Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

  

 

23



tutdu. Amma gec idi, şəhər artıq tikilib qurtarmış,  ətrafına hündür bir hasar da çəkilmişdi. Bu 

qədər zırıltını söküb təzədən tikməkçün isə çoxlu pul lazım idi ki, bakılılarda da o qədər pul yox 

idi, kredit də heç kim vermirdi, çünki o xöşbəxt vaxtlarda hələ nöyütdən istifadə üsulları 

tapılmamışdı və pullu əcnəbilərin gözündə nöyüt qara-qura horradan başqa bir şey deyildi. 

Beləliklə, bakılıların böyükləri, daha dəqiq desək, böyük bakılılar oturub bu işə  əncam 

çəkməkçün çox fikirləşdilər, düşünüb daşındılar, yaxın yerə yük daşıdılar, nəhayət, qərara 

gəldilər ki, kökəlmiş arvadları evdən bayıra buraxmasınlar. Yoxsa, dar küçələrdə yad kişilərlə 

üzbəüz gələndə, onların yanından sürtülüb keçəndə hər ikisinin şəhvani hissləri qıcıqlanar və ola 

bilər ki çar-naçar günah əməllərə yol verələr. Bu hal müsəlmançılıqla heç düz gəlmirdi, bakılılar 

da ki, imanlı müsəlmanlar olduğuna görə, belə  şeylərə yol verə bilməzdilər. Beləliklə, gombul 

arvadlara küçəyə çıxmaq qadağan olundu.   

Bir müddət beləcə davam etdi, ilk baxışdan elə görünürdü ki, işlər qaydasına düşüb. Lakin 

bir azdan daha bir qəmbərqulu çıxdı ortaya (İçərişəhərin döşəməsinə düzülmüş  qəmbərləri 

demirəm). Məlum oldu ki gombul arvadların qıçlarını sındırıb evdə otuzdurmaqla iş bitmir. Dar 

küçələrdə  hətta gombul kişilər də, üzbəüz gələndə, bədənləri biri-birinə sürtülüb keçəndə, bu 

təmasdan şəhvani hisslər yarana bilər. Ümumiyyətlə, cinsindən asılı olmayaraq iki bəni-adəm biri 

birinə çox sürtülürsə, prosesin axırı heç yaxşı qurtarmır. Bunu öz üzərində  sınaqdan keçirən və 

nəticədən narazı qalan böyük bakılılar yenə də papaqlarını qabaqlarına qoyub fikrə getdilər, axırı 

qərara gəldilər ki, bütün gombul adamları müvəqqəti olaraq qaladan (yəni İçərişəhərdən) kənarda 

yerləşdirsinlər. Bakının dar küçələrini hesabladılar, ölçüb biçdilər və belə bir nəticəyə gəldilər ki, 

çəkisi təxminən altı pudacan olan adamlar bu dar küçələrdə üzbəüz gələndə biri-birinə 

sürtülmədən keçə bilərlər (təbii ki, ürəklərindən qəsdən sürtülmək keçməsə; əgər daxildə belə bir 

istək olarsa, daha heç bir qanunla bunun qabağını almaq olmayacaq. Küçədə qoymayacaqlarsa, 

gedib xudmani bir karvansara bucağı tapıb rahatca biri-birinə sürtüləcəklər, hələ  bəlkə bir az o 

yana da keçəcəklər. Adam da  tapmasalar, gedib girişəcəklər qoyun-quzuya, bəd ayaqda da 

keçiyə… Allah uzaq eləsin).  

Beləcə, böyük bakılılar qanun qəbul elədilər ki, çəkisi altı puddan artıq olanlar qalanın 

içərisinə buraxılmasınlar.  Əlbəttə, fövqəladə halları  çıxmaq  şərtiylə, çünki mühəribə, basqın, 

tufan, nə bilim, ayrı  fəlakətlər zamanı onsuz da aləm bir-birinə elə qarışır ki, kiminsə kiməsə 

sürtülməsi o qədər də böyük əhəmiyyət kəsb eləmir. Bir sözlə,  şəhər həsənsoxdu dəyirmanına 

dönür. 

Dediyimiz qərar qəbul ediləndən sonra Bakının gələcək inkişafına təkan verildi,  yəni 



İçərişəhərə buraxılmayan gombullar ətraf  ərazilərdə  məskunlaşmağa məcbur oldular, bu 

minvalla, şəhər böyüməyə başladı. 

 

Bakı tarixinin göbəyi İçərişəhər olduğu kimi İçərişəhərin də göbəyi… yox, Qız qalası deyil, 



Qız qalası Bakı tarixinin başqa  şeyidir, ondan danışmaq ayıbdı, Bakı tarixinin göbəyi Xan 

sarayıdır. Yəni Şirvanşahlar sarayı. 

Hərçənd ki, mən hərdən bu imarətin məhz  Şirvanşahlar sarayı olmağına  şübhə edirəm. 

Niyə? Ona görə ki, tarix kitablarında Şirvanın o vaxtlar dövlətli bir ölkə olduğunu yazırlar. Guya 

xaricilərə ildə filan qədər  Şirvan ipəyi, filan qədər  Şamaxı xalçaları  və  nə bilim, nələr, nələr 

satılırmış,  şimaldan cənuba aparan ticarət yolları burdan keçdiyinə görə  əcnəbi tacirlərdən filan 

qədər vergi yığılırmış. Təbii ki, bu maddi gəlirin çoxusu Şirvan  şahlarının cibinə, yaxud pul 



  

 

24



kisəsinə, daha dəqiq desək, xəzinəsinə axırdı. Hə, belə daha düz olur. Beləliklə, bu nəticəyə gəlirik 

ki, Şirvanşahlar heç də kasıb olmayıblar. Amma tikdirdikləri saraya (adamın heç saray deməyə də 

dili gəlmir) baxanda şəxsən mən başqa şey düşünürəm. Bir ovuc yerdə tikilən, beş-altı otaqdan, 

xırda bir həyətdən, metrə yarımlıq divanxanadan, bir-iki dənə  də  sərdabadan ibarət olan bu 

saraya baxanda, mənə elə  gəlir ki, ya tarix kitablarında  Şirvanşahların varlı olmasına dair 

məlumatlar yalandır, ya da Şirvan  şahları  həddən ziyadə simic olublar. İndi elə  İçərişəhərin 

özünün JEK müdirlərinin hərəsinin  Şirvanşahlar sarayındın üç-dörd dəfə böyük villası var. 

Hamısı da «Yevroremont». Mən hələ icra hakimlərini, polis rəislərinin, nə bilim nazirləri və s. 

adamları demirəm. Bu adamların yanında o vaxtkı  Şirvan  şahları müxalifət qəzetlərinin 

redaktorları qədər kasıb görünürlər. 

Lakin bir məsələ də var, ola bilər ki, o vaxtkı Şirvan şahları nə kasıb olublar, nə də simic. 

Sadəcə,  əsl müsəlman kimi dünya malında gözləri olmayıb, cahü-cəlal sevməyiblər, yəni, gözü 

tox olublar. Yox, əgər indikilər kimi olsaydılar, bütün İçərişəhər camaatını, arıq-köklüyünə 

baxmadan qaladan qırağa köçürdüb, içərini eyləyərdilər  şahın  şəxsi malikanəsi, daha doğrusu, 

iqamətgahı,  qala divarlarından Şirvanşahların yekə-yekə şəkillərini asıb altında yazardılar: Xalq 

«ŞŞ» deyir. (ŞŞ, yəni Şirvan Şah). Camaatı da, məcbur edərdilər ki, bürclərə yaxın gələndə mütləq 

Salavat çevirsinlər (bu yerdə lap çox gopa basdım, deyəsən, o vaxtlar müsəlman aləmində adam 

şəkili  çəkməyə icazə vermirdilər).  

Bəli,  Şirvanşahlar bunu edə bilsələr də, etmədilər, çünki bayaq dediyimiz kimi əsl 

müsəlman olublar. 

Bəzi alimlər belə rəy irəli sürür ki, bizə saray kimi təqdim olunan bina əslində Seyid Yəhya 

Bakuvi adlı bir sufinin xanəgahı olub, Şirvanşahlar sarayı isə hardasa dənizin içindəymiş. Dənizin 

içində deyəndə, camaat düz başa düşməz, elə bilər ki, saray suyun altında yerləşibmiş, padşahlar 

da amfibiya imişlər. Yox qətiyyən, saray indiki buxtanın içində olub, sadəcə, o vaxtlar su xeyli 

daldaydı, indi suyun altında qalan saray o vaxt dəniz sahilindəydi.    

O vaxtlar Bakı  ətrafında meşəliklər, dağlar da vardı (meşə deyəndə    Fatmayı, Novxanı 

üzümlüklərini, dağ deyəndə isə Patamdart, Şubanı yüksəkliklərini nəzərdə tuturam). Deyilənə 

görə, Abşeronun ucqarları - Pirallahı, Zirə, Gürgan, Şahdili tərəflər sıx cəngəllik olubmuş. O ki 

qaldı  Şahdilinə (indi həmən yerə  «Şaxovı kosa» deyirlər) buranın adı da çox maraqlıdı. 

Vertolyotdan baxanda Abşeron yarımadası, doğurdan da, hansısa naməlum məxluqun (bəlkə də 

elə Şirvanşahın) başına, Zirə kəndi tərəfdən dənizin içərisinə uzanan nazik torpaq zolağı isə dilinə 

oxşayır.  

Kimsə soruşa bilər ki, eləysə Pirallahı adası  da  bu  məxluqun (bəlkə  də  Şirvanşahın) 

buynuzuna oxşayır, bəs nəyə görə oranın adını  Şahbuynuzu qoymayıblar?  İlk baxışdan məntiqi 

sualdır, həqiqətən də Pirallahı adasına Şahbuynuzu adını qoysaydılar daha düzgün olardı. Lakin 

bir məsələ var. Əgər belə olsaydı, camaata elə gələrdi ki Şirvanşahın arvadı ona xəyanət edir, kişi 

buynuz çıxardıb. Bu da ki, həqiqətə uyğun deyil. O vaxtın arvadları namusu, abırı hələ göy əsgiyə 

büküb dənizə atmamışdılar. Beləliklə,  Şirvanşaha  şər atmamaqçün Şahbuynuzu sözünü kənara 

qoyublar. 

O ki qaldı, ümumiyyətlə, buynuz məsələsinə, Bakı tarixinə buynuz atanlar həmişə çox 

olubdu.  Ən birinci buynuz atanların cərgəsində  İmadəddin Nəsimi də var idi. Şübhəsiz ki, 

söhbətin hürufilərdən getdiyini anladınız. On dördüncü əsrdə Bakı  şəhəri hürufilərin mənzil-

qərargahına dönmüşdü. Bizim şəhər o vaxtlar İslam aləminin bir növ ucqar bir guşəsi 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə