Mm-dən mühazirələrin kanspekti


Mühazirə 2 Fövqəladə halların xarakteristikası



Yüklə 6,07 Mb.
səhifə2/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   122
Mülki müdafiə

Mühazirə 2 Fövqəladə halların xarakteristikası.

Fövqəladə hallar (FH) – texnogen qəzalar, təbii fəla­kət­lər, habelə müasir qırğın vasitələri işlədilməsi nəticəsində insan tə­lə­fa­tına, xeyli maddi itkilərə, ətraf mühitə zərər dəyməsinə səbəb olan, yaxud ola biləcək və əhalinin normal həyat fəaliyyətini po­zan hadisələrdir. FH-in qiymətləndirilməsinə eyni cür yanaşmaq və onlara qarşı tədbirlər görmək məqsədilə FH tiplərinə, növ­lə­ri­nə, miqyasına, nəticələrinin ağırlığına və s. əlamətlərinə görə təs­nif edilir. Ümumilikdə, ehtimal olunan bütün FH münaqişəli və mü­naqişəsiz olur.

Münaqişəli FH – toqquşmalar, siyasi mübari­zə, sosial part­la­yışlar, milli və dini qarşıdurmalar, terror, cinayətkarlıq və s. bu ki­mi hadisələr aid edilir.

Münaqişəsiz FH – bütövlükdə 3 əlamətinə görə səciyyələnir:

- yaranma mühitinə görə - fövqəladə halın əmələgəlmə xü­su­siyyətlərini təyin edir;

- inzibati mənsubiyyətinə görə - xalq təsərrüfatının hər hansı bir sahəsində baş verən fövqəladə hal;

- ehtimal olunan fəsadların miqyasına görə - burada əsas əhə­miyyət daşıyan, hadisələrin miqyası, dəymiş ziyan və nə­ti­cə­lərin ləğv edilməsinə cəlb olunan qüvvə və vasitələrin miqdarıdır.

Yaranma mühitinə görə FH təbii, texnogen və ekoloji olur.



İnzibati mənsubiyyətinə görə FH:


  • tikintidə ( sənaye, mülki, nəqliyyat);

  • sənayedə (atom, kimyəvi, qida, metallurgiya, maşın­qa­yır­ma, dağ-mədən, gübrə);

  • mənzil-kommunal istismar sahəsində (su-kanalizasiya sis­te­m­lərində, qaz, istilik, elektrik, bina və qurğuların istismarı);

  • nəqliyyatda (dəmir yolu, avtomobil, boru kəmərləri, hava və su);

  • kənd və meşə təsərrüfatında baş verir.

Ehtimal edilən fəsadların mümkün yayılma miqyasına görə FH-ın təsnifatı təbii və texnogen xarakterli FH-ın sərhədlərini və düzgün həlli yollarını təyin etmək üçün vacib məsələlərdən biridir. Burada:

  • FH-da zərərçəkmiş, mənsub yaşayış şəraitlərini itirmiş in­san­ların sayını bilmək;

  • maddi ziyanın miqdarını təyin etmək;

  • zədələyici amillərin yayıldığı sərhədləri aşkarlamaq əsas məsələdir.

FH təsir dairəsinə və ağırlıq dərəcəsinə görə də xarakterizə edilir.

Təsir dairəsinə görə:

- lokal (qismi) – hadisələr iş yerindən, iş sahəsindən, mən­zil­dən kənara yayılmır;

- obyekt – sənaye obyektində, bina və ya qurğu hüdud­la­rı­n­da məhdudlaşır;

- yerli – hadisələr ancaq yaşayış məntəqəsinin, yalnız bir şə­hərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü gös­tə­rir;

- regional FH – bir neçə sənaye və ya kənd təsərrüfatı ra­yon­larını, bütövlükdə şəhəri və onun ətrafını əhatə edir;

- milli – respublikanın xeyli ərazisini əhatə edən, lakin döv­lə­tin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrdir;

- qlobal xarakterli FH – bir ölkənin ərazisində məhdud­laş­mır və qonşu dövlətlərin də ərazisinə yayılır.

Ağırlıq dərəcəsinə görə isə FH aşağıdakı kimi təsnif olunur:

Birinci dərəcəli – ağır FH demək olar ki, xüsusi narahatlıq do­ğurmur, onlardan bəziləri, məsələn, iri şəhərlərin küçələrindən axan qısamüddətli leysan suları maraqlı bir epizod kimi yadda qalır.

İkinci dərəcəli – xüsusən, ağır FH əhalinin əksəriyyətində bəd hadisə hesab edilməklə narahatlıq, əsəbilik və s. kimi hisslərlə yadda qalır.

Üçüncü dərəcəli – katastrofik FH isə sözün əsl mənasında fəlakətdir, belə hadisələr sosial psixoloji vəziyyəti xeyli dərəcədə dəyişən köçkünlər axını yarada bilər.

Dördüncü dərəcəli – böhranlı FH ümumi ümidsizlik və hə­yat dəyərləri haqqında təsəvvür­lərin prinsipial surətdə dəyiş­mə­si­nə, sosial çaxnaşmalara səbəb ola bilər.

Beşinci dərəcəli – əvəzolunmaz itkili FH salamat qalmış in­san­ların (köçkünlərin) onların həyatını pozmuş hadisə kimi yad­daş­larına həkk olunur.

Azərbaycan Respublikası ərazisində 4 növ FH baş verməsi labüddür. Bunlar: texnogen, təbii, ekoloji və sosial-siyasi mənşəli hadisələrdən ibarət ola bilər.

FH zamanı ilk növbədə ümumi itkilər və dəymiş ziyan mü­əy­yən edilir ki, dərhal müvafiq tədbirlər planı tərtib edilməli və pla­na əsasən zərərçəkmiş rayona, şəhərə və ya qəsəbəyə kənardan yardım etmək üçün təcili qərarlar verilməlidir.

Sosial zərəri, adətən, FH ocağında həlak olanların, yaralı­la­rın və zərərçəkənlərin (ev-eşiyini itirənlərin və başqala­rının) sayı ilə ölçürlər. İnsanların həlak olması və şikəst qalması (iş qa­biliy­yə­tini itirməsi) nəticəsində yaranmış itkiləri pul for­mas­ında qiy­mə­tləndirmək mümkündür: əlil olmuş şəxsin təminatının dəyəri ilə; işçinin itirilməsi nəticəsin­də gəlirin azalması ilə; peşə üzrə risk üçün görülən lazımi tədbirlərin dəyərinə görə və s.

Əlverişsiz və təhlükəli hadisələrin dolayı sosial zərərini mü­əy­yən edərkən zərəri etnik-mədəni və psixoloji zərər kimi də nə­zə­rə almaq lazımdır. Etnik-mədəni zərər yalnız sadəcə insanların məhv olmasından ibarət deyil, bu həm də etnosun (müəyyən bir xalqın) məhv olması deməkdir.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə