Mm-dən mühazirələrin kanspekti


partlayışlar nəticəsində əmələ gəlir



Yüklə 6,07 Mb.
səhifə16/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   122
Mülki müdafiə


partlayışlar nəticəsində əmələ gəlir.

Qəzalar – qurğuların, cihazların, binaların və tikililərin zə­də­lənməsi olub, insan həyatı üçün təhlükə yarada bilən istehsalat proseslərindəki pozulmalarla müşayiət olunur.

Yanğınlar - daha çox nəhəng müəssisələrdə, neft mədən­lə­rin­də və yaşayış məntəqələrində qəza vəziyyəti yaradır. Qəza və tə­bii fəlakət zamanı yanğınların yaranmasına əsas səbəb te­z­alı­şan və ya partlayıcı maddələrin dağılması. Istixanaların partla­ma­sı, elektrik xətlərində qısaqapanma, bəzi kimyəvi maddələrin qar­şı­lıqlı təsiri ola bilər. Yanğınların əmələ gəlməsinə başlıca səbəb hə­min müəssisənin iş fəaliyyətində və binanın tikildiyi material­lar­dan asılıdır.

Partlayışlar – iri müəssisələrdə baş verən partlayışlar kon­struk­siyaların deformasiyası və dağılması, yanğınların əmələ gəl­mə­si, enerji sistemlərinin və zəhərli maddələrin ətraf mühitə ya­yıl­ması ilə müşahidə olunur. Ən ağır qəzalar yeraltı mədənlərdə kö­mür tozunun və təbii qazın partlaması nəticəsində baş verir. Belə partlayışlar, adətən yanğın, uçma və insan tələfatı ilə nəticələnir.

Son illərdə istehsalat və sənayedə texniki tərəqqinin nailiy­yət­ləri artdıqca, eyni zamanda təhlükəsizlik məsələsinə xüsusi diq­qət ayırmağa başlanılmışdır. Müasir mürəkkəb istehsal prosesi getdikcə yüksək dərəcəli etibarlıq prinsipi ilə  layihələnir. Lakin aydın məsələdir ki, mütləq qəzasız vəziyyət mövcud deyildir. Texnogen qəzaların səbəbləri aşağıdakılardır:

- səhv layihələndirilmə və binaların yetərli təhlükəsizlik də­rə­cəsinin olmaması

- keyfiyyətsiz tikinti və ya layihədən kənaraçıxmalar;

- istehsalatın qeyri-düzgün yerləşdirilməsi;

- rəhbərliyin işə qeyri-ciddi yanaşması;

- əsas isteһsal fondlarının köһnәlmәsi vә aşınması;

- isteһsal vә texnoloji intizamın zәiflәmәsi;

- mövcud texnologiyanın tәlәbata cavab vermәmәsi;

- bәzi müәssisәlәrdә zәruri normativ-hüquqi bazanın olma­ma­sı;

- fövqәladә һalların fәaliyyәtdә olan xәbәrdarlıq sisteminin tәlәbata cavab vermәmәsi vә s.

- təbii FH (fırtına, zəlzələ, sunami, qasırğa və s.) təsiri ilə yaranmış texnogen qəzalar.

Sadalanan bu səbəblərdən biri yetərlidir ki, insan həyatı üçün təhlükəli olan qəzanın baş verməsinə gətirib çıxarsın. Bu ki­mi qəzalar həyati təhlükə ilə yanaşı, həmçinin iqtisadiyyata da güc­­lü maddi zərər vurur, eyni zamanda zərərçəkmiş insanların uzun­­müddətli mənəvi və psixoloji zədələr almasına gətirib çı­xa­rır. Bu səbəbdən özümüzdən asılı olan bu təhlükəli qəzaların baş verməməsi üçün hər bir şəxs işində və fəaliyyətində maksi­mum dərəcədə təhlükəsizlik tədbirlərinə riayət etməlidir.

Texnogen qəzanın yayılma miqyası dedikdə, oraya təkcə föv­qəl­adə halların baş verdiyi ərazinin ölçüləri deyil, həmçinin onun dolayı nəticələri – rabitə pozğunluğu, su təchizat sisteminin pozulması, zədələnmiş binaların təmiri­nin lazımlılığı, eləcə də bu halların nəticələrinin ağırlığı nəzərdə tutulur. Lokal föv­qəladə hadisələrin təsirləri müəssisənin konkret obyektlərində baş verir. Belə mü­əs­­sisələrdə fövqəladə halların təsirləri müəssisənin öz gü­cü və resursları hesabına aradan qaldırılır. Texnogen FH aşağıdakı hallarda ola bilər:

- elektrik stansiyalarında uzun müddətdə enerjinin kəsilməsi ilə nəticələnən qəzalar;

- elektrik enerji qovşaqlarında istehlakçı və ərazilərin təc­hi­zin­də uzunmüddətli fasilə ilə nəticələnən qəzalar;

- nəqletmə elektrik kontakt qovşaqlarının sıradan çıxması;

- həyat təminatlı kommunal sistemlərdə qəzalar;

- kanalizasiya sistemlərində;

- istilik xətlərində;

- su təchizatı sistemlərində;

- kommunal qaz xətlərində;

- sənaye müəssisələrinin çirkab sularının təmizlənməsi qur­ğu­larında çirkabın 10 tondan artıq birdəfəlik tullanışı;

- sənaye qazlarının təmizlənməsi qurğularında çirkləndirici maddələrin kütləvi tullanışı.

Bunlar insan fəaliyyəti nəticəsində baş verən qəzalar, yan­ğın­lar, partlayışlar və s.-dir. İstehsalatın və xidmət sahələrinin həd­dən artıq müasir texnika və texnologiyalar ilə dolğunluğu yu­xa­rıda sadalanan qəza və faciələrin sayını kəskin surətdə artırır.

Dünyada baş verən texnogen mənşəli fövqəladə hadisələrin 2/3 hissəsi nəqliyyatda baş verən qəzalarla xarakterizə olunur. Yerdə qalan digər üçdə bir hissəni sənaye, tikinti və digər tex­nogen fəlakətlər təşkil edir. Müasir dövrdə nəqliyyatın hər bir nö­vü insan həyatı və sağlamlığı üçün potensial təhlükə hesab olunur. Tex­niki tərəqqinin inkişafından maksimum yararlanaraq müasir nəqliyyatda son dərəcə yüksək komfort və  sürət əldə edilmiş, bir sıra təhlükəsizlik tədbirləri tətbiq edilmişdir. Lakin  bununla bəra­bər, maksimum təhlükə riski qalmaqdadır.

Hazırda mövcud olan hava, dəmir yolu, su, avtomobil, habe­lə kosmik nəqliyyat növləri arasında avtomobil nəq­liyyatı qə­za­la­rın sayına görə birinci yer tutur. Nəqliyyat vasitə­lə­rin­də av­to­mo­bil­lərin, dəmir yolu qatarlarının toqquşmasından, tor­moz­ların sı­radan çıxmasından, yanğın və partlayışlardan baş verən qə­za­lar­dan əlavə, yerüstü nəqliyyat kommunikasiyalarında, xüsu­sən də təbii fəlakətlər zamanı, yolların nasazlığı nəticəsində qəza­lar olur. Әtraf müһit və insan həyatı üçün әn çox tәһlükә törәdәn nəq­liyyatda baş verən texnogen qәzalardır ki, bunlar da әtrafa zә­rәr­li kimyәvi vә radioaktiv mad­dәlәrin atılması ilә müşaһidә olu­nur.

Ümumiyyətlə, statistik araşdırmalara görә tәkcә, 1994-1998-ci illәrdə dünyada һәr gün sәrnişin vә yük qatarlarında 8-15 iri qәza baş vermişdir. Dәmiryol magistrallarında baş verәn qә­za­lar zamanı әsas sosial-ekoloji tәһlükә mәnbәyi həssas (oda­təh­lü­kə­li, partlayıcı, kimyəvi və s.) yüklәrin daşınması ilә әlaqәdar ol­muş­dur. Hələ 1979-cu ildә Kanadanın Massisauqa şәһәrindә dә­mir yolunda baş verәn qәza nәticәsindә әtraf müһitә çoxlu xlor da­ğı­laraq 125 km2 әrazidә fövqәladә ekoloji şәrait yaratmışdır ki, bu­nun nәticәsində də dövlət, tәһlükәli olan bu әrazidәn 240 min in­sanı təxliyə etməyə məcbur olmuşdur. Hesablamalara görә ha­di­sə zama­nı yaranan ümumi ekoloji zərər 1 mln. funt sterlinq həc­min­də olmuşdur.




Şəkil 2.15. Bakıda neft platformasında yanğın hadisəsi

Azərbaycan da belə qəzalardan sığortalanmayıb Belə ki, 3 de­kabr 2015-ci ildə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özü­­lündə sualtı qaz kəmərinin zədələnməsi nəticəsində baş verən hadisə 30 nəfər işçinin ölümü və maddi itkilərlə nəticələnmişdir.

Texnogen qəzaların tikinti sektorunda baş verməsinə də tez-tez rast gəlinir. Bu zaman əsas fəlakət yanğın­lardır. Müşahidələr göstərir ki, yanğın baş verən ərazidə tikilinin möhkəmliyi və da­xi­li planlaşdırıl­ması yan­­ğı­nın yayılması, ətraf mühitə zəhərli mad­də­lə­rin dağıl­ması və s. zamanı zədə­lən­mə ocağının ölçülərinə əhə­miy­yfətli dərəcədə təsir edir. Belə ki, binalararası məsafə­lərin nor­ma­tivə uyğun olması yanğın əleyhinə müba­rizənin daha da ef­fek­t­li olma­sına, mümkün iqtisadi və sosial-ekoloji zərər­lərinin miq­da­rı­nın azalmasına kömək etmiş olar. Təcrübə göstərir ki, bi­na­lar ara­sın­­­dakı uzaq məsafə ilə yanğının yayılma ehtimalı tərs mü­tə­na­sibdir.

İstehsalatda və sənayedə baş verən qəzaların nəti­cə­lə­ri yan­ğın və partlayışlardır. Dünyada ən iri miqyaslı istehsalat qəzası Hindistandakı Union Carbide metilsionat kimyəvi za­vo­dun­da ha­va­ya böyük təzyiq altında buxar atılması nəticəsində baş ve­rən part­layışdır. Faciə nəticəsində qəza günü 3 min insan, ha­va­nın zə­hər­lənməsi ilə əlaqədar, 15 min insan sonrakı illərdə məhv ol­muş­dur. Ümumi zərərçəkənlərin sayı isə 600 minə qədərdir.

Yanğınlar sənaye müəssisələrində, neft mədənlərində, şə­hər­lər­də və digər yaşayış məntəqələrində daha tez-tez qəza halları ya­ra­dır. Yanğının intensivliyi istilik impulsunun gücü ilə, yəni vaxt ərzində istilik enerjisinin kəmiyyəti ilə xarakterizə edilir. Neft-qaz mədənlərində baş verən yanğınlar daha dəhşətli olur. Dəniz neft mə­dənlərində baş verən qəzalar daha dəhşətli olur və neftin bir­ba­şa dənizə axması, sahillərin neftlə çirklənməsi ilə əlaqədar bey­nəl­xalq xarakter kəsb edir, çünki belə hallarda dənizdə balıqçılıq tə­sər­rüfatına olduqca böyük zərər dəyir. Dənizə axan neftin geniş ya­­yılmasının qarşısını almaq üçün ciddi tədbirlər görmək lazım gəlir. Dаhа çох mаddi ziyаn istеhsаlаt və аnbаr binаlаrındа bаş vе­rən yаnğınlаrdаn dəyir. Yаnğının təhlüкəli аmillərindən оlаn in­sаn tələfаtı isə çox vaxt yаşаyış binаlаrındа bаş vеrir. Çох­mər­tə­bəli istеhsаlаt binаlаrındа yаnğınlаr nisbətən аz bаş vеrir, lакin şаquli ölçüdə çох tеz şiddətlənir və yаyılır. Оnlаrdа dəymiş mаddi ziyаn isə birmərtəbəli binаlаrdакı yаnğınlаrdаn dəyən ziyаnı bir nеçə dəfə ötür. Böyüк mаddi itкilərə və insаn tələfаtınа səbəb оlur. İnsаn tələfаtı əsаsən, yаnğının inкişаfının ilкin mərhələsində, əкsər hаllаrdа bоğulmаdаn (nəfəs tutulmаsındаn) bаş vеrir. Yan­ğın insаnlаrın böyüк psiхоlоji gərginliyinə və həttа strеss və­ziy­yətinə səbəb оlаn хüsusi təzаhürlər qrupudur.

Hidrodinamik qəza – hidrodinamik qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması (dağılması) və böyük miqdarda nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqəladə vəziyyətdir. Əsas potensial təhlükəli hidro­tex­ni­ki qurğulara su bəndləri, suburaxıcı və susaxlayıcı qurğular (şlüz­lər) aiddir. Hidrotexniki qurğuların dağılması təbiət qüvvə­lə­ri­nin (zəlzələ, güclü külək, bəndlərin yuyulması) və insan fə­a­liy­yətinin (təxribat məqsədi ilə hidrotexniki qurğulara, su bəndlərinə nüvə yaxud adi silahlarla zərbələrin endirilməsi) təsiri, eləcə də ti­kin­tidə və layihələnmədə yol verilən səhvlər nəticəsində baş verir. Hidrotexniki qəzaların fəsadlarına aşağıdakılar aiddir:

- su qovşaqlarının zərər çəkməsi və ya dağılması və onların qı­sa, yaxud uzun müddət öz funksiyalarını yerinə yetirə bil­mə­məsi;

- 2–12 metr hündürlüyündə olan hidrotexniki qurğuların da­ğıl­ması nəticəsində 3–25 km/saat (dağlıq rayonlarda 100 km/saa- ta qədər ola bilər) sürəti ilə hərəkət edən su dalğasının ətrafa ya­yıl­ması ilə insanların zərər çəkməsi və dağıntıların olması;

- geniş ərazinin 0,5–10 m və daha çox hündürlükdə su al­tın­da qalması ilə fəlakətli subasma.

Bu hadisələr təsərüfata böyük ziyan vurmaqla yanaşı, insan hə­yatına təhlükə yaradır. Yaşayış, sənaye, ictimai bina və tikili­lə­rin, nəqliyyat kommunikasiyalarının ani qəflətən uçması, binanın tam, yaxud hissə-hissə dağılması – binanın layihələndirilməsi za­ma­nı yol verilən səhvlər, tikinti işləri aparılan zaman layihədən kə­naraçıxmalar, montaj qaydalarının pozulması, binada işlər ta­mam­­lanmamış istismara verilməsi, istismar qaydalarının pozul­ma­sı, eləcə də təbii və texnogen fəlakətlər nəticəsində yaranan föv­qə­la­də vəziyyətdir.




Şəkil 2.16. Texnogen qəza

Şəkil 2.17. Hidrotexniki qurğularda qəza



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə