________________Milli Kitabxana________________
21
-
Məhtaban xanım üçün hələlik imarətlə əlaqəsi olmayan bu əndərun
otaqlar ayrılır!
Xan birinci otağın qapısını açdı, içərisi əlvan fərşlə döşənən otaqda tək
çarpayı qoyulmuşdu. Otaq çarhovuzun dövrəsində açılıb, papaqlayan qızılgüllər
kimi gözəl və rəngarəng idi. Məhtaban vaxtilə mərhum anası ilə buraya gələn
zaman xan imarətinin birununu
1
gördüyü halda, əndəruna buraxılmamış, bu
pünhan hissəni görməmişdi. Əndərun Sərəncam xanımın öz ixtiyarında idi.
Həyətdəki tağbənd eyvanlı otaq isə Tehrandan Ərdahaya dəvət edilən xarici
həkimin məsləhətinə görə ayrıca tikilmiş, sulu qəlyan aludəsi olan, döşü xəfənək
bağlayan xəstə xanım üçün düzəldilmişdi. Xarici həkimin məsləhətinə görə sulu
qəlyanını tərgidən Sərəncam xanım ömrünün qalan qismini bu otaqda, qızılgüllər
arasında keçmişdi. Məhtaban da, Sərəncam xanımsayağı birunda olan qulluqçu-
qırmızısaqqal, genşalvar, tənzifqurşaqlı bağban, xidmət edəcəkdi. Hələ ki,
Məhtabanı başqa bir kəs görməyəcəkdi. Məhtabanın xörək-çörəyini gətirən, qab-
qacağı yığışdırıb aparan da bu bağban olacaqdı.
Məhtaban qaşlarına qədər ağaran qoca xanın bu əcaib əməlbazlığına
təəccüb-edirdi. Ancaq hələki, xan da nəzakətlə tərpənir, qıza qarşı heç bir güc
işlətmir, cavan qızın onun eşqinə necə cavab verəcəyini, gözləyirdi. Həm də
demək olar ki, qoca bağbandan başqa Məmalik xan özü də Məhtabanın
xidmətində dayanırdı. Xan, xanımı Sərəncamın hələ cavan ikən tikdirdiyi bir
dəfə də olsun əyninə almadığı paltarlardan üzünə satıb. Məhtabana geydirir,
qiymətli zərrin libasda ola Məhtaban Məmalikin gözlərində dünya gözəllərinin
ən gözəli kimi cilvələnirdi. Belinə qızıl kəmər bağlamış, başına zərli papaq
qoyub, haşiyələri zərli, pürqiymət kəlağayı örtən, qızıl başmaq geyən qız Şərq
nağıl və əfsanələrində söylənən qızlardan da gözəl idi! Əlbəttə, Məhtaban, gecə
Qurana qəsəm qıldığı üçün gəlmişdi. Özü də istər- istəməz qoca xanın toruna
ilişib, qızıl qəfəsə düşmüşdü. İndi Məhtaban kənara çıxsın, necə çıxsın?
Çıxmasın, necə çıxmasın?! Bir də hər yan idi! Məhtaban eynindəki zər-zibanı
çıxarıb, balaca-sandıqçaya yığdığı cır-cındasını təkrar gcyinib, uca hasarın
aşsınmı, ya aşmasınmı? Məhtaban istəsə belə bu hündür hasardan aşa bilərdimi?
Bu nə tilsimdir, Məhtaban düşübdür?! "Bəlkə qoca xan hə-
1
Birun - imarətin çölə baxan həyətidir.
________________Milli Kitabxana________________
22
qiqətən olan-qalan ağlını biryolluq itiribdir? Bəlkə xidmətində dayanan bu
qırmızı saqqal bağbana yalvarıb-yapışmaq, onu vasitəsilə xanın qızı Ənnağana
xəbər çatdırmaq ki, durma, gəl, atanın başına bir damcı da olsa, ağıl qoy?!"
Bəlkə onda Məhtaban onu sıxıb-sıxışdıran zər-zibah libasdan çıxar, öz cır-
cındasını geyinər, buradan uzaqlaşar, yenə qonum-qonşunun palaz-paltarını
Savalandan üzüaşağı gələn qıjıltılı Ərdaha çayına aparıb, zoğal dəyənəyi ilə
çırpa-çırpa yuyar, gün batıb, toran qovuşunca ay nur çiləyən göldə çimər, zığ-
zımrığını töküb, kəndə dönər, öz zəhmətinin çörəyini, öz minnətinə yeyər,
kəfrəm mitilinə bürünüb, dabanlı qapının arxasında mışıl-mışıl yatar? Əgər
qisməti olarsa, Ərdahanın bir naxırçısına, yaxud çobanına ərə gedər, olmasa,
pəhləvan atasının ad-sanını gözləyib, ləkələnməyə qoymaz... Məhtaban qoymaz
ki, əvvəlləri əlində toppuz oynadan pəhləvanlar kürəyini yerə gətirən, sonralar
Qacar qoşunlarını dağıdan Məhəmmədin adına bir ləkə düşsün. Qız istəməz ki,
əziz atasının xatirəsini özündən incik salsın, hər cümə axşamı komasına gələn
müqəddəs ruhu incitsin, küsdürsün!..
Məhtaban düşünə-düşünə naz-nemətdən az-çox dada-dada bir növ güzəran
keçirir, qoca xanın qızışan başının haçan, necə soyuyacağını gözləyirdi... O, qoca
gülçüyə söz deyincə, cavab almadığına heyrət edirdi. Görünür, Məmalik xan
qoca gülçüyə nə isə təkidlə tapşırmışdi. Buna görə gülçü də ağasının əmrinə
əməl edir, Məhtabanla kəlmə kəsmirdi. Dünya görmüş bağban duyurdu ki, iş nə
yerdədir. Axı, pirani gülçimün nə borcuna ki, xanın xanımı ilə kəlmə kəssin,
pusquda dayanan ağasının qəzəbinə gəlsin? Ozü də ömrünün bu vaxtında
əndərundan çıxarılıb, güllükdən qovulsun. Deməli, Məhtaban tilsimə düşmüşdü!
Günlər keçir, Məhtaban tağbəndli otağından çıxıb, rəngarəng güllərə tamaşa
edir, şırıltılı fəvvarənin müqabilindəki daş kürsünün üstündə əyləşir, qoca xanı
gözləyir... O, daha xandan başqa heç kəsi gözləmir, gözləyə də bilmir,..
Məhtaban qoca xanı mülayim bir insan kimi, düşdüyü ağır vəziyyətdə ona hamı
olan bir adam kimi gözləyir... "Bəlkə xan hansı bir səbəbə görə məni sınağa
çəkir? -deyə Məhtaban hərdən fikrə, xəyala gedir. - Əgər məni sınağa çəkirsə
hansı sınağa, nə sınağına?".
Mehtaban baş tapmırdı! O, baş tapa bilmirdi ki, qoca sinninin bu çağında nə
oyun çıxarır, hansı eşqindən dastan açır?.. Axı, bu qocada
________________Milli Kitabxana________________
23
hansı eşq ola bilərdi ki,-Məhtabanı-sarsıtsın, yerindən tərpətsin?! Atasından
yaşlı, babası yerində qoca ilə qabaq-qənşər dayananda Məhtaban qıpqırmızı
qızarırdı. Daha doğrusu, qız qocanın yerinə utanırdı. Qoca xan səbir göstərib
Məhtabanı tumarlayır, onun qumral hörüklərini tutub sinəsinə gətirir, palaz-
paltar yumaqdan kobudlaşan barmaqlarına üzüklər taxıb oxşayır, özü də çox vaxt
dilsiz oxşayırdı... Görünür, qoca xan gözləyirdi. O, gözləyirdi ki, bir gün
Məhtaban dilə gəlsin, həyəcan içində titrəsin, nəhayət, başını qocanın sinəsinə
söykəyib: "Səni sevirəm!" desin.
Qoca xan ha çalışsa da, Məhtabanın dilindən qıfıl götürülmürdü. Sanki qızın
həmin gecə açılan dili daha bağlanmışdı. Elə bağlanmışdı ki, ömründə
açılmayacaqdı!..
Məhtabanın kədərli gözləri qan-yaşla dolub-boşalır, dordə-qəmə qərq olan
xan asta-asta geri çəkilirdi. Axı, o zor-güc işləlməklə deyil, öz oyanan eşqi ilə
qızın ürəyinə hakim olmaq istəyirdi.
Yenə də günlər keçir, yenə də Məhtaban cınqır çıxarmır, gəldiyi oyla həsrətlə
baxır, sanki xana yalvarır, onun könlünə rəhm salmaq istəyir. Məhtaban istəyir
ki, qoca Məmalik rəhmə gəlsin, Ərdəha pəhləvanı Məhəmmədin ruhunu təhqir
etməkdən çəkinsin, onu kənara buraxmasa da, əndəruna köçürsün, qulluqçu-
qaravaşın içinə buraxsın!..
Yox, Məhtabanın gözlədiyi baş vermirdi. Həftələr dolanıb, aya calanır, xanın
yumşaq sifəti birdən turşuyur, xan arada bir qəzəbə dolur, qızın gözündə
zəhmlənirdi. Məhtaban da istər-istəməz, atası Pəhləvan Məhəmmədsayağı
qəzəbə dolduğunu duyurdu. Qocanın gözləri cavan Məhtabanın gözlərinə
saplanırdı. Birində hökmranlıq, birində vüqar! Xan addım-addım geri çəkilir,
yumşalmağa məcbur olurdu...
Üstüörtülü oyun bir aydan da artıq davam edəndən sonra bir gün nahardan
əvvəl xan çarhovuzun kənarında əyləşən gözələ yanaşıb salam verdi. Məhtaban
da ehtiram göstərən qocanın müqabilində ayağa durdu. Bu dəfə daha başı ilə
yox, xanın salamını dili ilə aldı. Xan şad-xürrəm oldu: "Deməli, Məhtabanın bir
ay əvvəl gecədəki dili açılmışdır!".
- Gedək, Məhtaban xanım!
- Hara, xan?
- Barigaha!
- Hansı barigaha?
- İmarətimizə!
Dostları ilə paylaş: |