Mövzu 5 ibtidai siNİFLƏRDƏ Rİyaziyyat təDRİSİNİn təŞKİLİ formalari plan


Təlim prosesi və onun təşkili prinsipləri



Yüklə 54,18 Kb.
səhifə2/9
tarix31.12.2021
ölçüsü54,18 Kb.
#82339
növüDərs
1   2   3   4   5   6   7   8   9
muh.3

2. Təlim prosesi və onun təşkili prinsipləri
Təlim prosesi daima ardıcıl olaraq inkişaf edir. Müxtəlif zamanlarda özünəməxsus xarakter kəsb edir. Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin mərkəzində dayanan müəllim və şagirdlərin funksiyaları dəyişir. Onların fəaliyyəti əvvəlcədən müəyyən olunmuş nəticələrə əsasən qurulur. Müəllim kurikulumlara uyğun inteqrasiya olunmuş planlarla yanaşı, yeni texnologiyalar hazırlayır, yaxud mövcud olanların içərisindən ən münasibini seçir. Bu texnologiyaların müəyyən olunmasında müəllim və şagird şəxsiyyəti təlimin aparıcı subyekti kimi çıxış edir. Münasibətlər “subyekt+subyekt” formu­lasına uyğun üfüqi istiqamətdə qurulur. Bu zaman şagirdlər öz təfək­kü­rü­nün, düşüncəsinin, müəllimlər isə şagirdin inkişafı üçün şəraitin təşkilatçısı olur. Müəllimlərin rəhbərlik funksiyası dəyişir, informasiya vermək sahə­sin­dəki fəaliyyəti məhdudlaşır. O daha çox sinif şəraitində təlim fəaliyyətini əla­qə­ləndirən, istiqamətləndirən məsləhətçi kimi şagirdlərin müstəqil idraki fəaliyyətini, fəal yaradıcılığını təşkil edən subyektə çevrilir. Pedaqoji prosesin düzgün qurulmasında mühüm didaktik prinsiplərə istinad olunur.Yeni kuri­ku­lumlara uyğun pedoqoji prosesin təşkilində aşağıdakı prinsiplərin əsas götürülməsi zəruri hesab edilir:

pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekun­la­şan müəllim və şagird fəaliyyətini əhatə edir;

təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şə­ra­i­ti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tən­zimlənir;

şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;

inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;

fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyə­tin­də­ki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagird­lə­rin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;

dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-tex­ni­ki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi key­fiy­yə­tin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.

Ayrı-ayrı fənlərin təlimində bu prinsiplərlə yanaşı xüsusi metodik prin­sip­lərin də müəyyən olunması didaktik cəhətdən əhəmiyyətli hesab edilir.



Yüklə 54,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə