Mövzu 5 ibtidai siNİFLƏRDƏ Rİyaziyyat təDRİSİNİn təŞKİLİ formalari plan


Riyaziyyatdan sinifdənxaric işlər və onların təşkili metodikası



Yüklə 54,18 Kb.
səhifə8/9
tarix31.12.2021
ölçüsü54,18 Kb.
#82339
növüDərs
1   2   3   4   5   6   7   8   9
muh.3

7. Riyaziyyatdan sinifdənxaric işlər və onların təşkili metodikası
Riyaziyyatdan sinifdənxaric işlər daha bacarıqlı və istedadlı şagirdləri aşkara çıxarmağa, şagirdlərdə riyaziyyata maraq və həvəs tərbiyə etməyə xidmət edir.

Riyaziyyatdan sinifdənxaric işlərdə şagirdlərdə əməyə məhəbbət, iradəlik və təşkilatçılıq kimi keyfiyyətlər də tərbiyə olunur.

Riyaziyyatdan sinifdənxaric iş tədris prosesinin ayrılmaz bir hissəsi olmaqla, onu tamamlayır, inkişaf etdirir və dərinləşdirir. Ona görə də hər sinif üzrə sinifdənxaric məşğələlərin məzmunu həmin sinfin riyaziyyat proqramı əsasında müəyyənləşdirilir.

Riyaziyyatdan dərs məşğələsi sinifdənxaric işlərdən aşağıdakı xüsusiyyətlərinə görə fərqlənir:



  1. Dərs proqram əsasında aparılmaqla, bütün şagirdlər üçün məcburidir. Sinifdənxaric işlərdə isə müəllim materialı özü seçir və proqramdan kənara çıxa bilər;

  2. Sinifdənxaric işlər şagirdlərin könüllüyünə, fəallığına və təşəbbüs­kar­lı­ğı­na əsaslanır. Müəllim buraya daha fəal şagirdləri cəlb edir;

  3. Sinifdənxaric işlərdə müəllim şagirdlərin fərdi bacarıqlarını nəzərə almaqla, ən incə priyomlar tətbiq edir. Burda müəllim təkcə öyrətmir, o həm də şagirdlərin fəaliyyətinə rəhbərlik edir, onları müstəqil işləməyə alışdırır, onların marağını istiqamətləndirir.

Sinifdənxaric işi - ümumi proqram materialının təkrarı və möhkəm­lən­diril­mə­si ilə əvəz etmək olmaz.

Sinifdənxaric məşğələlər üçün material seçərkən, nəzərə almaq lazımdır ki, onun maraqlı olması işin keyfiyyətini təmin edir.

İbtidai siniflərdə sinifdənxaric işlərin aşağıdakı növləri tətbiq olunur:


  1. Riyazi şəhərciklər və ya riyazi gecələr.

  2. Riyazi ekskursiyalar.

Belə ekskursiyalarda şagirdlər müəyyən obyektlərdə ölçmə, hesablama ilə əlaqədar olan işləri icra edir, nəticələri dəftərlərində qeyd edirlər.

  1. Riyazi dərnəklər.

Müəllim dərnəyi təşkil edərkən, şagirdlərin məsələ həllinə, hesablama texnikasına, ölçmə işlərinə, əyani vasitələrin hazırlanmasına və s. marağını nəzərə almalıdır.

Dərnək, müəllim tərəfindən tərtib olunmuş və qəbul olunmuş plan əsasın­da işləyir.



  1. Riyazi olimpiyadalar.

Riyazi olimpiyadalar adətən məsələ və misallar həllinə, cəld və səhvsiz hesab­lamaya həsr olunur. Riyazi olimpiyadalar üç mərhələdə aparılır.

  1. Riyazi müsabiqələr və viktorinalar.

Belə tədbirlər asan təşkil oluna bilən riyazi yarışlar hesab olunur. Bunların məzmununa nəzəri suallar, əyləncəli-məntiqi məsələlər daxil ola bilər.

  1. Komanda yarışları.

Paralel siniflər arasında və ya sinif daxilində keçirilən belə yarışlarda hər komandada 8-10 nəfər iştirak edə bilər. Hər komandaya müəyyən vaxt ərzin­də (məsələn 30 dəqiqə) bir neçə məsələ və misal verilir. Vaxt bitdikdən sonra iş­lər müəllimə təqdim olunur. Tapşırıqlar yoxlandıqdan sonra qalib müəyyən edilir.

  1. Riyazi qəzetlər və bülletenlər.

  2. Riyaziyyat guşəsi.

Müəllim öz sinfində həmişə fəal şagirdlərin qüvvəsindən səmərəli istifadə edir. Onlar əyani vasitələrin hazırlanmasında fəal iştirak edir. Şagirdlərin əl işləri riyaziyyat guşəsində saxlanılır.

Ümumiyyətlə, riyaziyyatdan sinifdənxaric işlər şagirdlərin riyazi biliklə­ri­nin genişləndirilməsinə və dərinləşdirilməsinə xidmət edir.



Yüklə 54,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə