Mövzu 5 ibtidai siNİFLƏRDƏ Rİyaziyyat təDRİSİNİn təŞKİLİ formalari plan



Yüklə 54,18 Kb.
səhifə1/9
tarix31.12.2021
ölçüsü54,18 Kb.
#82339
növüDərs
  1   2   3   4   5   6   7   8   9
muh.3




MÖVZU 5

IBTIDAI SİNİFLƏRDƏ RİYAZİYYAT TƏDRİSİNİN

TƏŞKİLİ FORMALARI
PLAN



  1. Təlim strategiyaları

  2. Təlim prosesi və onun təşkili prinsipləri

  3. Fənn üzrə təlimin planlaşdırılması

  4. Təlimin təşkilində istifadə olunan forma və üsullar

5.Mövzular üzrə proqram materialının planlaşdırılmas

6. Riyaziyyat dərsinin xüsusiyyətləri və ona verilən tələblər

7. Riyaziyyatdan sinifdənxaric işlər və onların təşkili metodikası

Təlim strategiyaları - müəllimin təlim prosesində istifadə etdiyi forma, metod və texnikaları əhatə edir. Bu vaxta qədər Azərbaycan pedaqoji ədəbiyyatında həmin anlayışdan istifadə edilmirdi. Lakin son vaxtlar təhsil islahatının həyata keçirildiyi bir dövrdə fənn kurikulumları hazırlanarkən təlim strategiyası anlayışına müraciət edilməyə başlanılmışdır.

Yeni kurikulumlarda təlim strategiyaları anlayışının işlənməsi və peda­qoji prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması ilk növbədə əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxı­mın­dan izahını tələb edir. Başqa sözlə, təhsilə təkcə nəticə, yaxud sadəcə pro­ses kimi deyil, daha geniş məna çalarına malik ifadə tərzi kimi yanaşılması lazim gəlir. Xüsusən təhsilin şəxsiyyətyönümlü xarakteri ona bir neçə möv­qe­dən yanaşmağı tələb edir: təhsil dəyərdir, təhsil sistemdir, təhsil prosesdir, təhsil nəticədir.

İlk növbədə təhsilə özündə dili, mentaliteti, milli bacarıqları, adət-ənənə­lə­ri ehtiva edən dəyər kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətin istiqa­mətləndirilməsi, mədəniyyətlilik, kollektivçilik, sistemlilik, bütövlük əsas aparıcı prinsiplər kimi çıxış edir.

Özünəməxsus sistemə malik olan təhsil, pillələri ilə mövcuddur. Gözlə­ni­lən nəticələri ilə fərqlənən bu pillələr bir-birini tamamlayır və ardıcıl sıralan­maq­la təhsilin ümumi sistemini təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu zaman demokratikləşmə, humanistləşdirmə, differensasiya, fərdi­ləş­mə, sosiallaşdırma, variativlilik və inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.

Təhsil insanın sosiallaşma prosesində ümumbəşəri və milli dəyərlərə yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən, ona həm də proses kimi yanaşılır. Onun didaktik əsasını isə təbiətə müvafiqlik, praktiklik, istiqa­mət­lilik, variativlik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasilə­siz­lik təşkil edir. Təhsil həm də bütövlükdə müəllim və şagird fəaliyyətinin yekunu olduğundan ona nəticə kimi baxılır. Bütöv bir mərhələli prosesin sonu kimi dəyərləndirilir.

Yeni fənn kurikulumlarında təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:

- pedoqoji prosesin təşkili prinsipləri,

- fənn üzrə təlimin planlaşdırılması,

- təlimin təşkilində istifadə olunan forma və üsullar.



Yüklə 54,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə