Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə25/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

  

 

51



qədər – beş il, on il, iyirmi il çəkəcəyini o vaxt Allahdan başqa heç kim bilmirdi; nə  bakılılar, nə 

də qeyri-bakılılar. 

Bir vaxtlar, beş-altı yaşım olanda bu dinamitin mənşəyini çox axtarmışdım.  Ən çox da 

babamın zəhləsini tökürdüm, baş-qulağını aparırdım ki, ay baba, bu «çuşka» sözü hardan 

pırtdıyıb çıxıb, mənası nədi, bu sözün «çaşka» sözünə bir aidiyyatı varmı? və s və i. Məhz babama 

qəmiş olmağımın səbəbi isə o idi ki, kommunist atamın yanında bu sözü dilimə  gətirən kimi 

qulağımın dibindən bir şillə qoyub deyirdi ki, başından böyük qələt eləmə, camaat arasında ayrı-

seçkinlik salmaq əsl pionerə yaraşmaz. Nənəmdən soruşanda, arvad heç bir dəqiq cavab verə 

bilmirdi, söhbəti o yan-bu yana fırladırdı, o ki qaldı cüvəllağı kiçik əmimə, onun işi lap fısqırıq 

idi, bir dəfə peşman olub ondan soruşdum ki, əmi, «çuşka»  nə deməkdi?  Əmim də damağındakı 

kazbeki çıxarıb onların dalıyca o qədər söydü ki, axırı  mən qulaqlarımı tutub aradan çıxdım, 

çünki  məktəbdə bizə öyrətmişditlər ki, kimsə yanınızda söyüş söysə, oranı mütləq tərk eləmək 

lazımdır. 

Bəli, qeyd elədiyim səbəblərə görə  də, mən öz sualımı  həmişə babama verirdim, elə bil 

sövq-təbii ilə hiss edirdim ki, cavabını o hamıdan yaxşı bilir, amma oturub mənə izah eləməyə 

hövsələsi çatmır. 

Axırı  əl çəkmədiyimi görən kişi bir gün keyfi yaxşı olanda (deyəsən, həmin gün uzun 

axtarışdan sonra özünə  əntiqə buxara papaq almışdı) həyət qapımızın sağ  tərəfindəki balaca 

skamyada oturub sual verdiyim xüsusda bildiklərini mənə danışdı. Dedi ki, bala, ən  əvvəl 

yadunda saxla ki, bu «çuşka» sözünü təmiz bakılılar icad eləməyib, çünki bu urus sözüdü, o da 

məlumdu ki, bizim köhnə Bakı camaatının çoxusu heç indiyəcən urus dilini fərri qanmır, budey , 

xırda əmin, urus dilində bildiyi ancaq « yob tvayu mat» sözüdü, ayrı şey bilmir. Urusdar donuz 

balasına çoşqa deyərlər.  Əlli-altmış il əvvəl, mən də  sənin kimi xırda uşaq olanda bizim nöyüt 

mədənnərində işdiyib çörək pulu qazanmaqçün Urusyətdən də çoxlu sarışkə gəlmişdi bura. Olar 

da ki, ölür donuz ətiyçün, hansının balaca həyət-bacası olurdusa iki-üç dənə donuz saxlıyırdı. 

Razin tərəfdə lap çox idilər. Hə, biz də baxıb görürdük ki, onların «çoşqa»  didiyi bu donuz 

balaları bütün günü palçığın içində ağnayıllar, zir-zibilin içində eşələnillər. Bu sözü birinci dəfə o 

vaxtlar eşitdi Bakı camaatı. Hə, sonra, nə diyim, onu diyirdim axı, bu urusdar möhkəm vuran 

olullar. Adam vurmağı dimirəm, elə  şeylərdə  fərasətdəri yoxdu, araq vurmağı diyirəm. 

Mədənnərdən  çıxan kimi elə qara-qura, nöyütdü pal-paltarda doluşardılar meyxanalara, o vaxtkı 

stalovılara, gecə yarıyacan araqdan-çaxırdan içərdilər eşşek kimi, sonra da bir-birinnən sallana-

sallana çıxardılar küçələrə, urus mahnıları oxuya-oxuya gedərdilər qaldıqları evlərə  tərəf. Az 

içmiş olannarı birtəhər gedib çıxa bilirdi evlərinə, amma hansıları ki, lül-qəmbər idilər, heç 

evlərinin yolunu da tapa bilməzdilər, yıxılıb qalardılar Bakı küçələrindəki nohurların, palçığın, 

zir-zibilin içində. Bizim camaat da onnara baxıb deyərdi ki, bu sarılar içəndə elə öz «çoşka»larına 

oxşıyırlar,  ölürlər palçığın içində eşələnməkçün. 

Beləliklə, babamın mənə verdiyi informasiyadan belə  məlum olurdu ki, bizdə «çuşka» 

epiteti ilk dəfə 19-cu əsrin sonlarında bura köçüb gəlmiş ruslara şamil edilib. Yaxşı, bunu 

öyrəndik. İndi keçirik, bu dinamit xislətli sözün sonrakı taleyinə.  

