Mövzu 5 ibtidai siNİFLƏRDƏ Rİyaziyyat təDRİSİNİn təŞKİLİ formalari plan


Fənn üzrə təlimin planlaşdırılması



Yüklə 54,18 Kb.
səhifə3/9
tarix31.12.2021
ölçüsü54,18 Kb.
#82339
növüDərs
1   2   3   4   5   6   7   8   9
muh.3

3. Fənn üzrə təlimin planlaşdırılması
İllik planlaşdırmanın yaradılması müəllimlərin qarşısında duran ən mühüm vəzifədir. Planlaşdırma əsas məqsədləri müəyyənləşdirmək və onlara nail olmaq üçün müəllimlərin fəaliyyət istiqamətidir. İllik planlaşdırmada təd­ris vahidinin nə zaman və hansı ardıcıllıqla tədris ediləcəyi, eyni za­manda hər fəslə ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması ardıcıl­lı­ğı aşağıdakı kimidir:

1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən müəyyən etmək.

2. Tədris vahidlərinin ardıcıllıq prinsiplərini müəyyənləşdirmək. (Tədris vahidlərinin ardıcıllıqla müəyyənləşdirilməsi dedikdə, məzmunun ardıcıllığı (asandan çətinə doğru), xronoloji ardıcıllıq (zaman ardıcıllığı), məntiqi ar­dı­cıl­lıq (əvvəlcə o anlayışlar öyrədilir ki, onlar növbəti anlayışların açıl­ma­sın­da mühüm əhəmiyyət daşıyır) nəzərdə tutulur.

3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq (Tədris vahidləri üçün vaxt bölgüsünü müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının ümumi sayı hesablanır. Hər tədris vahidinin əhəmiyyətliliyi və mürəkkəbliyi baxımından vaxt müəyyən edilir.)

4. Hər bir halda şagird maraqlarını nəzərə almaq .

İllik planlaşdırma apararkən müəllim aşağıdakı sənədlərə istinad etməlıdir:



  • Məzmun standartları

  • Qiymətləndirmə standartları

  • Tədris planı

  • Dərslik (İstifadə olunacaq mətnlər və digər materiallar)

  • Müəllim üçün vəsait

Təqvim planı tərtib edilərkən dərs ilinin həftələri, tədris ilində baş verəcək mü­hüm hadisələr (tarixi günlər), tədris vahidlərinin və onlara daxil olan möv­zu­­ların adı müəyyən edilir. Hər tədris vahidi və mövzu vasitəsilə reallaş­dırı­la­caq məzmun standartları (alt-standartlar) seçilir, istifadə olunacaq mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur.

Tədris vahidi

Mövzu

Təlim məqsədi

Reallaşdırılacaq standart (standartlar)

Resurslar

Təlim və tədris fəaliyyəti

Saat

Tarix














































Nümunəvi illik planlaşdırma əsasında müəllim fərdi olaraq gündəlik və ya həftəlik dərs planlaşdırması tərtib edir.

Yüklə 54,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə