Mövzu 5 ibtidai siNİFLƏRDƏ Rİyaziyyat təDRİSİNİn təŞKİLİ formalari plan


Təlimin təşkilində istifadə olunan forma və üsullar



Yüklə 54,18 Kb.
səhifə4/9
tarix31.12.2021
ölçüsü54,18 Kb.
#82339
növüDərs
1   2   3   4   5   6   7   8   9
muh.3

4. Təlimin təşkilində istifadə olunan forma və üsullar
Standartlar nəticəyönümlü və şagirdyönümlü olduğundan onların reallaşdırılmasında fəal təlim metodlarından istifadə edilməsi məqsədəuyğun hesab edilir. Fəal təlim şagirdlərin idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. Şagirdlərin parta arxasında oturaraq kitab oxuması, iş vərəq­lə­rini doldurması, müəllimi dinləməsilə yanaşı, eyni zamanda kitabxanada, kompüterdə qrup və ya fərdi şəkildə fəaliyyət göstərməsi onun əsas əlamət­lə­rin­dən hesab edilir. Fəal təlim müasir şəraitdə pedaqoji prosesin qurulmasına yeni yanaşmadır. Belə yanaşma tərzində təlim şagirdlərin təkcə yaddaşının yeni elmi biliklərlə (informasiya ilə) zənginləşdirilməsinə deyil, həm də təfək­kü­rün inkişaf etdirilməsinə, ən mühüm bacarıq və vərdişlərin əldə olunmasına yönəldilir. Bu zaman şagirdlər açıq sual vermək, problemləri araşdırmaq, tədqiqat aparmaq və müzakirə etmək imkanı qazanırlar. Onlar təlim materi­al­larının mənimsənilməsi prosesində fakt və hadisələrin səbəb-nəticə əlaqə­lə­ri­ni, qanunauyğunluqlarını aşkar etməyi, nəticə çıxarmağı, ümumiləşdirmələr aparmağı öyrənirlər. Beləliklə, uşaqlar həm tədris, həm də sosial xarakterli prob­lemlərin müstəqil həllinə cəlb olunur, müxtəlif informasiya mənbələrin­dən istifadə edir, sistematik olaraq müstəqil şəkildə bilik ehtiyatını artırırlar.

Fəal təlim metodlarının xarakterik xüsusiyyətləri:

  1. Diqqət ilk növbədə şagird şəxsiyyətinin formalaşdırılmasına yönəlir.

  2. Müəllim təlim fəaliyyətinin əlaqələndiricisi, şagirdlərin məsləhətçisi və köməkçisi kimi çıxış edir.

  3. Problemin həlli prosesində şagirdlər fəal tədqiqatçı olur

  4. Bilik və bacarıqlar şagirdlər tərəfindən müstəqil əldə edilir.

  5. Müəllim-şagird, şagird-şagird arasında əməkdaşlıq üçün şərait yaranır.

  1. Dərslərin inteqrativ təşkilinə üstünlük verilir.

  2. Qeyri-standart dərslərin tətbiqinə geniş yer verilir.

Fəal dərsin mərhələləri:

I mərhələ: motivasiya, problemin qoyulması

Hər bir tədqiqat problemi müəyyənləşdirməklə başlayır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növ­bədə tədqiqat sualının formalaşdırılması lazım gəlir. Çünki tədqiqat sualı yeni biliklərin kəşf olunmasında bələdçi kimi çıxış edir.

Bu mərhələ şagirdləri düşünməyə, idraki fəallığa sövq etdiyindən həm də motivasiya adlandırılır. Bu prosesdə uşaq öz fikrini “Zənnimcə”, “Mənə belə gəlir ki”, “Mən belə hesab edirəm ki” sözlərindən istifadə etməklə ifadə edir.

Motivasiyanın uğurlu alınması üçün aşağıdakı şərtlərə əməl olunması tövsiyə edilir:



  1. Motivasiya üçün seçilən material qeyri-adi, maraqlı olmalı;

  2. Fərziyyələri yoxlamaq, tədqiqat aparmaq və yaradıcılıq üçün imkan verməli;

  3. Müəllim şagirdlərə yönəldici suallar verməli, fərziyyələri irəli sürər­kən onları həvəsləndirməli;

  4. Tədqiqat sualı təlim standartlarına əsasən müəyyənləşdirilməli və dərsin məqsədinə yönəldilməlidir.

II mərhələ: tədqiqatın aparılması

Dərsin məqsədinə və tədqiqat sualına uyğun iş üsulları seçilir. Təd­qi­qat sualına cavab verməyə kömək edəcək faktları tapmaq üçün məqsədyönlü iş aparılır. Şagirdlərə müxtəlif çalışmalar verilir. Beləliklə, tədqiqat sualına ca­vab tapmaq üçün zəmin yaranır. Toplanmış faktlar əsasında təqdimatlar ha­zır­lanır.



Tədqiqatın nəticələri aşağıdakı təqdimat formalarında ümumiləşdirilir.

  • ifadə yazılar, təsvirlər, əsərlər, şeirlər, esseler;

  • sxemlər, cədvəllər, qrafiklər;

  • illüstrasiyalar, kitablar, qəzetlər;

  • nağıllar, tapmacalar, atalar sözləri, zərbi-məsəllər, uydurmalar, yanılt­mac­­lar;

  • təcrübələr, eksperimentlər;

  • maketlər, modellər, rəmzlər;

  • layihələr;

  • qaydalar, qanunauyğunluqlar;

  • səhnələşdirmələr;

  • nəğmələr, musiqilər;

  • referatlar;

  • krossvordlar və s.

III mərhələ: informasiya mübadiləsi

Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icra­sının başa çatdığını bildirir. Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayır, əldə etdikləri yeni informasiyaları digər iştirakçılarla bölüşürlər. Həmin təqdimatların əks olunduğu iş vərəqləri lövhədən asılır.



IV mərhələ: informasiyanın müzakirəsi və təşkili

Mövcud mərhələnin məqsədi yeni əldə edilmiş informasiyanı sistem­ləş­dir­­mək və qrupların hazırladıqları təqdimatlar arasındakı əlaqəni üzə çıxar­maq­dır. Bu mərhələdə müəllim köməkçi suallardan istifadə etməklə əldə olunmuş faktların məqsədyönlü müzakirəsini təşkil edir. Məlumat sxem, qra­fik, cədvəl, təsnifat və s. formalarda dinlənilir. Nəticədə tədqiqat su­alı­na cavab aydınlaşır. Müzakirə prosesində müəllim öz fikirlərini şagird­lərə zorla qəbul etdirməməlidir.



V mərhələ: nəticə və ümumiləşdirmə

Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə əldə olunan bilgiləri ümumiləşdirir, əldə edilmiş ideyanı tədqiqat sualı ilə (o bu suala cavab verirmi?) və şagirdlərin ilkin fərziyyələri ilə (bunların arasında düzgün olanları varmı?) müqayisəsini təşkil edir.



VI mərhələ: yaradıcı tətbiqetmə

Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini artırır. Bu məqsədlə şagirdlərə praktik tapşırıqlar verilir. Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə həyata keçirilir.



VII mərhələ: ev tapşırığı

Dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış sərbəst iş forması ev tapşırığıdır. Fəal təlim prosesində belə tapşırıqlardan istifadə olunur. Onların daha çox tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s.) ilə zəngin olmasına diqqət yetirilir.



Qiymətləndirmə

Qiymətləndirmə şagirdlərin təlimdəki nailiyyətlərinin dəyərləndirilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.



Refleksiya

Refleksiya – təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və onu dərindən başa düşməyə imkan verir.

Sagirdlərə dərs zamanı təlim fəaliyyətini izləməyə kömək edə biləcək bir neçə sual verməklə (məsələn, biz nəticəyə necə gəlib çıxdıq? Biz nə etdik? Qar­şıya qoyulmuş problemin həllində sizə nə kömək etdi? və s.) onların fikir­lə­rini sistemləşdirmək mumkün olur. Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mərhələlərini bir daha nəzərdən keçirir.

Fəal dərsi səmərəli təşkil etmək üçün ilk növbədə müəllimin planlaşdırma baca­rığı olmalıdır. O dərs dediyi fənn üzrə bütün mərhələləri aydın təsəvvür edə bilməli, onlara aid perspektiv və cari planlar hazırlamağı bacarmalıdır. Bu zaman aşağıdakı sualların cavablarını özü üçün konkretləşdirməlidir.



  • Nə öyrəniləcək?

  • Necə öyrəniləcək?

  • Hansı şəraitdə öyrəniləcək?

  • Nəticələr necə qiymətləndiriləcək?

Dərs planlaşdırılarkən hansı təlim standartının (standartlarının) real­laş­dı­rılması müəyyənləşdirilməli, ona (onlara) uyğun təlim məqsədi (təlim məq­səd­ləri), müvafiq metod və vasitələr seçilməlidir.

Fəal dərsin planında aşağıdakıların nəzərə alınması didaktik cəhətdən əhə­miyyətli hesab edilir.



    1. Mövzunu müəyyənləşdirmək;

    2. Standartı konkretləşdirmək;

    3. Dərsin məqsədini (məqsədlərini) müəyyən etmək;

    4. Dərsin motivasiyasını işləyib hazırlamaq;

    5. Tədqiqat sualını müəyyənləşdirmək;

    6. Aparılacaq tədqiqatın mərhələlərini planlaşdırmaq və bu zaman aşağı­da­kıları dəqiqləşdirmək:

  • Tədqiqat üçün tapşırıqları,

  • İş üsulları və formalarını,

  • Məlumat mənbələrini.

    1. Müzakirə üçün suallar hazırlamaq;

    2. İdeyaları və alınacaq nəticələri qısaca ifadə etmək;

    3. Dərsin hər mərhələsinə sərf olunacaq vaxtı müəyyənləşdirmək;

    4. Qiymətləndirmə standartlarına əsasən vasitələr hazırlama;

    5. Dərs üçün lazım olan resursları (təchizatı) müəyyən etmək.


Yüklə 54,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə