Mövzu 5 ibtidai siNİFLƏRDƏ Rİyaziyyat təDRİSİNİn təŞKİLİ formalari plan


Mövzular üzrə proqram materialının planlaşdırılması



Yüklə 54,18 Kb.
səhifə6/9
tarix31.12.2021
ölçüsü54,18 Kb.
#82339
növüDərs
1   2   3   4   5   6   7   8   9
muh.3

5. Mövzular üzrə proqram materialının planlaşdırılması
Məktəb hər sinfin şagirdlərinə tədris proqramı həcmində riyazi biliklərin verilməsini təmin etməlidir. Proqramdakı materialın sistematik keçilməsi üçün onun rüblərə görə planlaşdırılması zəruridir. Planda hər mövzuya verilən saat­la­rın miqdarı göstərilir.

Müəllim nə qədər təcrübəli olursa-olsun, ibtidai siniflərin, o cümlədən, öz sinfinin proqramını yaxşı bilməlidir. Rüblük və mövzu planlarını tərtib etmə­dən gündəlik dərs planının tərtib edilməsi çətinlik törədəcəkdir. Çünki gün­də­lik plan rüblük və mövzu planları əsasında tərtib edilir. Müəllim dərslik və me­to­dik vasitələrə istinad edərək, hər dərsin məzmununu, zəruri olan əyani vasitələrini, politexnik təlim elementlərini təqvim-dərs planında göstərməlidir.

Təqvim-dərs planı əsasında gündəlik iş planı tərtib edilir.

Mövzu üzrə fərdi plan tərib edərkən, aşağıdakılara diqqət yetirmək zə­ru­ri­dir:



  1. Plana daxil olan materialın proqram üzrə dəqiq həcmi və məzmu­nu­nun müəyyən edilməsi.

  2. Verilmiş materialın tədrisi üçün saatların ümumi miqdarının müəyyən edilməsi.

  3. Metodik nöqteyi-nəzərdən materialın öyrədilməsi ardıcıllığının müəy­yən edilməsi.

  4. Nəzərdə tutulmuş mövzunun təqvim planının tərtib edilməsi. Bunun üçün rüblük plana istinad etmək lazımdır.



Yüklə 54,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə