22
fiziki-kimyəvi və digər təsirlərə məruz qalır ki, nəticədə onun görünüşü, xassələri
dəyişir və hazır məmulatın keyfiyyəti formalaşır. Məsələn, çini məmulatın
keyfiyyəti
formalaşir.
Məsələn,çini
məmulatın
keyfiyyəti
əsasən
yandırmanıntemperaturundan və şəraitindən asılıdır;
metal məmulatların
xassələrini texniki emal rejimi hesabına dəyişmək mümkündür.
Texnoloji emal rejimin pozulması nəticəsində məmulatın keyfiyyətini aşağı
salan, yazud onu yararsız vəziyyətə gətirən müxtəlif nöqsanlar baş verir. Texnoloji
proseslərin rejimlərinə ciddi riayət etməklə nöqsanlar aradan qaldırıla bilər. Mal
istehsalının əsas mərhələlərini bilməklə nöqsanların əmələgəlmə səbəblərini,
onların aradan götürmə imkanlarını aşkar etmək mümkündür. Noqsanların əmələ
gəlməsinin qarşısınınalınması, yaxud aradan götürülməsi hazır məhsulun
keyfiyyətini yüksəltməyə,məmulatın hazırlanmasına və xammalın emalına sərf
edilən vəsaitlərin qorunmasına imkan verir.
əmtəəşünaslıqda hazır məhsulun istehlak xassələrini formalaşmasına təsir
edən əsas proseslərin öyrənilməsinə, təkrar emal prosesində xammalın xassələrinin
dəyişməsinə başlıca diqqət yetirilir.
Məhsulun keyfiyyətinin idarə edilməsi dedikdə,məhsulun keyfiyyətinə təsir
edən şərait və amillərə, keyfiyyəti planlaşdırma və məqsədəuyğun istiqamətlənmiş
təsir yolu ilə həyata keçirilən tərtibetmə, istehsal və istismar, yaxudistehlak zamanı
məhsulun keyfiyyətinin lazımı səviyyədə qorunmasının təmin edilməsi və
saxlanması başa düşülür.
Məhsul keyfiyyətinin yüksəldilməsi üçün müvafiq təşkilatı, texniki, iqtisadi,
qanunverici və digər kompleks tədbirlərin həyata keçirilməsinin mühüm
əhəmiyyəti vardır. Keyfiyyət səviyyəsinə müvafiq stabil məhsul buraxılışını təmin
edən bu cür tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi keyfiyyətin
dövlət idarəetmə sistemini təşkil edir. Keyfiyyətin idarə edilməsi ölkə, sahələr və
müəssisələr miqyasında həyata keçirilir. Bu sistemdə əsas hissə müəssisəhesab
edilir.
23
Məhsulun keyfiyyətinin idarə edilməsinin əsassını növbəti prinsiplər təşkil
edir: idarəetmə obyekttinin və idarəetmə mexanizminin öyrənilməsi, idarəetmə
(kriteriyasının) meyarının tərtib edilməsi və əks əlaqə.
Birinci prinsip istehlakın xarakteri və məhsul xassələri arasındakı
münasibətlərə aydınlaşdırmağı, keyfiyyətin yüksəldilməsinin zəruriyini dərk
etməyi və keyfiyyətin zəruri səviyyəyə çatması yollarının müəyyən edilməsini
əhatə edir.
4.TOXUCULUQ İSTEHSALATI
Toxuculuğun gələcək inkişafı dövrün tələblərinə cavab verə biləcək
keyfiyyətli geniş çeşiddə parça istehsalı ilə bağlıdır. Bunun üçün toxuculuq
müəssisələri xalqın məişət və texniki parçalara olan ehtiyacını və sənayenin
tələbatını tam təmin etməlidir.
Sapların toxuculuğa hazırlanması əməliyyatları elə maşınlarda aparılmalıdır
ki, onlar sap uclarını bir-birinə düyünsuz birləşdirməklə toxucu dəzgahlarında
yüksək keyfiyyətli parça istehsalını təmin etsin və onların məhsuldarlığının
artırılmasına şərait yaratsın. Bunun üçün toxuculuq istehsalatlarında 7000 sapdan
az olmayan avtomat sapkeçirən qurğular tətbiq edilməlidir.
Hal –hazırda məkiksiz toxucu dəzgahlarla yanaşı çoxəsnəkli toxucu
dəzgahlarının istehsalatda tətbiq olunması avadanlıqların məhsuldarlığının xeyri
artmasına səbəb olmuşdur.
Parca iki sistem sapların biri-birinə perpendikulyar toxunmasından əmələ
qəlir. Bu zaman parçanın uzunu boyunca yerləşən sapları - əriş, eni boyunca
yerləşən sapları isə arğac sapları adlandırılır.
Toxuculuğun mahiyyəti-əriş və arğac saplarının verilmiş ardıcıllıqla
qarşılıqlı toxunmasında ibarətdir. bu zaman sapların istiqaməti əsasən qarşılıqlı
perpenduklyar olur.
Toxuculuğun məqsədi-müəyyən quruluşa uyğun parçanı formalaşdırmaqla
onun uyğun mexaniki və digər xassələrini və xarici görkəmini təmin etməkdir.
24
Toxuculuq-beş əməliyyatı birləşdirən dövrü prosesdir: əsnəkəmələgətirmə,
arğacın yerləşdirilməsi və parça başlığına vurulması, ərişin və parçanın uzununa
boyunca yerdəyişməsi.
Parça toxucu dəzgahında əmələ gəlir. Parçanın əmələ gəlməsinin texnoloji
sxemi şəkil 1-də göstərilmişdir. əriş sapları navoydan 1 açılaraq, yönəldicinin 2
üzərindən əyilməklə lamel gözlüklərindən 3 keçirilir və remizlərə 5, 6 doğru
istiqamətləndirilir. Hər bir əriş sapı uyğun remiz gözlüklərindən 4, sonra isə
darağın 7 dişləri arasından keçirilir. Əriş saplarının bir remiz gözlüyündən keçən
hissəsi periodik olaraq yuxariya qaldırılır, yaxud yerində dayanır, onların başqa
remizin gözlüyündən keçən digər hissəsi bu zaman aşağıya endirillir. Əriş sapları
arasında əmələ gələn boşluq əsnək adlandırılır ki, buraya arğac sapı
sapyerləşdiricinin 8 köməkliyi ilə qoyulur. Sapyerləşdirici ayrı-ayrı lövhələrədn 9
yığılmış kanal boyunca hərəkət edir. Batanın tirinə 15 bərkidilməş darağın 7
vasitəsilə arğac sapı parça başlığına 10 vurulur. Batan irəliyə və geriyə yelləncəkli
hərəkət edir. əmələ gələn parça, parça üçün dayağı 11 əyərək dəzgahın döşlük
hissəsindən 12 keçməklə dartıcı valın 13 köməkliyi ilə mal valikinə 14 sarınır.
Sək.1.Parçanın toxucu dəzgahında əmələ gəlməsi sxemi
Bütün bu əməliyyatlar parçanın hər bir elementi formalaşdıqca təkrar olunur.
Parçanın teni elementi batanın hər bir zərbəsindən sonra əmələ gəlir.
Parça əmələ gəldikcə onun formalaşma zonasından çıxarılması və əriş
saplarının uzununa boyunca yerdəyişməsi toxucu navoyunun fırlanması ilə baş
verir.