Mövzu Turizm resurslarının öyrənilməsinin elmi-nəzəri əsasları Plan: 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/59
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#6134
1   ...   46   47   48   49   50   51   52   53   ...   59

160 
 
del – Asar, Kosta Blanka, Kosta del – Sol, İsya və s. misal göstərmək 
olar. 
İ
spaniyanın Aralıq dənizi sahillərində olan kurortları beynəlxalq 
turizmdə daha məşhurdur. Burada olan Kosta – Brava, Kosta Doroda, 
Kosta – del – Asar, Kosta Blanka, Kosta – del – Sol kurortları ölkəyə 
gələn  turistlərin  əksəriyyətinin  istirahət    və  müalicə  mərkəzlərinə 
çevrilmişdir.  Sahil  boyu  800  km  məsafədə  uzanan  bu  kurort 
zonasında 35 min yerdən çox istirahət – müalicı mərkəzləri fəaliyyət 
göstərir.  Kurort  mərkəzində  Aralıq  dənizi  iqlimin  tipinin  üstünlüyü, 
yayın  isti  quru,  qışın  mülayim  keçməsi,  qumlu  sahillərin 
mövcudluğu,  landşaft  ekzotikliyi  ilə  seçilən  meşələrlə  əhatə 
olunmasi,  mineral  su  mənbələri  ilə  zənginlil  bölgənin  kurort  turizm 
imkanlarını artırmış olur. 
4.  Yunanıstanda  mineral  və  termal  sular  əksəriyyətinə  turizm 
bölgəsində rast gəlinir ki, onların da əsas hissəsi Pekopones, Rodos, 
Krit və s. turizm  mərkəzində cəmlənib. Ölkədə mövcud olan termal 
suların əsas hissəsi qeyd olunan ərazilərin payına düşür. Bu termal və 
mineral suların bazasında 320 min yerlik kurort kompleksi fəaliyyət 
göstərir ki, bunlardan da ən məşhurlarına Katafa, Rodos, Krit, Kaliki, 
Bani, Milonu, Lindos, Yalisos, Lutarki və s. qeyd etmək olar. 
Yunanıstandakı  mineral  sular  hidrokarbonatlı,  karbon  qazlı, 
natrium  –  xloridli  sulardan  ibarətdir.  Ümumi  debiti  12  mln  l/sut 
qiymətləndirlir.  Ölkəyə  gələn  turistlərin  19%  -  i  bu  balneoloji 
kurortlardan istifadə edir. 


161 
 
Avropanın  digər  ölkələrindən  Çexiya,  Avstriya,  AFR, 
Bolqarıstan, Ukraynada da mineral və termal sularla zəngindir. 
5.  Çexiyada  mineral  və  termal  sular  ölkənin  əksər  yerlərində 
yayılıb.  Mineral  və  termal  suların  zənginliyinə  görə  İtaliya  və 
Rusiyadan geridə qalır. Ölkədə 1000 – dən çox mineral su mənbəyi 
vardır ki, bunların da əsas tərkibi karbonlu, hidrokarbonatlı, natrium 
tərkibi  mineral  və  termal  sulardan  ibarətdir.  Ölkədə  olan  termal 
suların  ümumi  debiti  16  mln  l/sut  qiymətləndirilir.  Bunlardan  ən 
məşhurlarına  Karlovi  Vari,  Lazne  və  s.  qeyd  etmək  olar.  Bu  termal 
suların bazasında 34300 yerlik balneoloji kurort kompleksi yaradılıb. 
Ölkəyə gələn xarici turistlərin 51% - i balneoloji kurortlardan istifadə 
məqsədilə gəlir.  
Çexiyanın  balneloji  kurortları  olan  Karlovi  Vari,  Mapiansliy 
lazne,  fratişkov  –  Lazne,  Yaximov  və  s.  dünyada  məşhurdur.  Qeyd 
olunan  kurortlar  ilboyu  fəaliyyət  göstərməklə  müalicə  ilə  yanaşı, 
kompleks turizm xidmətində göstərir.  
Karlovi  Vari  dünyada  ən  məşhur  balneloji  kurort  olmaqla, 
Çexiyanın  qərbində  Tepla  çayının  yaxınlığında  yerləşir.  Kurortun 
iqlimi  mülayim  –  kontinental  olmaqla  yayın  orta  temperaturu  17
0
S, 
qışda  -2
0
S  -  ə  çatır.  Karlovi  Vari  kurortunda  130  –  dan  çox 
hidrogensulfidli,  hidrokarbonatlı  –  xloridli  və  kalsiumlu  mineral  su 
mənbələri  yayılmışdır.  Burada  mineral  suların  temperaturu  müxtəlif 
olmaqla  yanaşı,  həm  müalicə  vannaları,  həm  də  süfrə  suyu  kimi 
istifadə  olunur.  Karlovi  Vari  kurort  kompleksində  ölkədə  mövcud 


162 
 
olan balneoloji kurort yerlərinin yarıdan çoxu cəmlənib. Karlovi Vari 
balneoloji  kurortunda  20  –  dən  çox  xəstəliyin  təbii  üsulla  müalicəsi 
aparılır. 
6. Avstriyada mineral və termal sular Zasburq, Yuxarı Avstriya, 
Ş
tiviya,  Tird  turizm  bölgəsində  daha  çox  yayılıb.  Burada  mövcud 
mineral  suların  əsas  tərkibi  hidrogen  sulfidli  olmaqla  termal  sular 
üstünlük təşkil edir. Ölkənin məşhur termal sularına Bad – Işıl, Haley 
və s. qeyd etmək olar. Ölkədə kurort komplekslərinin inkişafına XX 
ə
srin  80  –  ci  illərində  başlamışdır.  Hazırda  balneoloji  kurortların 
xidmətlərinə  görə  Avropada  5  –  ci  yeri  tutur.  Ölkəyə  gələn  əcnəbi 
turistlərin 2,6 mln nəfəri bu kurortların xidmətlərindən istifadə edir. 
Ölkədə  kurort  təsərrüfatının  və  balneoloji  kurortların  inkişafı  üçün 
dövlət yardımı edilir. 
Avstriyanın məşhur kurortlarına Badqastayn, Bad – Xaal, Baden 
və  s.  qeyd  etmək  olar.  Badqastayn  Avropada  çox  məşhur  olan  dağ 
iqlim  balneoloji  kurortudur.  Kurort  kompleksinin  yerləşdiyi  ərazidə 
18  –  dən  çox  mineral  və  termal  su  mənbəyi  vardır.  Bu  mineral  və 
termal suların bazasında 7 açıq və 25 qapalı hovuz, 5000 yerdən çox 
kurort  kompleksi  fəaliyyət  göstərir.  Bununla  yanaşı  kurort 
kompleksində  qış  idman  turizminin  təşkili  üçün  170  km  xizək  yolu 
və digər zəruri texniki qurğular təçkil edilmişdir. 
7.  AFR  –da  balneoloji  kurortların  yayıldığı  ərazilərə  Bavariya, 
Maklenburq, Saksoniya, Baden turizm bölgələrini əhatə edir. Burada 
mineral  və  termal  sular  daha  çox  dağlıq  ərazilərddə  yayılıb.  Ölkədə 


163 
 
debiti  yüksək olan 1000 – dən çox mineral su  mənbəyi  mövcuddur. 
Bunlardan  ən  məşhurlarına  Şvasland,  Svab,  Vildbadi  və  s.  qeyd 
etmək  olar.  Bu  qeyd  olunan  mineral  suların  tərkibi  hidrogen  – 
sulfidli,  hidrokarbonatlı  və  natriumlu  sulardan  ibarətdir.  Yerli 
turistlərin 18% - i, xarici turistlərin 15,.8% - i onların xidmətlərindən 
istifadə olunur. 
Almaniyanın  məşhur  kurortlarına  misal  olaraq  Baden  –  Baden, 
Visbaden, Bad – Brambax, Bad – Kroyvnax, Qarmiş – Partenkirxen 
və  s.qeyd  etmək  olar.  Qeyd  olunan  məşhur  kurort  mərkəzləri 
kompleks  sanatoriya  –  istirahət  xidmətləri  göstərir.  Baden  –  Baden 
və  Visbaden  kurort  mərkəzləri  isə  buraya  gələn  turistlərə  əyləncə, 
istirahət,  ekskursiya  və  digər  xidmətlərdə  göstərilir.  Almaniya 
kurortlarının əlverişli coğrafi mövqeyi, landşaft ekzotikliyi ilə seçilən 
ə
razidə  yerləşməsi,  iqlimin  mülayimliyi,  digər  turizm  ehtiyatları  ilə 
zəngin olması onlardan kurort – turizm məqsədilə istifadə artırmışdır. 
8.  Ukraynada  mineral  və  termal  sular  Karpat  dağlarının 
ə
təklərində,Lıvov  bölgəsində  daha  çox  yayılıb.  Burada  olan  məşhur 
termal  sulara  Naftusi,  Turskoveç,  Prikarpatyeni  və  s.  qeyd  etmək 
olar. Ölkədə mineral sular Qərbi Ukraynada yayıldığına görə burada 
kurort  kompleksləri  daha  çox  inkişaf  etmişdir.  məşhur  balneoloji 
kurortlara,  Turskoveç,  Sudak,  Aluşda  və  s.  beynəlxalq  kurort 
mərkəzlərindən sayılır. 
Turskoveç  Karpat  dağlarının  ətəklərində  unikal  təbii  şəraitdə 
yerləşən  balneoloji  kurortudur.  Lıvov  yaxınlığında  yerləşən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə