Fənn Audit Müəllim Hüseynova Mehriban Tələbə: Qurban Əliyev Fakultə:İmf ixtisas: Sənayenin təşkili idarə olunması



Yüklə 21,03 Mb.
səhifə1/7
tarix10.05.2022
ölçüsü21,03 Mb.
#86399
  1   2   3   4   5   6   7
Audit-qurban əliyev


Fənn - Audit

Müəllim - Hüseynova Mehriban

Tələbə:Qurban Əliyev

Fakultə:İMF

İxtisas:Sənayenin təşkili idarə olunması

Qrup:711.19

Mövzu :Kommersiya banklarının auditi

PLAN:

1.   Bank auditinin mahiyyəti, zəruriliyi və formaları

2.   Bank auditinin məqsəd və vəziyətləri onun təsnifatı

3.   Auditorların hüquqları, vəzifələri və məsuliyyətləri

4.   Banklarda daxili audit

5.   Daxili auditin növləri və prinsipləri

1.Bank auditinin mahiyyəti, zəruriliyi və formaları

    • Bank bazarı infrastrukturunun ən vacib və zəruri element­lərindən biri də bank auditini həyata keçirən subyektlərdir. Digər nəzarət və yoxlama orqanları kimi, bu subyektlər, yəni auditor firmaları da ölkədə bank sisteminin normal fəaliyyət göstərməsi, bu sistemin maliyyə cəhətdən gücləndirilməsi, dayanıqlığının möhkəmləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi və dünya bank sisteminə inteqrasiya etməsini təmin edir.
    • Bank sistemi digər sistemlərdən özünəməxsus xüsusiyyətlərinə görə fərqləndiyi kimi, bank auditi də özünəməxsus xüsusiyyətlərə malikdir. O, aid olduğu sistemin, bütövlükdə onun strukturlarının xüsusiyyətlərini özündə əks etdirir.
    • Hər bir ölkədə bank auditinin özünəməxsus xüsusiyyətləri vardır. Bu hər şeydən əvvəl onun yaranma tarixi, kökləri, şəraiti, qanunvericilik bazası, tətbiq mexanizmi, fəaliyyət qaydaları və başqa amillərdən asılıdır.

Auditin qanunvericilik əsasında meydana gəldiyi ölkə Böyük Britaniyadır.   İlk dəfə 1362-ci ildə bu ölkədə məcburi audit haqqında qanun qəbul edilmişdir. Burada auditin mahiyyəti, onun məcburiliyi, təşkili prinsipləri və mexanizmi, həmçinin ona qoyulan tələblər öz əksini tapmışdır. Bundan sonra digər ölkələrdə 1867-ci ildə Fransada, 1937-ci ildə isə ABŞ da audit haqqında qanunlar qəbul olunmuşdur.

Oxşar sistem Rusiyada I Pyotr dövründə tətbiq edilməyə başlamışdır. Auditorun icra etməli olduğu işləri müxtəlif peşə sahibləri, yəni prokurorlar, iş icraçıları, katiblər yerinə yetirirdilər.

SSRİ dövründə 1928-ci ildə audit xidmətinin təşkili barədə qərarların qəbul olunmasına baxmayaraq, geniş inkişaf edə bilməmiş və onun tətbiqi dayandırılmışdı.

Azərbaycan Respublikasında auditor xidməti 1990-cı illərin əvvəllərində meydana gəlmişdir. Ayrı – ayrı nazirlik və komitələrdə, baş idarələrdə auditor xidmətini icra edən şöbələr yaradılır və fəaliyyət göstərir. Lakin peşəkar auditor xidmətinin meydana gəlməsi 1994-cü ilə təsadüf edir. 1994-cü ilin 16 sentyabrında “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Bu qanun Azərbaycan Respublikasında auditor xidmətinin yaranmasını, onun həyata keçirilməsinin hüquqi əsaslarını, formalarını, üsullarını, bu fəaliyyət növünün tənzimlənməsini, auditorların hüquq və vəzifələrini müəyyən edən, mülkiyyət sahiblərinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti sisteminin yaradılmasını nəzərdə tutan sənəddir.


Yüklə 21,03 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə