Meşə yanğınları. Bütün dünyada nəzarətsiz meşə yanğınları dəhşətli təbii fəlakətə çevrilmişdir. Hətta yüksək səviyyədə təşkil olunmuş mühafizə sistemlərinə və kifayət qədər resurslara malik olan dövlətlər belə quraqlıq illərində meşələri yanğından tam qorumaq imkanından məhrumdur. Təkcə 2000-ci ildə planetdə baş vermiş meşə yanğınları 351 milyon ha ərazini əhatə edir. İl ərzində yanmış biokütlə 9,2 milyard ton təşkil edir. Son illərdə meşə yanğınlarının sayı həm şimal yarımkürəsinin mülayim meşələrində, xüsusən tayqada, həm də yağışlı tropik meşələrdə getdikcə artmaqdadır. Bu meşə örtüyünün ayrı-ayrı hissələrə bölünməsi, həmçinin meşəsizləşmə ilə əlaqədar olub, qlobal iqlim dəyişmələrinin və güclənməkdə olan antropogen təsirin nəticəsidir.
idarə etmək üçün sahələrdə yanğın əleyhinə quruluş işləri həyata keçirilir:
- yanğın əleyhinə xəndəklərin və baryerlərin yaradılması;
- yanğın əleyhinə təyinatlı yolların bərpası, yeni yolların və minerallaşmış zolaqların salınması;
- yanğın əleyhinə su hövzələrinin, avadanlıq üçün anbarların, helikopter meydançalarının təşkili.
Şəkil 2.12. Meşə yanğınları
Bəs biz meşələrdə yanğın baş verməməsi üçün nələri bilməliyik? Temperaturun yüksək göstəricisi zamanı, yəni yanğın təhlükəsinin aktiv olduğu vaxtlar:
meşə və meşəyə yaxın ərazilərdə yanan siqaret kötüyü və ya kibrit çöpünü yerə atmayın;
ova getdiyiniz zaman tez alışan maddələrdən meşə ərazisində istifadə etməyin;
benzin və ya neftə hopdurulmuş əski parçalarını bu ərazidə yerə atmayın;
maşının mühərriki işləyən zaman maşına yanacaq əlavə etməyin;
şüşə qabları meşədə yerə atmayın;
ocaq qalamayın.
Dostları ilə paylaş: |