Qeyd etmişdik ki, əllinci illərin sonlarında sovet hökumətinin qərarına  əsasən  əyalətdə 

yaşayan əhaliyə sərbəst şəkildə ali təhsil almaq, yaxud, ümumiyyətlə yaxşı iş tapmaqçün kənddən 

çıxmaq hüququ verildi və elə  həmin  ərəfədə  də Bakıya böyük bir axın başladı. Kimisi oxumağa 

gəlirdi paytaxta, kimisi işləməyə, kimisi də elə-belə gəzməyə. 



  

 

52



Bəs onda necə oldu ki, əvvəllər eşşək kimi içib palçıq içində eşələnən alkaşlara şamil edilən 

bir epitet birdən-birə bizim əyalətdən gələn camaatımıza aid edilməyə başladı? Kim onlara ilk 

dəfə «çuşka» dedi? Bakılılar? Yox, bayaq dedik ki, təmiz bakılıların rus diliylə çox araları yox idi. 

Bəs kim? Əlbəttə ki, psevdobakılılar - yəni Bakıda yaşayan rusdilli əhali ( Əvvəl qeyd etmişdik ki, 

bunların içinə SSRİ-də yaşayan başqa millətlərin nümayəndələri və Rusiyada təhsil almış azsaylı 

rusdilli azərilər daxil idi).             

Bu zümrəyə məxsus şəxslər özlərini daha çox Avropalı hiss etdiklərinə görə, bizim əyalət 

adamlarına yuxarıdan aşağı baxırdılar, onları geridə qalmış hesab edirdilər ki, bu da məlum 

məsələdir ki, çoxlarının xoşuna gəlmirdi. O ki, qaldı binəva bakılılara  (əsl bakılıları  nəzərdə 

tuturam), adı  çəkilən «inkişaf etmiş» zümrəyə  məxsus ali şəxslərin gözündə biz bakılılar o 

rayonlardan gəlmiş camaatdan da beşbetər çuşkaydıq, sadəcə bizim gəmidə oturduqlarına görə 

bu sözü bir çox hallarda üzümüzə deyə bilmirdilər, deyəndə  də bizimkilər cavab verirdilər ki, 

xoşunuza gəlmirsə  rədd olun çıxın gedin hardan gəlmisiz ora, Urusyetə, nə bilim, hara. Öz 

şəhərimizdi, özümüz bilərik neynirik. 

Amma  əyalətdən gələn, özünü bir növ, qəriblikdə hiss edən adamlar bu cür cavab verə 

bilmirdilər və ona görə də, adıçəkilən epitet nə qədər xoşlarına gəlməsə də, onu udmalı olurdular. 

Bəlkə  də camaatımızın arasına bu cür ayr-seçkiliyin düşməsi də «parçala və hökm sür» 

siyasəti yeridib əsarət altında saxladığı xalqları daha rahat istismar edən imperiyanın bir 

siyasətiydi. Yəqin ki. Əgər belə olmasaydı bakılı-qeyri bakılı konfliktləri rus imperiyasından 

əvvəllər də olardı, amma olmamışdı.  

Şəxsən mənim özümün də yadıma gəlir ki, ta səksəninci illərə  qədər bizim yuxarı 

məhəllənin uşaqları başlarında  şapgə,  əllərində  təsbey  şəhər içinə düşəndə «yuxarı» zümrəyə 

mənsub cavanlar, ən çox da qızlar, bizimkilərə baxıb gülürdülər, «fu, çuşka» deyə lağa 

qoyurdular.  

Əcəbdi, gəlib məmləkətimizdə yaşamaqları  bəs deyildi, hələ bir öz heyvanlarının, daha 

dəqiq desək, özlərinə oxşayan heyvanın adını bizə qoydular. Bizim bəzi başıboş həmvətənlərimiz 

də, bir balaca qabağa gedən kimi düşdülər onların küyünə, başladılar özününkülərə yuxarıdan 

aşağı baxmağa, öz dilimizdə danışmağı özlərinə sığışdırmadılar, onlara baxıb başladılar kənddən-

bucaqdan gələn qohum-əqrabalarına «çuşka» deməyə. 

Bütün bu deyilənlər hamıya məlumdur, bu barədə çox yazılıb , çox söhbətlər gedib, 

uzatmağa lüzum yoxdur. Şəxsən məni  əsəbləşdirən bu idi ki, bizim rayon camaatı bütün bu 

işlərin səbəbini biz bakılılarda görürdü və böyük bir qisminin ürəyində bakılılara qarşı elə bir 

nifrət yaranmışdı ki, indiyəcən bunun əlamətləri özünü büruzə verir. Lakin bu o demək deyil ki, 

bizim əsl bakılılarla əyalətdən gələnlər arasında heç bir konflikt olmurdu. Olurdu və mənim əsl 

məqsədim, məhz bu konfliktlərin kökünə getmək, onların səbəblərini axtarmaqdır. Bunun üçünsə 

yenə də öz ailəmizin tarixinə baş vurmalı olacam.  



 

 

Beşinci fraqment 

 

Bizim ailənin əyalət camaatıyla ilk köklü kontaktı təxminən altmışıncı illərin əvvəllərində 



baş vermişdi.  Şəxsən mən özüm o vaxtlar hələ dünyada olmasam da, hər  şey çox yaxşı 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə