MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   2   3   4   5   6   7   8   9   ...   21

16 

 

yüngüllüyünə  və  sadəliyinə  görə  fərqlənməli,  onların  emalında  müasir  metodların 



tətbiq edilməsinə imkan yaratmalıdırlar.  

Məmulatın etibarlılığına verilən tələblər, onların istismar zamanı etibarlığını 

təmin  edir.  Etibarlılıq  məmulatın  verilmiş  funksiyalarını  tələb  edən  vaxt  ərzində 

yerinə  yetirmə  qabiliyyətini  xarakterizə  edir.  Eytibarlılığı  yüksək  olan  malların 

istehsalı  əlavə  maddı  nemətlər  sərf  edilmədən  eyni  cür  əlavə  məmulatın 

buraxılmasına bərabərdir.  

Məmulatın  eytibarlılığına  verilən  tələblər  öz  növbəsində  onun  təmirə 

yararlılığına, saxlanmasına, uzunömürlülüyün. Verilən tələblərə ifadə edilior ki, bu 

da məmulatın xidmət müddətinin uzanmasına imkan yaradır. 

Xidmət müddəti – məmulatın daöılan anadək, yaxud yararsız digər vəziyyət 

həddinidik  təqvim  günləri  üzrə  istismar  müddətidir.  Xidmət  müddətinin  məlum 

olması  elmi  əsaslandırılmış  istehsalat  planlarının  tərtib  edilməsi,  satışı  və  malın 

təmir edilməsi, həmçinin ehtiyat hissələrinin və detallarının istehsal edilməsi üçün 

(texniki  mallar  üçün)  vacibdir.  Mallarda  fiziki  və  mənəvi  köhnəlmə  müdətinin  də 

mühüm əhəmiyyəti vardır.  

Çoxlu miqdarda mallar istismar zamanı mexaniki təsirlərə məruz qalır ki, bu 

da onların həm zahiri, həm də daxili köhnəlməsinə səbəb olur. 

Zahiri  köhnəlmə  zamanı  məmulatın  səthi  dağılıb.  Bu  zaman  kohnəlmiş 

sahələrdə  qalınlıq,  kütlə,  məmulatın  davamlığı  azalır.  Köhnəlmənin  böyüklüyü 

səthin  quruluşundan,  materialın  təbii  xassələrindən  və  xarıcı  təsirlərin 

intensivliyindən  asılıdır.  Məsələn,  zahiri  köhnəlmənin    nisbətən  sadə  və  yayılmış 

növlərinə  laboratoriya  şəraitində  asan  təsdiq  ediləni  məmulatın  sürtünmədən 

köhnəkməsi hesab edilə bilər. 

Daxılı  köhnəlmə  materialın  quruluşunun  dəyişilməsi  ilə  müşahıdə  edilir. 

Bunun  nəticəsində  mallarda  mexaniki  xassələr  dəyişilir.  Daxılı  köhnəlmə  zamanı 

məmulatın  zahiri  görünüşü,  onun  konstruksiyası,  bir  qayda  olaraq,  dəyişilmədən 

qalır.  Lakin  bu  zaman  materialın  elastiklik  xassələri  azalır  və  məmulat  sərt  və 

kövrək  olur.  Bu  da  məmulatın  davamlılığının  kəskin  azalmasına  və  dağılmasına 




17 

 

səbəb  olur.  Daxili  köhnəlməni  təyin  etmək  qüçün  gərilməyə,  əyilməyə  qarşı 



mexaniki tədqiqatlar aparılır. 

Əksər  hallarda  məmulat  mexaniki  təsirlərdən  daha  təsirli  olan  fiziki-

mexaniki təsirlərə: gündüz işiğına, ultrabənövşəyi şüalara, oksidləşdiricilərə, qələvi 

və  tutşulara    məruz  qalır.  Bu  təsirlər  zamanı  material  və  məmulagt  kimyəvi 

tərkibini, fiziki xassələri dəyişir və köhnəlməyə məruz qala bilər. 

Qeyd etmək lazımdır ki, materiallar və məmulatlar eyni materialdan olsa da, 

köhnəlməsi  həmişə  eyni  deyirıdr.  Hazır  məmulatların  köhnəlməsinə  onun 

konstruksiyası  əhəmiyyətli  dərəcədə  təsir  göstərir.  Məsələn,  konstruksiyanın 

dözgön  seçilməməsi  paltar,  yaxud  ayaqqabının  yüksək  keyfiyyətli  materialdan 

hazırlanmasına baxmayaraq  istismarın başlanğıc dövründən sürətlə köhnəlməsinə, 

yaxud hətta məmulatın tam dağılmasına səbəb ola bilər. 

Fiziki köhnəlmə ilə yanaşı, məmulat mənəvi köhnəlməyə də məruz qala bilər 

ki,  bu  da  özünü  məmulatın  texniki-iqtisadi  göstəricilərinin  köhnəlməsində,  yaxud 

modaya müvafiq olmamasında özünü göstərir. 

Malların  saxlanmasına  verilən  tələblər,  ilk  növbədə  istehlak  dəyərini 

malların müəyyən müddət keçdikdən sonra da saxlanmasını təmin edən tələblərdir. 

Bu  tələblərin  kimyəvi  malların,  ətriyyat  mallarının,  fotokağızın,  bağlayıcı 

maddələrin  və  digərlərin  və  digərlərinin  xarici  amillərin  təsirindən  (rütubət, 

temperatur,  işiq  və  s.)  öz  əsas  xassələrini  dəyişən  və  bir  qayda  olaraq  keyfiyyət 

göstəricilərini itirən mallar üçün xüsusi əhəmiyyəti vardır. 

Iqtisadi  tələblər  yalnız  istehsal  xarclərini  deyir,  həm  də  istehlakşıların  malı 

əldə etməsi, istifadə, təmir və başqa xərclərini də nəzərdə tutur. 

 

 

 

 

 

 

 



18 

 

3.MALIN KEYFİYYƏTİNƏ TƏSİR EDƏN AMİLLƏR VƏ ŞƏRAİT 



 

Malların  keyfiyyətinə  təsir  edən  amillər  iki  qrupa  bölünür:  malın 

keyfiyyətinin  formalaşmasına  təsir  edən  amillər  və  keyfiyyəti  qoruyub  saxlayan 

amillər. 

Birinci  qrup  amillərə  layihələşdirmə  və  modelləşdirmə  keyfiyyəti  və 

hazırlanma  keyfiyyəti  daxildir.  Hazırlanma  keyfiyyətinə  normativ-texniki 

sənədlərin  keyfiyəti,  alət  və  avadanlıqların  keyfiyyəti,  xammal  və  dəstləşdirici 

məmulatalrın keyfiyyəti, texnoloji rejimə riayət edilməsi daxildir. 

Ikinci  qrup  amillər  isə  keyfiyyətcə  tam  formalaşmamış  malın  istehsalçılara 

lazımı  səviyyədə  çatdırılmasını  təmin  edən  amillər  daxildir.  Bu  amillərə  malların 

markalanması, qablaşdırılması, daşınması və saxlanması aiddir. 

Keyfiyyəti  formalaşdıran  amillər,  öz  növbəsində,  obyektiv  və  subyektiv 

olmaqla  iki  yerə  bölünür:  obyektiv  amillərə  xammal  məmulatın  konstruksiyası, 

istehsal 

bazasının 

texniki 


səviyyəsi, 

istehsalın 

mexanikləşdirilməsi 

və 


avtomatlaşdırılması,  müasir  texnologiyaya  və  nəzarətin  texniki  vəsaiti,  istehsal 

bazasının  texniki  səviyyəsi  və  istismar  bazası  aiddir  ki,  bu  da  istifadə  olunan 

məhsulun  keyfiyyətinə  müvafiq  olmalıdır.  Obyektiv  amillər  subyektiv  amillərə 

nisbətən  daha  çox  stabil  hesab  olunur.  Dubyektiv  amillər  insan  fəaliyyəti  ilə 

əlaqədardır,  yəni  insan  istehsalat  funksiyasını  yerinə  yetirmə  qabiliyyətindən  və 

münasibətlərdən  asılıdır.  Bu  amillərə  ustalıq  dərəcəsi,  ümumi  təhsil  səviyyəsi, 

insanın  psixoloji  kamilliyi  və  əməyin  bəhrəsinə  şəxsi  marağı  daxildir.  Ustalıq  nə 

qədər  yüksək  olarsa,  əməyin  və  məhsulun  keyfiyyəti  bir  o  qədər  yüksək  olar. 

Subyektiv  amillərin  xüsusiyyəti  ondadır  ki,  onlar  obyektiv  amillərə  nisbətən  az 

dayanıqlıdır. Malın keyfiyyətinə həmin amilin şəraiti də təsir göstərir. 

Məhsulun keyfiyyəti üçün əməyin təşkilinin formaları, həmçinin bütün ölkə 

miqyasında, yaxud ayrı-ayrı müəssisələrdə keçirilən müvafiq təşəbbüslərin mühüm 

əhəmiyyəti  vardır.  Burada  yarışlar,  maddi    stimullaşdırma,  ticarət  təşkilatının  və 

müəssələrin keyfiyyətsiz maldan imtina etməsi və s. daxildir. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə