28
Sək.2.İpliyin təkrar sarınması prosesinin sxemi
Sarınmanın növləri və formaları
Toxuculuqda iki növ sarınma mövcüddür: paralel və çarpaz. Sarınmanın
bu və ya başqa növünün əmələ gəlməsi sapların sarınması zamanı dolaqların
yerləşməsi addımından asılı olur.
Vint xəttinin bağlamanın mərkəz oxuna nəzərət əmələ gətirdiyi bucaqdan
asılı olaraq paralel, yaxud çarpaz sarınma yaranır. Çarpaz və paralel sarınma belə
əmələ gəlir: əgər sarınan bağlama sabit fırlanma tezmiyinə malik olarsa və
sarınmanın dəyişən diametrini d
x
qəbul etsək (şəkil 3), onda silindri yan səthi üzrə
açmaqla alarıq
,
x
Pd
h
tg
burada
- vint xəttinin qalxma buçağı, yaxud sarınma buçağı, dərəcə;
h
- sarınmada vint xəttinin addımıdır, mm.
Buradan
tg
Pd
h
x
.
Formulalardan görünün ki,
bucağı nə qədər kiçik olarsa, sarınan dolaqlar
biri-birinə o qədər yaxın olur.
qalxma bucağının kiçik qiymətində sarınma
paralel, böyük qiymətində işə- çarpaz olur.
29
Babinə çarpaz sarınma bağlamanın (patronun) formasından və iyin
konstruksiyasından asılı olur. Silindrik formalı patrona paralel, konus formalı
patrona isə çarpaz sarınır (şəkil 3). Elə maşınlar var ki, onlarda saplar bir, iki,
yaxud üç konuslu babinlərə çarpaz sarınır.
Babinə sapların sarınma uzunluğu sarınan sapların kütləsindən və xətti
sıxlığından asılı olur. Bağlamada sapların kütləsi onun ölçüləri, forması,sapların
xətti sıxlığı və sarınmanın sıxlığından asılı olaraq dəyişir. Bu kəmiyyətlər (sarınma
sıxlığı istisna olmaqla) bütün hallardasabit olur. Sarınma sıxlığı sapların dartılma
dərəcəsindən asılı olur: dartılma nə qədər böyük olarsa, sarınma o qədər yüksək
sıxlığa malik olur və əksinə. Sapların dartılma dərəcəsi təkcə sarınmanın sıxlığına
deyil, eyni zamanda sapların xassələrinə də təsir edir.
Şək.3.Sarınmanın növləri
a) paralel; b) çarpaz; v) silindrik; q) birkonuslu
Çarpaz sarınma ilə babinlərə daha çox satda saplar yerləşdirilir, nəinki
paralal sarınma ilə olan bağlamalara (makaralara). Sapların xətti sıxlığından asılı
olaraq babinlərdə onun kütləsi 1,5 kq-dan 4kq-a qədər olur.
Paralel sarınmaya nisbətən şarpaz sarınma aşağıdakı üstünlüklərə malik olur:
1.Tərpənməz konusşəkilli babinlərdən arişsarınma prosesində yüksək
məhsuldarlıq alınmaqla ipliyin elastiki xassələri maksimum saxlanılır;
30
2.Çarpaz sarınma zamanı təkrar sarıma maşınlarının məhsuldarlığı
paralelsarınmaya nisbətən xeyli çox olur;
3.Əksər konstruksiyalı maşınlarda sabit sarınma sıxlığı təmin edilir;
4.Çarpaz sarınmalı böyük bağlamalar təkrar saryıcı və əriş sarıyıcı
maşınların məhsuldarlığının artırılmasını təmin etməklə iplikdə olan tullantıların
miqdarını azaldır;
5.Babin üçün tətbiq olunan bağlamalar (patronlar) markalardan ucuz
olmaqla gec yeyilir və xeyli müddət istifadə edilir.
Təkrar sarıma maşınları
M-150-2 təkrar sarıma maşınları tək sapların və burulmuş pambıq parça
ipliyinin silindrik formalı bağlamalardan (qıçalardan) konus formalı babinlərə
təkrar sarınması məqsədilə tətbiq olunur. Bu maşınlarda xətti sıxlığı 5 teks x 2-dən
41,7 teks x 2-yə qədər olan burukmuş ipliklər 500-1000 m/dəq sürətilə təkrar
sarınırlar.
M-150-2 maşını M-150-1 maşınlarının təkmilləşdirilmiş konstruksiyasıdır.
Bu maçınların fərqli xüsusiyyəti ondadır ki, təkrar sarıma zamanı saplar iki zonalı
dartıcıdan keçirlər. Sarıyıcı barabanın diametri 90 mm-dək böyüdülmüş və bununla
təkrar sarıma sürətinin artirilması təmin olunmuşdur. Barabanın uzunluğu 173 mm
olmaqla üzərindəki dəyişən addımlı vintrari yarıqlar 2,5 dolaqdan ibarətdir.
Təkrar sarıma maşınları da babinlərin formalaşması prinsipinə görə iki tipə
bölünür:
-formalaşan bağlamanın 1 (şəkil 4) sarıyıcı baraban 2 üzərinə sürtünmə-
sindən hərəkət alan maşınlar (kontakt üsulu ilə sarınma); baraban 2 üzərindəki
vintli yarıqların 3 köməkliyi ilə sap 4 bağlamanın hündürlüyü boyunca yerləşir.
-hərəkəti uyğun ötürmədən alan iy 2 üzərində quraşdırılan formalaşan
bağlama 1 ilə işləyən maşınlar (kontaktsız sarınma üsulu): sap yerləşdirici 3 bağla-
manın uzunluğu boyunca irəli-geri hərəkət etməklə sapı onun üzərində yerləşirir.
31
Şək.4.Sapın babinə sarınma sxemi
Birinci tip maşınlar bütün nov təbii liflərdən olan ipliklərin tekrar sarınması
məqsədilə tətbiq edilir. Ikinci tip maşınlar isə əsasən kimyəvi və təbii ipək
saplarının təkrarsarınması zamanı tətbiq edilir.
Azərbaycanın və MDB-nin digər respublukanını toxudulıi sınaye
müəssisələrində pamçiq-parça, yun ipliyin və kimyəvi liflərdən olan ipliyin təkrar
sarıma prosesində M-150-2, M-150-1, M-150 təkrar sarıma maşınları, AM-150-
K1, Avtosuk və s. əriş sarıyıcı avtomatları, kətan ipliyinin təkrar sarınması üçün isə
RB-150-L, RK-150-L, RVK-150-L2 maşınları tətbiq olunur.
Hal-hazırda M-150-2 maşınları daha geniş tətbiq edilir. Bu maşınlarda saplar
babinə çarpaz sarınmaqla formalaşan babinin hündürlüyü 145-150 mm olduqda
onun ən böyük diametri 230 mm təşkul edir. Patronun konus bucağı 11
0
30,
babindəki ipliyin orta kütkəsi 1,5 kq, sarınma sıxlığı 0,4-0,44 q/sm
3
. Maşın
ikitərəfli olmaqla seksiyalardan yığılır. Hər seksiya 20 sarıyıcı barabanlar
üzərindəki vintvarı yarıqlar uzunluğu boyunca dəyişən dərinliyə malık olur.
Maşın sapın qırılması, yaxud onun baglama üzərindən sürüşüb düşməsi
zamanı onun bağlama üzərindən sürüşüb düşməsi zamanı babini avtomat saxlayan
mexanizmə malikdir. M-150-2 maşınları babinin sarınıb qurtarması zamanı onu
saxlayan xüsusi mexanizmə də malikdir.
Təkrar sarıma maşınlarında təkrar sarıma sürəti aşağıdakı formula ilə təyin
edilir.
Dostları ilə paylaş: |