Mövzu 5 ibtidai siNİFLƏRDƏ Rİyaziyyat təDRİSİNİn təŞKİLİ formalari plan


§ 8. Azkomplektli məktəblərdə riyaziyyat təliminin xüsusiyyətləri



Yüklə 54,18 Kb.
səhifə9/9
tarix31.12.2021
ölçüsü54,18 Kb.
#82339
növüDərs
1   2   3   4   5   6   7   8   9
muh.3

§ 8. Azkomplektli məktəblərdə riyaziyyat təliminin xüsusiyyətləri
Azkomplektli məktəblərdə bir müəllim eyni bir sinif otağında eyni za­man­da iki və ya üç siniflə dərs məşğələsi aparır. Bu məktəblər orta ümum­təh­sil məktəbləri üçün qəbul edilmiş proqramla işləyirlər. Tətbiq olunan təlim me­tod­ları da digər məktəblərdə tətbiq olunanlarla eynidir. Lakin dərsin təş­kili və strukturunda mühüm fərqlər vardır.

İkikomplektli məktəblərdə iki müəllim işləyir. Bu zaman bu müəllimlərin biri eyni zamanda I və III siniflərdə, digəri isə II və IV siniflərdə məşğul olur. Çünki, III və IV sinif şagirdlərinin müstəqil işləmə imkanları daha çoxdur.



Cədvəl tərtibi, riyaziyyat dərsinin növləri, planlaşdırma

Azkomplektli məktəblərdə tədrisin effektli keçirilməsi üçün dərsin cədvəlinin düzgün qurulmasının böyük əhəmiyyəti vardır.

Dərs cədvəli tərtibinin iki variantı mövcuddur:


  1. riyaziyyat dərsinin digər fənlərə aid dərslə birgə aparılması;

  2. bütün siniflərdə eyni zamanda riyaziyyat dərsinin keçirilməsi.

İkinci variant daha səmərəli olduğundan, məktəb təcrübəsində daha geniş tətbiq olunur. Bu həm müəllimin işini asanlaşdırır, həm də şagirdlərin diqqətini yayındırmır.

Mövzunun xüsusiyyətindən asılı olaraq üç sinifdə eyni sxem, çertyoj və ya model üzrə müxtəlif məzmunda müstəqil iş vermək olar. Məsələn, II sinif şagirdləri düzbucaqlının tərəflərini ölçüb, onun perimetrini hesablayır, IV sinif şagirdləri isə düzbucaqlının sahəsini hesablayırlar. Siniflərin hamısında eyni zamanda məsələ həlli və ya praktik iş aparmaq olar. Dərsin məzmunu və məqsədindən asılı olaraq, azkomplektli məktəblərdə riyaziyyat dərsinin dörd növü tətbiq olunur:



  1. bütün siniflərdə yeni material öyrənilir;

  2. siniflərin birində yeni material, o birində isə çalışmalar verilir;

  3. bütün siniflərdə çalışmalar verilir;

  4. siniflərin birində praktik iş icra olunur.

Öz quruluşuna görə birinci dərs növü daha mürəkkəbdir. İşin səmərəli ol­ma­sı üçün III sinifdə müstəqil iş verilir və müəllim I siniflə işləyir, yeni ma­te­ri­a­lı izah edir. III sinif şagirdlərinə verilən müstəqil iş onları yeni materialı qav­ra­mağa hazırlayır. Yeni materialın izahı şagirdlərin keçmiş biliklərinə və müs­tə­qil iş nəticəsində əldə etdikləri biliklərə əsaslanır. Müstəqil iş elə tərtib olu­nur ki, yeni materialı öyrənmək üçün zəmin hazırlayır. Şagirdlər müəllimlə iş­lə­yərkən, müstəqil işin nəticəsini təhlil edir, nəticə çıxarmaq və ümu­miləş­dir­mə­lər aparmağa hazırlanırlar.

İkinci dərs növünün xüsusiyyəti ondan ibarətdir ki, bu zaman müəllim bir si­nifdə yeni materialı izah edir, o biri sinifdə isə keçmiş dərsin möhkəmlən­di­ril­­məsinə aid çalışmalar icra edilir. Belə dərs növü beş mərhələdən ibarət olur. Ye­ni bilik verilən sinfin şagirdləri dərsin üç mərhələsini müəllimlə, iki mərhə­lə­­sini isə müstəqil işləyir. Digər sinif isə dərsin üç mərhələsini müstəqil, iki mər­hələsini isə müəllimlə işləyir.

Üçüncü dərs növünün xüsusiyyəti ondan ibarətdir ki, burada müəllimin sinif­­lərlə işləməsi bərabər paylanır. Dərs dörd mərhələdən ibarət olur. Müs­tə­qil işlər bir sinifdə bilik və vərdişlərin yoxlanmasına, digər sinifdə isə bacarıq və vərdişlərin inkişaf edib, möhkəmlənməsinə xidmət edir.

Dördüncü dərs növünün xüsusiyyəti ondan ibarətdir ki, bir sinif və ya hər iki sinif ölçmə işini icra edir. Əgər hər iki sinif ölçmə işi aparırsa, onda dərsi elə qurmaq olar ki, şagirdlər işi birgə yerinə yetirsinlər.

Azkomplektli məktəblərin təcrübəsində planlaşdırmanın bir neçə növü tətbiq olunur. a) təqvim planı - tədris materialının mövzu və yarımmövzulara ayrılması (rüblük və yarımillik); b) mövzu planı - hər mövzunun ayrı-ayrı dərs saatlarına ayrılması, dərs­lə­rin planlaşdırılması.

Bir neçə siniflə eyni zamanda işləyərkən, ayrı-ayrı dərslər təkcə məz­mu­nu­na görə deyil, həm də təşkili cəhətdən bir-biri ilə əlaqədar olmalıdır. Mövzu pla­nında hər dərsin mövzusu, təkrar üçün və növbəti mövzunu öyrən­mək üçün ma­terial, yoxlama işlərinin məzmunu göstərilir. Planı elə tərtib et­mək lazımdır ki, bir sinifdə yeni dərsin öyrənilməsi digər sinifdə keçilmiş materialın möh­kəm­ləndirilməsi ilə üst-üstə düşsün. Müəllim həmçinin hər sinif üçün müstəqil işin xarakterini, məzmununu və yoxlanması formasını müəyyən edir.



Riyaziyyat dərsləri təşkili cəhətdən bir neçə mərhələyə elə bölünür ki, hər biri məntiqi cəhətdən bit­kin olmalıdır. Dərsin əvvəlini elə təşkil etmək lazımdır ki, bütün siniflər eyni za­manda işə başlasınlar. Şagirdlərə müstəqil işləmək priyomlarını da öy­rət­mək lazımdır. Müstəqil işin məqsədi, icrası, yoxlanması və səhvlərin düzəlişi şa­gir­də aydın olmalıdır.
Yüklə 54,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə