MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   2   3   4   5   6   7   8   9   ...   21

19 

 

Məhsulun  keyfiyyətinin  yaxşılaşmasına  və  texniki  tərəqqinin  yüksəlməsinə, 



malların standartlaşdırılmasına da böyük təsiri vardır. 

Standartlaşdırma  səviyyəsinin  yüksəlməsi  malın  keyfiyyətinə  müsbət  təsir 

göstərir, belə ki, keyfiyyətə verilən tələblər, ayrı-ayrı göstəricilərin normativləri və 

mal  haqqında  digər  məlumatlar  standartlar,  yaxud  texniki-normativ  sənədlərlə 

nizama salınır. 

Hazır  məmulatın  keyfiyyəti  standart  tərəfindən  müəyyən  edilən    ayrı-ayrı 

xassələrin tələb və normativlərinin necə olmasından asılıdır. Malların keyfiyyətinə 

təsir  edən  amillərin  öyrənilməsi,  əmtəəşünaslığın  vacib  məsələsi  olub,  ixtisaslı 

əmtəəşünas-mütəxəssislərin hazırlanması üçün zəruri hesab olunur. 

Xammal.  Xammal  dedikdə,  hazır  məmulatın  istehsalı  üçün  sərf  edilən 

müxtəlif  materiallar  başa  düşülür.  Bu  materiallar  kimyəvi  tərkibinə  və  mənşəyinə 

görə müxtəlifdir. 

Xammal – özü  kənd təsərrüfatının, yaxud kimya və digər təsərrüfat sahələri 

tərəfindən əldə edilən məhsuldur. 

Xammal  anlayışı  ilə  əlaqədar  “yarımfabrıkat”  və  “fabrikat”  anlayışları  da 

mövcuddur.  İstehlak  edilmiş  hazır  məhsul  fabrıkat  adlanır,  tamamlanmamış 

fabrıkat  yarımfabrikat  sayılır  (ayaqqabıların  üzlüyü,  mebel  üçün  zaqotovkq  və  s.) 

bu  anlayış  tamamilə  şərtdir.  Belə  ki,  bir  istehsalın  fabrikatı  başqası  üçün 

yarımfabrikat  ola  bilər.  Mebellər  üçün  zaqotovkalar  meşətədarük  sənayəsinin 

fabrikatı  və  mebelin  yarımfabrıkatı,  parça-  toxuculuq  sənayesinin  fabrikatı  və 

paltarlar, mebellər və oyuncaqlar və s. İstehsalı üçün yarımfabrikatlar adlanır. 

Hazır məhsulun keyfiyyəti və xassə və keyfiyyətindən asılıdır. 

Xammalın  kimyəvi  tərkibini  dəyişməklə  lazımı  xassəli  məmulat  almaq 

mümkündür.  məsələn,  kvars  qumunun  tərkibində  dəmir  qarışığının  olması  ondan 

alınan şüşənin şəffaflığını aşağı salır və oan yaşımtıl rəng verir. Bu cür qarışıqların 

qildə olması həmşinin çini məmulatların aglığını aşağı salır. 

Əsas    xammalın  təbiyyətini,  quruluşunu  və  xassələrini  bilərək  hazır 

məhsulun  xassələrini  və  xüsusiyyətlərini  əvvəlcədən  müəyyən  etmək,  yeni 

növlərdən  istifadə  edərək  mal  istehsalı  üçün  xammal  bazasını  genişləndirmək,  az 



20 

 

əmək  və  vaxt  sərt  etməklə  yüksək  istehlak  xassələri  olan  məmulat  almaq  və 



həmşinin çeşidi yeniləşdirmək mümkündür. 

Müxtəlif  növ  xammalın  məqsədəuyğun  tətbiq  edilməsinə  xasusi  diqqət 

yetirilir.  Əgər  malın  keyfiyyətinə  heş  bir  xələl  yetirilməzsə,  bahalı  xammal 

nisbətən ucuzları ilə əvəz edilir. 

Xalq  istehlakı  mallarının  istehsalı  üçün  kimyəvi  tərkibinə,  mənşəyinə  və 

xassələrinə görə müxtəlif olan xammallardan istifadə edilir. 

Kimyəvi tərkibinə görə onları üzvi və qeyri-üzvi, mənşəyinə görə təbii, süni 

və sintetik materialara bölürlər. 

əgər  təbii  materiallar  lazımi  xassələr  kompleksinə  malık  deyildirsə,  yaxud 

çox  zəhmət  tələb  edən  və  bahadırsa,  o  zaman  süni  və  sintetik  materiallardan 

istifadə  edilir.  Süni    materiallar  qismən,  yaxud  tamamilə  təbii  xam  materialları 

əvəz  edir.  Bəzi  halarda  onların  keyfiyyəti  təbii  xam  materialların  keyfiyyətindən 

kifayyət qədər yüksək olur.  

Qeyri-üzvi  materiallardan  metallar  və  onlar  arasında  alınan  ərintilər,  silikat 

materialları materialları və minerallar geniş istifadə edilir. 

Qara  və  əlvan  materiallardan  metallar  və  onlar  əsasında  alınan  ərintilərdən 

qab-qacaq,  alət,  foto  və  radiomalları,  oyuncaq,  elektrotexnika  və  idman  malları, 

inçaat  materialları,  xırdavat  və  zərgərlik  məmulatları  və  s.  istehsalında  istifadə 

edilir. 

Metal liflərdən “qızılı tikiş”   isləri, ələk hazırlamak və s. üçün istifadə edilir. 

Metallar,  ərindilər  və  onlar  əsasında  hazırlanan  məmulatlar  bir  qayda 

olaraq,yüksək  davamlılığa,  elektrik,  istilik  keçirməsinə,  texniki  dayanıqlılığına  və 

oda  davamlılığına  görə  fərqlənirlər.  Onlar    cətinliklə  emal  edilir  və  əksəriyyəti 

korroziyaya uğrayırlar. 

Silikat  materiallar  silisium  oksidinin  digər  oksidlərlə  sadə  və  mürəkkəb 

birləşmələrindən  ibarətdir.  süni  silikat  materialları,  təbii  xam  materialın  müvafiq 

emalından alınır. Bunlara şüşə,çini, kaşı və başqaları aiddir. 

Təbii  silikatlara  –  bəzi  dağ  süxurları  və  minerallar:  qranit,  çöl  şpatı,  kvars 

qummu, gil və s. aiddir.  



21 

 

Silikatlı  materiallar  şüşə,  şüşə  məmulatları,məişət  və  inşaat  təyinatlı 



keramika məmulatları və s. istehsalı üçün istifadə edilir. 

Silikatlı  materiallar  və  onlar  əsasında  hazırlanan  mallar  yanmayan, 

kövrək,bərk,  sıxılmaya  davamlı,  az  elektrik,  istilik  keçirən,  həmçinin  yüksək 

termiki  dayanıqlı  olub  və  yüksək  termini  genişlənməyə  malikdirlər.  Metallardan 

fərqli olaraq onlar korroziyaay davamlıdırlar. 

Üzvi  materiallardan  istehsal  mallarının  istehsalında  nisbətən  geniş  tətbiq 

edilənlər  sellüloza,  zülallı  və  karbohidrogenli  maddələrdir.  Onlar  təbii,  həmçinin 

süni  olurlar.  Təbii  materiallar  heyvanat  və  bitki  mənşəlidir.  Heyvanat  mənşəli 

(zülallı) materiallara – xəz, yun, ipək aiddir. Sellüljzalı materiallarda ağac, pambıq, 

kətan  və  s.  aid  edilir.  Karbohidrogenli  maddələrdən  xalq  istehlakı  mallarının 

istehsal  üçün  tətbiq  edilənlərə  təbii  kauçuk  və  onun  əsasında  alınan  rezin  aiddir. 

Üzvi  materiallar  parça  ayaqqabı,  paltar,  mebel,  xırdavat  və  digər  malların 

hazırlanması üçün istifadə edilir. 

Məmulatın  konstruksiyası  ondan  istifadənin  rahatlılığını,  gözəl  xarıcı 

görünüşünü, səmərəliliyini,  yığcamlılığını, etibarlılığını, təmirinin  mümkünlüyünü 

və uzunömürlülüyünü təmin etməlidir. Ayrı-ayrı əşyaların ölçüləri insan bədəninin, 

mənzilinin və s. ölçülərinə müvafiq olmalıdır. 

İstehsalın  texniki  səviyyəsi  inkişaf  etdikcə,  əhalinin  mədəni  səviyyəsi  və 

məhsulun  istehlak  xassələrinə  tələbi  yüksəldikcə,  məmulatın  konstruksiyası  da 

təkmilləşir. 

Məmulatın  konstruksiya  xassələri  ilə  onların  istehlsk  xassələri  və  keyfiyyət 

səviyyəsi arasındakı əlaqənin yaradılması əmtəəşünaslığın xüsusi bölmələrininəsas 

məzmunu hesab edilir. 

Texnoloji  emal.  Texnoloji  emal  xammal  və  materialların  xassələrinin 

dəyişməsinə və hazır məhsulun keyfiyyətinin formalaşmasına böyük təsir göstərir.  

Bu cür emalın məqsədi-məmulata lazımi forma, xarici görünüş, oun eytibarlılığına 

və əşyanın təyinatına müvafiq digər istehlak xassələrinin verilməsidir. 

Texnoloji  emal  əsas  xammalın  və  hazır  məhsulların  xassələrini  və 

xüsusiyyətlərini nəzərə almaqla aparılır. Təkrar emal zamanı əsas xammal müxtəlif 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə