Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə13/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   122
Mülki müdafiə

Torf və meşə yanğınları
Torf yanğınları - torflu sahələrdə, torf yataqlarında ya­ra­nır. Onun alışması nəticəsində alov qısa müddətə torflu sahənin bü­tün səthini əhatə edir. Güclü külək olduqda isə yanan torf his­sə­cik­ləri çox geniş əraziyə yayılır və yeni yanğın ocaqları yaranır. Alovun torfluq massivinin dərinliyinə yayılması nəticəsində alış­ma torfun daha dərin qatlarına nüfuz edir. Bu cür yanğınlarda ya­yıl­ma sürəti sutkada bir neçə metrədək olur. Bəzən yeraltı yanğın ocaqlarından alov xaricə çıxır və ətrafda olan meşə massivində, ya­şayış mən­tə­qə­lə­rində yerüstü yanğınların yaranmasına səbəb olur. Torf yan­ğın­la­rı­nın xarakterik xüsusiyyəti - çoxlu miqdarda tüs­tünün ya­ran­ma­sı­dır ki, bu da ərazinin hislənməsinə gətirib çı­xa­rır.

Torf - faydalı qazıntı olub, ondan istehsalatda, kənd təsər­rü­fatında yanacaq, gübrə, istilik qoruyucu material istehsalında is­ti­fadə edilir. Torf bataqlıq şəraitində bitki qalıqlarının yığılması nə­ticəsində yaranır, tərkibində 50-60 % karbon var. Dünyada olan torf ehtiyatları 500 milyard ton təşkil edir ki, bunun da 186 mi­l­yardı Rusiya ərazisindədir.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə