Milli Virtual Kitabxananın Təqdimatında


Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə22/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

  

 

45



Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, 

Qəmli ruhun haralar gəzdi, biləydim gecələr. 

 

Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, 

Baş qoyub sinənə sakitcə öləydim gecələr. 

 

Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, 

Başın üstündə səmaya düzüləydim gecələr. 

 

Ağlayıb gündüzü biçarə buludtək sənsiz, 

Baxaraq göz yaşıma sənlə, güləydim gecələr. 

 

Sən qaranlıqda ayı seyr elədikcə, mən də,  

Ruhuna ay işığıyla süzüləydim gecələr. 

 

Baş daşım üstə dodaq izlərini öpmək üçün

Allahımdan da xəbərsiz diriləydim gecələr. 

 

Fəhminin qəlbidə son arzu qalmış yalnız, 

Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr. 

 

 



Bu minvalla Bakının nöyüt iyini, his-pası, tüstü-dumanı heç olmasa beş-altı saatlıq həm 

şüurumuzdan, həm də bədənimizdən çıxmasına nail olurduq.. Şəxsən mən belə uçan dəmlərimdə  

babalarımın damarında azacıq da olsa yoqa qanı axdığını çox açıq şəkildə hiss edirdim.  Bu qan 

həmin saatlarda özünü daha bariz şəkildə büruzə verirdi, məni bir az da göylərə qaldırırdı, 

səmalarda uçurdum, qanad çalırdım, Hindistandan vurub Çindən çıxırdım, Çindən vurub 

Ərəbistandan çıxırdım, amma İstanbuldan o tərəfə uçmazdım,  qorxardım ki, qərblilər öz müasir 

raketləriylə məni vurub salarlar yerə, xəlqimiz mənim kimi dahi «uçan»dan məhrum olar. 

Ən çox da Xəzər dənizinin üstündə uçmağı sevirdim, dəniz quşlarına xüsusi meylim vardı, 

möhkəm dostlaşmışdım bu balıq iyi verən qanadlı  məxluqlarla, xüsusən, qağayılarla söhbətim 

tuturdu. Hətta «Qağayı» rədifli qəzəl də yazmışdım uçan vaxtlarımda. Əfsus ki, bu uzun dimdikli 

dostlarımla heç vaxt doyunca söhbətləşə bilmirdim. Elə söhbətin təzəcə  qızışdığı vaxtda bir də 

görürdüm ki, dənizin o biri başından - uzaq üfüqlərin üstündə parıldayan ulduzlardan iki dənəsi 

yavaş-yavaş böyüməyə başlayır, parıltısı artır, mənə yaxınlaşır və bu iki parlaq ulduzun mənə nə 

səbəbdən yaxınlaşmasının səbəbini dərk edənə  qədər uşaqlar qışqırırdı ki, «uçaskovı  gəlir, 

dağılışın».  

Mən də naməlum tərəfdən gələn təhlükədən elə naməlum  istiqamətə  də qaça-qaça  

anlamağa başlıyırdım ki, bayaqkı ulduzlar bizim sahə müvəkkili, milis mayoru Miriyevin öz 

çiyinlərində  fəxrlə daşıdığı poqonlarda məskunlaşmış beşguşəli sovet ulduzları    imiş.  Burdan 

belə  məlum olur ki, qonşularımızın arasında da sahə müvəkkilinin «suka»ları var imiş, yoxsa 

məhz  sakit bir yer tapıb yığışdığımız dəmdə, mayor nöyüt iyi almış ingilis kimi gəlib başımızın 

üstünü kəsdirməzdi.  Bu hadisə eyni ssenari üzrə fasilə vermədən təkrar olunduqca məndə bütün 



  

 

46



beşgüşəli ulduzlara qarşı  dərin bir nifrət, kin yaranmağa başladı. Harada məskunlaşmasından 

asılı olmayaraq: istər  ölkəmizin bayrağı olsun, istər gerbimiz olsun, istərsə  də cibimizdə 

gəzdirdiyimiz pul – harda bu ulduzlardan görürdümsə elə bil atamı söyürdülər, əbədi dostlarım 

olan qağayılarla ünsiyyətimə imkan tapmamağımın günahını onlarda görürdüm və bu nifrətin, 

kinin nəticəsi o oldu ki, meydanlara çıxıb dostlarım olan qağayılarla birgə xeyli qışqır-bağır 

salandan sonra, axırı, sovet hökumətini yıxıb öz hökumətimizi qurmağa nail olduq. Beləliklə, 

bəşguşəli ulduzlardan canımız qurtardı, lakin təəssüf ki, elə qağayılar da o beşguşəli ulduzlarla 

birgə getdilər öz işinin dalıyca, yəni mən müəyyən səbəblər ucbatından uyumağı  və uçmağı 

tərgitməli oldum. 

Qayıdaq bakımızın adına və bakılıların mənşəyinə. Deməli, məlum oldu ki, bakının lap 

birinci adı Baqavan olub. O ki qaldı ilk bakılılara, onları da aşağıdakı formada qruplaşdırmaq 

olar: otuz faiz Şirvanın yerli camaatı, otuz faiz cənubdan gəmilərlə üzüb gələn atəşpərəstlər, otuz 

faiz də  şimaldan, Dəmirqapı  Dərbənddən keçib buralara üz tutan və oturaq həyata keçən 

köçərilər. Yerdə qalır on faiz. Bu on faizi də  mənim sevimli qağayılarım təşkil edirdi. Bəlkə  də 

qağayıları  ən birinci bakılılar hesab etmək daha düzgün olardı, çünki onlar bu ərazilərdə 

adamlardan da qabaq peyda olublar və  əslində buralar,  elə qağayıların məmləkəti olub. 

Dənizdən burunlarını çıxaran balıqlardan yeyiblər, sahildə özlərini günə veriblər, nöyütün içində 

ayaqlarını şappıldadaraq oynaşıblar, bir sözlə, şelləniblər özləriyçün, keyfə baxıblar.  

Sonra adamlar gəlib buralara doluşub, bakılı adını qağayılardan alıb özlərinə götürüblər. 

Ən nəhayətdə isə, Amerikada ağlar hinduları  qırıb çatdığı kimi, bakılılar da qağayıların atasını 

yandırıblar ki, heç kim onların bakılılığına  şübhə eləməsin.  Bakının insanlardan əvvəlki «qağayı 

sivilizasiyası» məhv edilib, iflasa uğrayıb.  İndi beş-on dənə    əyri-üyrü qağayı qalıb ki, onlar da 

bulvarda xırda uşaqları əyləndirməkçün sahilin kanalizasiya iyi verən suyunda mazaqlaşmaqdan 

başqa bir şey bacarmırlar.  

Ərəb xilafəti güclənəndən və Yaxın  Şərqi müsəlmanlaşdırmağa başlayandan sonra 

bakılıların etnik tərkibi və Bakının adı da xeyli dərəcədə  dəyişikliklərə  uğradı.  Ən  əvvəl  şəhərə 

müəyyən miqdarda ərəb dilli əhali köçürülüb və  ərəb canişinliyinin dəftərxanasındakı mirzələr 

Bakının o vaxtkı adını, yəni Baqavan sözünü öz dillərinə uyğun bir hala saldılar.  

İlk  ərəb tarixçilərindən olan əl-Məsudi,  əl-İstəxri,  ət-Təbəri və sairlərinin kitablarında 

Bakının adı bir neçə şəkildə qeyd edilir - Bakuh, Bakuy, Bakuyə, Badkuh, Badkubə və s. 

İlk variantlar ərəb mənşəli olsalar da, son variant daha çox fars dilli mənbələrdə işlənir. Ən 

maraqlısı isə odur ki, şəhərimizin adının erkən forması olan Baqavan ifadəsi ərəb-fars dillərində 

səsləndiriləndə  də  şəhərin mahiyyətini açan məna verməyə  başladı. Yəni,  əgər Baqavan odun-

alovun yerləşdiyi müqəddəs məkan anlamı verirdisə, Badkubə də küləklərin döydüyü, vurduğu 

yer mənasında işlənib. «Bad» sözü fars dilində külək mənasındadı, «kub» isə «Kubidən» 

(döymək, vurmaq, əzmək) felinin köküdür.                     

Adın hər iki variantı Bakının spesifik xüsusiyyətlərini açmağa kömək edir.  

Bəli, Bakını  əzəmətli, köklü-köməcli, qol-budaqlı  ağaca bənzətsək, onun çoxsaylı adlarını 

da, yəqin ki, ağacın yarpaqlarıyla müqayisə etmək olar. Bəli, fəsillər dəyişdikcə bu adlar da 

yarpaq kimi saralır, zamanın küləyi onları yerə səpələyir, sonra yeniləri çıxır, onlar da saralır və 

bu proses qiyamətə qədər davam edir; adlar dəyişir, təzələnir, Bakı isə qalır. 

Təki saralıb solan elə yarpaqlar olsun, ağaca bir şey olmasın.  

 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə