Milli Virtual Kitabxananın Təqdimatında



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix20.10.2017
ölçüsü0,8 Mb.
#5932
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

  

 

27



olsaydım elə bilərdim ki, məni tovluyub cəhənnəmdə bişirməyə gətiriblər; əcinnə var, qır qazanı, 

nöyüt var, alov var. Cəhənnəm daha necə olur ki? 

Əvvəlcə  qızılbaşların hamısı qaçıb bu vahiməli yerdən uzaqlaşmaq istəyiblər. Amma Şah 

İsmayılın qəzəbindən qorxub böyük iradə bahasına özlərini saxlayıblar, birtəhər qalaya 

yaxınlaşıblar. 

Görüblər ki, yox əşi, Bakı dövrəsində sülənmək o qədər də qorxulu deyil, sadəcə  gərək 

ayağını bir yerə basanda diqqətli olasan ki, torpaqdan alov-zad çıxmasın. 

Müxtəsəri, qızılbaşlar qala divarlarına yaxınlaşan kimi bakılılar qapıları bağlayıb arxayınca 

içəridə oturaraq, başlayıblar müdafiəyə  tədarük görməyə. Arxayınçılıqlarının səbəbi də, Bakının 

liman  şəhəri olmağıydı;  qurudan nə  qədər mühasirədə qalsalar da, aclıqdan, susuzluqdan 

qorxuları yox idi, Xəzər dənizi onları yedizdirib içizdirirdi, gəmilər vasitəsiylə  şəhərə  nə 

lazımdısa gətizdirirlər. Səfəvilərin də ki, tam mühasirə üçün hələ donanması yox idi.  

Qızılbaşlar Bakıya bir neçə  dəfə güclü hücumlar eləsələr də, divarları  aşmağa müvəffəq 

olmurdular. Bu vəziyyətdə yenə  də nöyüt bakılıların köməyinə  gəlirdi. Dənizdən tutduqları 

suitilərin dərisini soyan bakılılar, bu dərilərdən tuluğlar düzəldib, içini neftlə doldururdular və 

başına bağladıqları fitili yandırıb yuxarıdan atırdılar qızılbaşların qızıl başlarına. 

Qızılbaşlar ilk dəfə bunu görəndə çaş-baş qalmışdılar, hələ  bəlkə möhkəm qorxuya da 

düşmüşdülər (artıq neçənci dəfəydi ki qorxuya düşürdülər binəvalar).  Əvvəl-əvvəl onlara elə 

gəlmişdi ki, hətta dəniz məxluqatı da bakılılara köməyə gəlib. Düşünmüşdülər ki, dənizdən çıxan 

suitilər gəlib qala divarına dırmaşıb oradan özlərini atırlar hücuma keçənlərin təpəsinə. Sonra 

təəccübləri bir az da artmışdı, görmüşdülər ki, yerə dəyən suitilər partlayıb yanırlar və ətrafdakı 

qızılbaşları da yandırırlar. 

FÇox baş  sındırsalar da bunun səbəbini başa düşməmişdilər və bu kamikadze suitilərin 

partlayıb yanması onlara tilsim kimi görünmüşdü, düşünmüşdülər ki, yəqin bu tilsim də kafir 

Fəzlullahın xələflərinin işidir. Nəhayət, Şah İsmayılçün xəbər göndərib bildirmişdilər ki, bəs, şah 

sağ olsun, bakılılar cəhənnəmdən çıxan odlu suitilərini buraxıblar ləşkərin canına, hamı od tutub 

yanır, hərgah tez bir zamanda özünü bura yetirib məsələyə  əncam çəkməsən, bu suitilər bizim 

qızıl başlarımızı tamam əridəcək, qızıl külçələr düzəldib satacaqlar Məskov tacirlərinə. 

Şah İsmayıl da bu naməni oxuyandan sonra, daha bir müddət fikrə gedir, düşünür, daşınır, 

axırda qərara gəlir ki, başqa yol yoxdur, özüm Bakuyə tərəf üz tutmalıyam. Elə də eləyir. 

Şəhərə yaxınlaşıb məşvərət qurur, ən əvvəl yanan suitilər barədə danışır, qorxuya düşmüş 

qoşunu sakitləşdirməyə çalışır. Təqribən belə bir nitq söyləyir ki, biz cəfəri-məzhəb şiəyik, Bakuyə 

əhli isə  hənəfi-məzhəb sünnüdülər,  şəksiz ki, onların heyvanatı da sünnü məzhəbdi. Qala 

divarlarından tullanan suitilərin yanması da Allahın işidir, Allah bizə demək istəyir ki, ey 

qızılbaşlar, kafirlərdən qorxub eləməyin, onların sizə atdıqları hər zad sizə yetişən kimi od tutub 

yanacaq, heç bir xətər yetirməyəcək. 

Əmirlərdən biri qorxa-qorxa şaha deyir ki, bəs axı bu suitilər yananda bizim adamlardan 

da bəzisini yandırır. 

Şah da cavab verir ki, o da Allahın hikmətidi, suitilərin yandırdığı adamlar şiəliyi zahirdə 

qəbul edib daxildə sünniliklərini saxlayanlardı. Kim sidq ürəklə bizim əqidəmizi qəbul eləməsə, 

sünni suitiləri məhz onları yandıracaq, cəhənnəmə vasil edəcək. 



  

 

28



Hamı  şahın bu sözlərinə  səmimi qəlbdən inanır, amma bayaqkı  əmirin dili yenə dinc 

durmur, dillənir ki, bəs, Allah bakılıların bizimkilərə atdıqları oxları, nizələri da yandırsaydı, heç 

pis olmazdı. 

Şah bu sualı da cavabsız qoymur, deyir ki, həmin oxların düzəldiyi dəmir  şiə 

məmləkətlərindən gətirildiyinə görə onların yanmasını Allah məsləhət bilməyib. 

Hə, elə bu müşavirə zamanı da qərara  gəlirlər ki, şəhərə elçi göndərib təslim olmağı təklif 

eləsinlər. 

Həmin dövrlərdə Bakuyənin hakimi Şirvanşah Fərrux Yasarın oğlu Qazı bəy idi, amma o 

Şamaxıda qoşun yığmaqla məşğul olduğu üçün şəhərə hələlik onun arvadı başçılıq edirmiş və bu 

arvad da deyilənə görə, çox zəhmli bir adam olubmuş. Hətta Qazı  bəy özü də ondan bir balaca 

qorxurmuş. Bu qadının bir qəribə xasiyyəti də varmış ki, xoşuna gəlməyən kişiləri qala 

divarından aşağı atmağı əmr edərmiş. 

Şah İsmayılın göndərdiyi elçi də, nə səbəbdənsə, bu müdhiş qadının qəzəbinə tuş gəlir və 

əmr edir ki, onu qala divarından tullasınlar aşağı. 

Şəhərin qazısı Əbülfəth bəy şahzadə zövcəsinin bu əmrinə etiraz edib deyir ki, elçi ilə bu 

cür davranmaq kişilikdən deyil, həm də göndərdiyi adamın öldürülməsi  Şah  İsmayılın xoşuna 

gəlməz (bayaqdan elə Şah İsmayıl deyirik, amma yadımızdan çıxıb ki, o vaxtlar İsmayıl hələ şah 

deyildi, inaqurasiya keçirməmişdi, eləcə İsmayıl ibn Heydər idi). 

Qazının bu cür qorxacaqlığı Qazı  bəyin zövcəsini lap cin atına mindirir, onu təslimçilik, 

separatçılıq toxumu səpməkdə günahlandırır, deyir ki, on üç yaşlı  uşaqdan qorxan kişidən bu 

boyda şəhərə qazı olmaz və əmr edir ki, qazını da, elçiylə birlikdə tullasınlar divardan aşağı. Əmr 

yerinə yetirilir. 

Qızılbaşlar əvvəl elə düşünürlər ki, qala divarlarından yenə onların başına suitilər tullanır. 

Lakin görürlər ki, bunlar partlayıb eləmədilər, yanmadılar, eləcə guppultuynan yerə  dəyib 

qaldılar. Ürəklənib yaxın gəlirlər və məlum olur ki, bakılılar şahın elçisiylə bərabər bir qoca kişini 

də atıblar divardan aşağı. 

Bu xəbər on üç yaşlı İsmayıla çatanda, o, lap qəzəblənir, qoşunlarını qala üzərinə hücuma 

göndərir və xeyli əziyyətdən sonra qızılbaşlar lağım atıb divarın bir hissəsini partladaraq 

uçurmağa müvəffəq olurlar və qalaya doluşurlar. Beləcə, Bakı təslim olur. 

Bu hadisədə  mənimçün  ən maraqlı olan detal Qazı  bəyin adı naməlum qalan arvadının 

Bakı qazısını qala divarından aşağı atması  əmri olub. Həmişə düşünmüşəm ki, görəsən,  şəhərin 

möhtərəm qazisi, hörmətli ağsaqqalı  əl-qolu bağlı  vəziyyətdə qala divarının üstündə dayanıb 

fərraşların ona arxadan təpik vurub aşağı tullamasını gözlədiyi dəqiqələrdə nə fikirləşib? 

Düzü, onun həmin vəziyyətdə  nə fikirləşdiyini xəyalımda canlandırmaq cəhdim  əvvəl 

uğursuzluğa düçar oldu. Nə qədər çalışsam da, ağlıma bir şey gəlmədi. Qərara aldım ki, mərhum 

qazinin qala divarından atıldığı yeri təqribən müəyyən edim və ora dırmaşım. Elə də etdim. Qala 

divarlarının böyrüylə bir xeyli sülənəndən sonra hansısa sövq-təbii ilə hiss elədim ki, adamların 

divar üstündən aşağı atılması üçün ən münasib yer İçərişəhərin  indiki Vahid bağına söykənən 

hissəsindədir. 

Bakı Soveti metrosunun arxasındakı qapıdan qalaya girib divar boyu aşağı getdim və Ağa 

Mikayıl hamamının qabağındakı yoxuşla divarın üstünə  çıxdım. Həm  ətrafa, həm də qaladan 

bayıra baxanda gördüm ki, deyəsən zənnimdə yanılmamışdım. On-on beş metrlikdə hamamın 

olması da mənim nöqteyi-nəzərimi təsdiq edirdi. Yəqin ki, o vaxt ölümə  məhkum edilmiş 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə