MiRZƏLİyev zaur natiQ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix02.01.2018
ölçüsü0,55 Mb.
#19109
1   2   3   4   5   6   7   8   9   ...   21

13 

 

Malların  keyfiyyətinə  verilən  perspektiv  tələblərin  tərtib  edilməsi  elm, 



sənaye  və  ticarət  işlərinin  hazır  məmulatın  keyfiyyətini  yüksəltməyə  və  daim 

təkmilləşdirməyə vadar edir.  

Perspektiv tələblər texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq cari tələblər 

qrupuna kecir və milli standart və texniki şərtlərlə nizama salınır.  

Malların  keyfiyyətinə  verilən  perspektiv  tələblərin  nəzərdə  kecirilməsi 

əmtəəşünaslığın  vacib məsələlərindən biri hesab edilir. 



Ümumi tələblər bərabər dərəcədə  ya bir  mala,  yaxud da  üstünlüyü çox olan 

mallara  verilir.bu  tələblərə  malın  öz  təyinatına  nisbətən  tam  müvafiq  olması  və 

əsas  funksiyanın  yerinə  yetirmə  dərəcəsi,  istifadə  rahatlığı,  insan  üçün  zəruriliyi, 

təhlükəsizliyi,  orqanizmin  normal  həyat  fəaliyyətinin  təmin  edilməsi,  təyin 

olunmuş  müddət  ərzində  iastismar  zamanı  davamlığı  və  etibarlılığı,  təmirin 

mümkünlüyü və sadəliyi, estetik tələblər və s. daxildir. 

Bəzi hallarda malların davamlılığına, bəzi hallarda isə onun xarici tələbatına 

nisbətən  yüksək  tələblər  qoyulur.  Müxtəlif  mallara  verilən  tələblərin  xarakteri  də 

eyni  deyildir.  Belə  ki,  müsiqi  alətinə  verilən  mühüm  tələb  onun  səslənmə 

keyfiyyəti,  pəncərə  şüşəsi  üçün  isə  onun  işiqkeçirməsi  hesaqb  edilir  və  s.  bədii-

dekorativ  məmulatlar  üçün  verilən  əsas  tələblərə  onların  mövzu  məzmununun 

ideya  istiqaməti,  rənq  tərtibatı,  icra  dəqiqliyi  aiddir;  davamlılığa  verilən  tələb  isə 

ikinci  dərəcəlidir.  Lakin  bundan  fərqli  olaraq  xidmət  propsesində  müxtəlif 

mexaniki  təsirlərə  məruz  qalan  mallar  üçün  (sıxılmaya,  gərilməyə,  əyilməyə, 

burulmaya, zərbəyə vəs.) davamlılıq üçün verilən tələblər yüksək olur. 

Bundan  əlavə  bütün  mallar  üçün  verilən  ən  mühüm  tələb  onların  insan 

orqanizmi üçün zərərsiz olması hesab edilir. 

Spesifik tələblər bir qrup məmulatlara, yaxud müəyyən mal üçün verilməklə 

müxtəlif  ola  bilər:  məsələn,  çüçə  və  cins-kaşı  məmulatlarının  kəskin  temperatur 

dəyişmələrinəd istismarının mümkünlüyü.    

 Mallara  verilən  həm  cari,  həm  perspektiv,  həm  ümumi  və  həm  də  spesifik 

tələbləri  malın  istehlakının  hansı  tərəfinə  xarakterizə  etməsindən  asili  olaraq 




14 

 

sosioloji,  funksional,  erqonomik,  gigiyenik,  estetik,  texnoloji,  davamlılıq, 



etibarlılıq, iqtisadi və s.Bu kimi tələblərə ayırmaq olar. 

Mala  verilən  sosioloji  tələblər,  geniş  mənada  bu  və  ya  digər  malın 

istehsalının  ictimai  tələblərə  müvafik  olmasıdır.Statistik  gostəricilərin  təhlili, 

istehlak  modellərinin  tərtib  edilməsi  və  sosioloji  təqiqatlar  bu  tələbləri  aşkar 

etməyə imkan verir. Bu cür təhlillərin əsasında malların optimal çeşidi tərtib edilir. 

Funksional tələblər – məmulatın əsas funksional yerinə yetirilməsinə verilən 

tələblərdir.  Əgər  mal  funksional  tələblərə  müvafik  olmazsa,  bu  zaman  o,  öz 

təyinatina görə istifadə oluna bilməz. 

Estetik  tələblər  –  məmulatin  formasına,  konstruksiyasına,  xarici  tərtibatına 

və  digər  xususiyyətlərinə  verilən  tələblərdir.  Onlar  malın  ictimai  dəyərini, 

yararlıgını, 

səmərəliliyini, 

funksional 

məqsədəuyğunluğunu, 

istifadəsinin 

rahatlığına, həmçinin əhalinin zövqünə və modaya müvafiqliyini aşkar edir. 

Məmulatın forması təyinatı ilə, yaşayış mənzilinin xüsusiyyətləri ilə (ölçüsü, 

işiqlanması) və binanın daxili görünüşü ilə təzad yaratmalıdır. 

Estetik  tələblər  məmulatın  üsluba,  modaya,  zövqə  müvafiqliyini  nəzərdə 

tutur.  Moda  dedikdə  adətən  müəyyən  ictimai  şəraitdə  bu  və  ya  digər  zövqlərin 

məişətin  zahiri  formalarında,  paltarda,  ayaqqabıda  nisbətən  yayılmı.  Təzahür 

forması  başa  düşülür.  Sosioloji-iqtisadi  şəraitin  dəyişilməsi  və  müəyyən  vaxtın 

keçməsi ilə ələqədar olaraq moda dəyişilir 

Məişət mallarının tərtibatında və həmşinin memarlıqda, incəsənətəd nisbətən 

uzun  müddət  dəyişmədən  qalan,  tarixi  olaraq  yaranan  ümumiləşmiş  vəsaitlər 

sistemi və bədii təsviri üsullar STİL (üslub) hesab edilir. 

Üslubun təzahür xüsusiyyətlərini mebelin tərtibatının, xalçaların, hörmələrin 

və  tikmənaxışlı  məmulatların,  daşdan,  aöacdan,  metaldan,  papyemaşdan  olan 

məmulatların,  həmçinin  zərgərlik,  bəzək  şeylərinin,  heykəllərin  və  s. 

konstruksiyasında və xarici təttibatında müşahidə etmək olar. 

Dəqiqləşdirilmiş  və  ümumən  qəbul  edilmiş,  göstərilən  əşyaların  zahiri 

təttibatında  və  izlərini  saxlamış  üslublara  roman,  qotik,  intibah  dövrü,  barokko, 




15 

 

rokoko,  ampir  üslubları  hesab  edilir.  Üslub  modanın  müxtəlifliyini  və  onun 



istiqamətini nəzərdə tutulur. 

Erqonomik  tələblər  –  məmulatın  istismar  prosesində  istuifadə  raharkığını, 

onun  insan  orqanizminin  xüsusiyyətlərinə  müvafiq  olmasını  və  onun  məişətdə 

insan tərəfindən istismarının optimal şəraitinin təmin edilməsini nəzərdə tutur. 

Erqonomuk  tələblər  gigiyenik,  antropometrik,  fizioliji,  psixofizioloji  və 

psixoloji tələblərə bölünür.  

Gigiyenik tələblər –  insanın  məmulatla  və  mühitlə qarşılıqlı əlaqədə olduğu 

vaxtda onun həyat fəaliyyətində təhlükəsiz və zərərsiz şəraiti nəzərdə tutulur. 

Bu  tələblər  polimer  materiallardan  və  plastik  kütlədən  hazırlanan  mallar 

üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Malların  tərkibində  insan  orqanizmi  üçün 

zərərli  olan  maddələr  yol  verilməyən  miqdarda  olarsa,  o  öz    təyinatı  üzrə  istifadə 

edilə bilməz (qab-qacaq, ətriyyat, ayaqqabı, paltar və s.) 

Bu  tələblərin  tərtib  edilməsinə  və  onlara  dəqiq  riayət  edilməsinə  böyük 

diqqət yetirmək vacibdir. 

İnsanla bilavasitə təmasda olan, kütləvi istehsala buraxmazdan qabaq onların 

insan  üçün  zərərsiz  olması  haqqında  Səhiyyə  Nazirliyinin  Dövlət  Sanitariya 

Müfəttişliyinin icazəsi tələb edilir. 

Sanəye  ticarətə  göndərilən  malların  tərkibi,  məmulatın  xassələri,  onlardan 

istifadə  qaydaları,  təhlükəsizlik  tədbirləri,  qorunma  üsulları,  ilk  yardım  haqqında 

tam  məlumat  verməyə  borcludur.  Bu  məmulatlar  malın  üzərindəki  etiketlərdə, 

yaxud da xüsusi yaddaş dəftərçəsi halında malın yanına qoyulmalıdır. 

Antropometrik  tələblər  məmulatın,  yaxud  onun    ayrı-ayrı  detallarının  insan 

bədəninin  forma  və  ölçülərinə  müvafiq  olmasını,  fizioloji  tələblər-məmulatın 

istifadə zamanı insanın fiziki imkanlarına müvafiq olmasını; psixofizioloji tələblər-

məmulatın insanın hiss üzvlərinin xüsusiyyətlərinə müvafiq olmasını nəzərdə tutur.    

Hazır  məmulatların    insan  psixologiyasının  xüsusiyyətlərinə  müvafiqliyini 

xarakterizə edən tələblər psixoloji tələblərə aiddir. 



Texnoloji  tələblər,  hər  şeydən  əvvəl,  materiallara,  misal  üçün,  parçalara, 

ipliyi,  laklara,  insaat  materiallarına  verilir.  Belə  materiallar  istifadə  zamanı 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə