Milli-Tehlukesizlik üz cdr


Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences



Yüklə 3 Mb.
Pdf görüntüsü
səhifə30/88
tarix07.06.2022
ölçüsü3 Mb.
#88981
1   ...   26   27   28   29   30   31   32   33   ...   88
meqalem tecavuzkar separatizm pdf

Milli Təhlükəsizlik və Hərbi Elmlər – National Security and Military Sciences
№3 (4)/2018 
TEXNİKİ ELMLƏR TECHNICAL SCIENCES
 
26
Xüsusilə, Ağsuçay, Girdimançay, Axoxçay və s. hövzələrdə bu prosesin inkişafına daha real 
imkanlar var. Meyllilik azaldıqca landşaftların deqradasiya, eroziya, sürüşmə riski də müvafiq olaraq 
azalır. 0-5
° 
meylliyə malik(454 kv.km) ərazidə daha sabit landşaftlar formalaşır, tamamilə 
mənimsənilir, demək olar ki, sürüşmə müşahidə olunmur. Meylliliyi 5-10
°
olan ərazilər 
aqrolandşaftların, bağ-plantasiyaların, seliteb landşaftların yaranması üçün çox əlverişlidir. Bu 
regionlarda yaranan eroziya, sürüşmə və s. neqativ proseslər çox ciddi fəsadlar törətmir. 
ArcGIS əsasında tərtib etdiyimiz baxarlılıq xəritəsi (Şək. 5) landşaftların həm şaquli 
diferensiasiyası, həm də məhəlli fərqlərinin yaranmasını müəyyən etməyə imkan verir. Dağ-meşə 
landşaftlarının müxtəlif tiplərində baxarlıqdan asılı olaraq, landşftların dəyişməsinin təhlili göstərir 
ki, eyni mütləq yüksəklikdə dağ-meşə landşaftlarının kiçik məkanda bir neçə məhəlli tipi yaranır.
Dəmiraparan çayı hövzəsində 800-1000 m hündürlükdə 0
0
, 45

və 315

azimutlu
baxarlığa 
malik ekspozisiyalarda rütubətin çox toplanmasından asılı olaraq, tamamilə fıstıqlı meşə landşaftı, 
90
0
, 125
0
və 180

azimutlu baxarlığa malik ekspozisiyalarda, fıstıqlı-vələsli, qismən vələsli və palıd 
qarışığı meşələr, baxarlığı 180
0
, 225
0
azimutlu yamaclarda isə, əsasən palıdlı və palıdlı-vələsli 
meşələr yaranır. Kişçay, Əyriçay, Katexçay hövzələrində 1000-1500 m mütləq hündürlüklərdə 180
0

125
0
və 135

azimutlu baxarlığa malik yamaclarda palıdlı meşələr böyük üstünlüyə malikdir (Şək. 5). 
Lakin rütubətin daha çox toplanışı şimal və ona yaxın meylliyə malik yamaclar regionun bütün 
ərazisində fıstıqlı meşələrlə təmsil olunur. Bu xüsusiyyət çəmən landşaftlarına da şamil edilə bilər. 
Şimal ekspozisiyalı yamaclarda ot örtüyünün hündürlüyü cənub yamaclardan xeyli yüksək olur.

Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə