məhsullarına  olan  tələbatının  ödənilməsində  regional  və  milli 

agentliklərlə  yanaşı,  özəl  informasiya  agentlikləri  də  mühüm  rol  oynayır.  İnformasiya 

xidmətinin bu növü Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində mövcuddur və 

onların  şəbəkəsi  getdikcə  genişlənməkdədir.  Özəl  agentliklərin  şəbəkəsinin  genişlənməsi  də 

müasir cəmiyyətlərdə informasiyaya artan tələbatın nəticəsidir. 

İnformasiya  agentliyinin  işinin  operativliyini  qiymətləndirmək  üçün  optimal  meyar 

müəyyən zaman vahidi (saat, gün, həftə, ay) ərzində buraxılmış xəbərlərin sayıdır. Məsələn, 

AzərTAc www.azertag.com resursunun istifadəçiləri üçün orta hesabla hər saatda 18-20 xəbər 

buraxır. Gün ərzində agentliyin buraxdığı materialların ümumi sayı 380-400 civarında dəyişir. 

Müqayisə  üçün  xatırladaq  ki,  “İnterfaks”  agentliyi  öz  abunəçiləri  üçün  qapalı  istifadə 

rejimində  hər  üç  dəqiqədə  bir  informasiya  buraxır.  Rusiyanın    “RİA  Novosti”  beynəlxalq 

informasiya agentliyi sərbəst istifadə üçün hər saatda təqribən 20 xəbər, “RBK” agentliyi isə 

cəmi 3-5 xəbər buraxır. 

                                                           

41

 Vəliyev H.A. Dünya informasiya agentlikləri:  Dərs vəsaiti. B.: Bakı Universiteti nəşriyyatı, 2003, səh. 63



 


 

-58- 


Xəbər agentliklərinin fəaliyyətində daim diqqətdə saxlanılmalıdır ki, ən müasir texnika və 

texnologiyaların  tətbiqi  informasiya  işinin  təşkilində  uğur  qazanmaq  üçün  heç  də  yetərli 

deyildir. Əgər informatorlarla işdə operativlik təmin edilməsə, ən yeni mediatexnologiyaların 

tətbiqi  heç  bir  səmərə  verməyəcəkdir.  Assoşieyted  Pressin  sabiq  redaktoru  R.Port  bu  barədə 

demişdir: “Xəbər yaymaq üçün nə qədər veb-sayt yaradırsınıza yaradın, bu, o qədər də vacib 

deyildir.  Vacib  olan  odur  ki,  gərək  hadisələrin  baş  verdiyi  yerdə  olasan”.  R.Portun  bu 

qənaətindən  irəli  gələn  mətləb  odur  ki,  xəbərlərin  hazırlanmasında  informatorla  işin 

əhəmiyyəti  çox  böyükdür.  İnformatorlar  aşağıdakı  qruplara  bölünürlər:  sosial  fenomen 

daşıyıcıları –onlar özləri haqqında məlumat verən informatorlardır; müşahidəçi informatorlar 

–onlar  müşahidə  olunan  fenomen  barədə  məlumat  verirlər;  müşahidəçilərin  həmsöhbətləri 

olan  və  onların  məlumatlarını  çatdıran  reportyorlar  –bu  və  ya  digər  mənbədən  başqalarının 

məlumatlarını  ötürənlər;  başqalarının  bir  neçə  mənbədən  əldə  etdiyi  məlumatları  ötürənlər; 

bilavasitə şəxsi təəssüratlardan və başqa məlumatlardan istifadə edənlər. 

Əldə  olunan  məlumatları  dəyərləndirərkən  onu  verən  informatorun  kimliyi  nəzərə  alın-

malıdır. İnformatorun etibarlılıq dərəcəsini müəyyənləşdirmək üçün vacib xüsusiyyətlər bun-

lardır: məlumat verdiyi sahə üzrə səriştəliliyi; şəxsi maraqları; ümumi baxışları; şəxsiyyətinin 

tipi;  intellektual  qabiliyyəti;  psixoloji  durumu;  ətraf  aləmə  münasibəti;  informatorluq  işinə 

yararlılığı; nəzarət altında işləmək və manipulyasiya imkanı; ən nəhayət, müşahidə obyektinə 

münasibəti. 

Heç bir informatoru tam etibarlı hesab etmək düzgün deyildir. Çünki ən yüksək keyfiy-

yətlərə  malik  informator  da  səhv  edə  bilər.  İnformatorla  işləyərkən  onun  laqeyd  olub-olma-

masına,  görmək,  seçmək,  dəyərləndirmək  qabiliyyətinə,  çalışdığı  sahədə  təcrübəsinə  mütləq 

diqqət yetirmək lazımdır. 

İnformatorun  (habelə  mənbənin)  etibarlılığı  barədə  təhlil  xidmətinin  rəyi  operativ 

xidmətin rəyindən fərqlənə  bilər.  Bu xidmətlərin  hər biri  məlumata öz etirbarlılıq dərəcəsini 

verə bilər. Nəzərə almaq lazımdır ki, açıq mənbələrdəki bir çox məlumatlar ilkin deyil, digər 

mənbələrdən  götürülmüş  məlumatlar  olur.  Ona  görə  də  yadda  saxlamaq  vacibdir  ki,  bəzi 

məlumatlar  dəfələrlə  mənbədən  mənbəyə  keçir  və  bir  qayda  olaraq  tədricən  1)  kontekstən 

çıxarılır, 2) bilərəkdən və ya qərəzli niyyətlə düzəliş edilir, 3) diqqətsizlik və yaxud məluma-

tın  ötürülməsi  zamanı  anlaşılmazlıq  ucbatından  təhrif  olunur.  Bu  baxımdan  ilkin  mənbələr 

həm təhriflərin yoxluğuna, həm də əlavə şərhlərin olmamasına görə daha etibarlıdır. 

Bu fəsildə şərh olunanları aşağıdakı şəkildə ümumiləşdirmək olar: 

1.

 

AzərTAc-ın təşəkkül və inkişaf tarixini şərti olaraq üç mərhələyə bölmək olar. Birinci 



mərhələdə  çox  qısa  müddəti  –1920-ci  ilin  mart-aprel  aylarını  əhatə  edir.  Bu  mərhələni 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə