________________Milli Kitabxana________________
14
MƏHTƏBAN
N
POVEST
________________Milli Kitabxana________________
15
Balaş Azəroğluna və
Mədinə xanım Gülgünə
ithaf olunur
1
Ərdəha xanı Məmalikin yaşı yetmişə çatmışdı. Yeganə qızı Ərmağanı ərə
verəndən, əzazil xanımı Sərəncamı xanlıq sərdabəsində dəfn edəndən sonra tənha
qalmışdı. Son vaxtlar xanın gözü Pəhləvan Məmmədin yetim qızı Məhtabana
düşmüşdü. Qoca xan daima girəvədə durur, Məhtabanı ələ keçirmək üçün fürsət
axtarırdı.
Xan bir gün qonum-qonşusunun palaz-paltarını çayda yumağa aparan
Məhtabanı gördü. O, axşamüstü kəsmə cığırla çayın qırağına endi... Günəş
batdı... Ay ulduzlar arasında göründü... Xan ətrafı dinlədi...
Məhtaban yan-yörəsinə göz gəzdirdi. O, zığ-zımrığa bulanmış cır-cındasını
tez-tələsik əynindən çıxarıb daşlara çırpa-çırpa yudu, sıxıb açdı, iydə kollarının
üstünə sərdi. Sonra dönüb uşaqların irili-xırdalı daş, qaya ilə çayın qabağını
kəsib düzəltdikləri ağ köpüklü gölə düşdü. Qız əzəlcə yaxşıca yuyundu, qayıdıb
üzü üstə üzməyə başladı. Özünü iydə kollarının arasına verib marıqda duran qoca
xanın ağ bığları tir-tir titrəyirdi. Sanki ayın bir parçası qopub gölə düşmüşdü...
Qoca xan dikəlib göldə üzən qızı həris nəzərlə süzdü:
-
"Xudaya, nə xilqətdir!.."
Xan öz qocalığını unudub bir konüldən min könülə Pəhləvan Məhəmmədin
yetim qızı Məhtabana vuruldu, gününə tək bircə gün də qalsa onu özünə gəlin
edəcəyinə söz verdi:
-
"İlahi, bu nə xilqətdir!.. - Xan təkrar etdi... - Əgər bu qız yamaqlı
cır-cındır içindən, bozarmış çadradan çıxıb, barigahda xanımın köhnələrindən
geyinsə, gör onda nə qiyamət olar?!".
Bəli, onda xan hansı möcüzə ilə isə cavanlaşar, ömrü-günü təzədən başlar. Bu
nazlı sənəmlə gün keçirmək onda gör neçə-neçə Ərdəha xanlığına dəyər!
Xan boğazını asta-asta arıtladı. Məhtaban insan hənirtisini aldı. O, tez göldən
çıxıb iydə kollarından cır-cındasını götürdü, yaş-yaş əyninə aldı, büküb kənarda
sərdiyi yamaqlı çadrasını da başına saldı. Xanın gözündən gözəlliyini gizlədi.
________________Milli Kitabxana________________
16
Amma xanın təsəvvüründə Məhtaban yenə ağ köpüklü göldə üzdü, ay nuruna
qərq olan sularda qıvrılıb açıldı, qızın qumral saçları köpüklərdə buruldu.
İndi xan nə etsin? O, sinninin bu çağında qızın üstünə necə atılsın?.. Yox,
əsla!., Xan pəhləvan qızı ilə bacarmazdı, qızın qüvvəti qarşısında qoca qəşş edib
yıxılar, ya qıjıltılı çaya düşər, ya da göldə boğulardı.
Belə yalquzaq cəsarəti xanın cavanlıq çağlarında ola bilərdi... Qoca xanda o
güc, o nəfəs indi harda idi ki, Məhtabanın qollarını qatlasın, cır-cındasını
parçalayıb əynindən çıxarsın, onun ağzını qapayıb öz niyyətini yerinə yetirsin?!
İşdir, qız səs-səmir çıxarsa, onun izini-tozunu yer üzündən itirsin. Yox, Məmalik
xan qocalmaqdan artıq kaftarlaşmışdı... Onun sir-sifəti qırışmış, əl-ayağı
bürüşmüş, dizləri də əsməyə başlamışdı. Yalnız çuxura düşən gözləri qurd
gözləri kimi ac idi...
Xan çöldən qırışan, içəridən acıxan gözlərini yumduqca Məhtabanı necə
varsa, eləcə də görürdü. Sanki heykəltəraş bu qızı ağ mərmərdən yonubdur!..
Yox, qız heykəl deyil, nəfəs alır, canlıdır. Nəfəs aldıqca qocanın da canını alır:
- "İndi necə olsun, ilahi?!" İydə kollarından çıxmayan qoca xan, quruyub-
qurumayan paltar-palazı üst-üstə toplayıb, başına alıb aparan
Məhtabana qıyılan gözlərlə baxırdı...
Qoca xan Məhtabanı üzüyuxarı, Ərdaha kəndinə tərəf buraxdı, özü gölün
kənarına endi. Köpüklü dalğalara xeyli baxdı... Üryan gözəl qocanın
təsəvvüründə qıvrıla-qıvrıla üzdü... Xanın gözlərində odlu yaşlar gilələndi:
- Xudaya,
sən məni sinnimin bu çağında divanəmi etmək istəyirsən?.. -
Qoca cibindən dəsmalını çıxarıb torbalanan gözlərini sildi.
- Axır mən sənin dərgahına düşüb tövbə etmişdim. Axır mən öz günahlarımı
yumaq üçün Məkkəyə getməyi, sənə dəxil düşməyi qət etmişdim. Axır mənim öz
anasına oxşayan zalım qızım Ərməğandan başqa kim-kimsənəm yoxdur... Belə
görünür taleyin hökmü ilə mal-mülk biganələrindir... Mənim varisim yoxdur,
olmayacaqdır, indi bu nə oyundur ki, mənim başıma açırsan, Xudaya!.. Xudaya,
bu nə anlaşılmaz oyundur ki, gözlərim dünyadan doymur? - Xan, Savalandan
üzüaşağı səs-səda sala-sala gələn qıjıltılı çayın qırağında dayanıb, gölə həsrətlə
baxdı. O, Pəhləvan Məhəmmədin yetim qızının gözəlliyi qar-
________________Milli Kitabxana________________
17
şısında səcdəyə düşdü. - Mənim Məkkəm! - deyə qoca üzünü qızın qədəmləri
dəyən qumlarda gəzdirdi. - Ölüncən, öləndən sonra da mənim qibləgahım!..
2
Qoca xan imarətinə döndü. O, nə yerdə olduğunu bilmədi. Özünü tanımadı.
Bilmədi ki, müqəddəsləşib ya kafirləşib? Zalımlaşıb, ya məzlumlaşıb? Xan
qəribə vəziyyətə düşdü. Od tutdu, alışıb yandı. Elə ki, qocanın sümükləri çöllərin
quru çırpısı kimi çırtaçırtla alovlandı, tütünü təpəsindən çıxdı... Görünür, qoca
son nəfəsinədək sönməyəcəkdi- Məhtaban xanın gözlərindən getmədi, cır-cındır
geyinmiş, ağ mərmər heykəl öz varlığı ilə onun gözlərinin qabağında dayandı:
- "Xudaya, bu nə cəncəldir, mən düşdüm?!".
Qoca xan neçə gün, neçə gecə öz-özü ilə əlləşdi. Bu yoldan dönüb
qayıtmağa çalışdı. Ancaq hər necə etsə də, mümkün olmadı:
- "Bəlkə xudanın qisməti belədir", - deyə xan gecənin bir aləmində
imarətindən düşüb, darvazadan çıxdı, Pəhləvan Məhəmmədin uçulub-tökülən,
çalsız-çəpərsiz daxmasına yollaııdı. Xan daxmanın yeldən-küləkdən cırıldayan
qapısının astanasında dayandı. Ona elə gəldi ki, Pəhləvan Məhəmmədin yetim
qızı Məhtabanın qapısında deyil, şahənşah qəsrinin qapısında durubdur, içəri
qədəm qoymağa cürəti çatışmır. O, çaşıb qalıbdır! Bilmir, burada necə edərlər,
şaha necə təzim göstərərlər, necə onun müqabilində durarlar?! Gözəlliyin zəhmi
qoca xanı basırdı... Xan özünü dabanlı qapıya verib komanın içini dinlədi...
Məhtaban mışıl-mışıl yatırdı.... Onun nəfəsi qönçədən çıxan qızılgül kimi ətirli
idi. Qoca xan burnuna dəyən bu ətirli nəfəsi lap yaxından alıb-udmaq istəyirdi.
Titrəyən ürəyini toxtatmağa çalışan xan qapını astaca açıb içəri girdi. Dörd
dirəkli damını orta bacasından düşən ay Mehtabanın surətində bədirlənirdi. Qız
yenə də həmin cır-cındıra bükülü idi. Cır-cında özü də kəfrəm-
mitil içində idi:
-.Xudaya, sən məni darta-darta haraya gətirmisən? - Xan yenə də bilmirdi; nə
etsin. - Bəlkə bu daxmada Pəhləvan Məhəmməd sağ olaydı?.. Gör nə qiyamət
qopardı?.. Pəhləvan Məhəmmədin gözü qızardı, qeyzə dolub qocanı qucağına
alar, onu çıxarıb qapıdakı küllükdən üzüaşağı tullardı, sabahı nə olacaqdı, vecinə
də almazdı... Amma
Dostları ilə paylaş: |