________________Milli Kitabxana________________
24
-
Sizin imarətin, mənə nə dəxli, xan?
Qoca əli ilə qızın zər-ziba geyiminə işarə etdi:
- Daha
hamısı aydındır ki, Məhtaban!
- Nə aydındır, xan?
-
Bu libas çoxdan səni xan xanəsinin xanımı edibdir!
- Mənim üçün öz cır-cındam xoşdur, xan!
- Nə üçün, Məhtaban?
- O
paltar
mənə azadlıq verirdi!
- Yox,
Məhtaban! Yoxsulluqda, kasadlıqda nə azadlıq? - Xan
Məhtabanm biləyindən tutdu, onu əndərun tərəfindən imarətinə keçirdi.
Birinci mərtəbədən üçüncü mərtəbəyə qədər gəzdirdi. Əlvan xalılarla bəzənmiş
otaqlar güllü çəmənzarı andırırdı.
Xan otaqlara işarə ilə qızdan soruşdu:
- Hə, necədir? Məhtaban xanım?
- Allah
sahibinə qismət eləsin, xan!
- Sahibi
sən, sənin övladın, - bizim oğlan varisimiz!
- Mən sizdən acizanə təvəqqe edirəm, xan!
- Daha
iş-işdən keçibdir, Məhtabam!
-
Mən sizi Quran qəsəminə çağırıram; xan
- Mən də sizi Quran qəsəminə çəkirəm, saf eşqimi daşa çırpmayın!
- Siz
doğru danışırsınız, xan, ya qoca vaxtınızda zarafat edirsiniz?
- Bu
qədər də zarafat olarmı,-Məhtaban?
- Qızınız Ərməğan bilsə, qiyamət-qopamazmı?
- Nə üçün Ərməğan qiyamət qoparsın, qız?
Çünki siz mərhum xanımın xatirəsini təhqir ediriniz! -Ərməğan mənim
vəkilim deyil!
-
Ərməğanın övladlıq haqqı var!
-
Ərməğan öz haqqını-cehizini çoxdan alıb bu malikanədən gedibdir!
- Yenə də Ərməğan sizin varisinizdir!
-
Ərməğan mənim- dədə-baba düşmənimi oğlu Ərdahana əra gedibdir! 1
- Axır nə üçün siz onu dədə-baba düşməninizin oğluna ərə verirdiniz?
- Guya
aramızdakı köhnə ədavət alovlanmasın!
- Bəlkə köhnə ədavət izdivacdan sonra sönübdür?
- Yox,
ədavət qiyamətə qədər sönən deyil. - Məmalik xan nəfəsini dərdi, -
bu ədavət üstünü qor basan, için-için yanan közə bənzər!..
________________Milli Kitabxana________________
25
-
Siz indi məndən nə istəyirsiniz, xan?
-
Mən sizdən saf eşqimin si olan oğul övladı istəyirəm!
-
Xan baba mənim yetimliyimə rəhm etsin!
-
Yetim son yox, mənəm! - Qoca xan göl qırağında cibindən çıxardığı
dəsmalla gözlərini sildi. Özünü saxlaya bilməyən qocanın çıxıq umuzları aramsız
atılıb düşdü...
4
Məhtaban naçar qaldı. Qocanın səssiz-səmirsiz için-için ağlamağı, onun ağ,
yumşaq saqqalından göz yaşlarının süzələnməyi qızı çaşdırdı. Məhtaban bilmədi
bu nə deməkdir? Oğlan övladı, xan mal-mülkünə varis, Məhtabanın xanzadə
anası olması - hamısı, hamısı ona yuxu kimi gəlir. Pəhləvan Məhəmmədin bikəs
qızında, heç bir sevinc doğurmurdu. Ancaq qoca xanın pərişanlığı nə isə, qızın
ürəyində tərəhhüm hisslərini, tərpədirdi... Bu hisslər heç də məhəbbətdən nəşət
etmirdi.-Bu hisslər cavan qızın babası yerində bir qocaya qarşı yazıqlıq hissləri
idi. Qocanın hədsiz təlaşı getdikcə qəribə görünürdü. Axı, qoca xan niyə bunca
təlaşa düşsün, niya öz bəzəkli imarətini yetim qıza göstərsin, ondan öz saf
məhəbbətinin meyvəsi ola bilən övlad, oğul varisi istəsin?! Gör bu zəhrimar
qocalıq xanı necə də çaşdırıbdır! Ölüb-getmək, bu qədər mülki-dövləti öz köhnə
yağısının övladına qoymaq, xanın beynin necə də yerindən oynadıbdır! Bu hiss
Məhtabanın həvəsinə düşən xana doğrudan da güc gəlirdi! Elə güc gəlirdi ki,
qocaya aman-iman vermir, Məhtabanın gözəlliyi ilə birlikdə onun qoca beyninə
hakim kəsilirdi. Əgər qoca yıxılıb ölsə, oğul varisi olmayan xanın bütün əmlakı
qız varisinə, düşmən sicillisindən olan nəvələrinə qalacaq,. bir-qədərdən
nəvələrdən də ana-babalarını unudacaq, xanın mal-mülkü düşmən mal-mülkünə
qarışacaq, Məmalik ad-sanı itəcəkdir... Pəhləvan Məhəmmədin bikəs qızı
olmasın, lap üstü unlu bir dəyirmançı qızı olsun, xana varis gərək idi - oğlan
varisi!.. Elə oğlan varisi ki, xanın yurdculu olsun, onun öz sicillisini daşısın,
dədə-baba düşməninə dəri diddirməsin... Bu varis gərək Məmalik xanın
cavanlığından da tikanlı, kəsərli, ötkəm olsun, düşmənə bac verməyən qədim
xanlıq ocağının tüstüsünü Savalana doğru dik çıxarsın, nəinki atasının mülkünü,
malını əlində saxlasın, hətta bu mal-mülkün üstünə də gəlsin, böyük hökmran
olsun.
________________Milli Kitabxana________________
26
O mətləb ki, xan cavanlığında düşünməmişdi, indi düşünürdü... Məhtabana
vurulmağının daxili səbəbini də özünə aydın edirdi. Qoca xan daha tutduğunu
buraxmayacaqdı. Bir halda ki, Məhtabanın dünya gözəlliyi qocanın ruhunu
oxşayıb, onu məftun etmişdi, ona cavanlığını da olmasa, az-çox cavanlıq
hisslərini qaytarmışdı, daha qocanın yuxuları gecə ərşi-əlayə çəkilmişdi.
Məhtaban bir an belə qocanın gözlərindən çəkilib getmir, üryan qız ay nur
səpələyən göldə üzür, birdən də əndəruna dönüb, gümüşü fəvvarədə, xanın
məhrəmi kimi onun gözlərinin qabağında çəkinmədən çimirdi. İki iştiyaq bir-
birinə qarışır, qocanın qətiyyətini artırırdı. Ağsaçlı, ağsaqqallı qoca xan başını
itirsə də, öz qərarını itirmirdi:
"Nə Ərmağan?! Hansı Ərmağan xanımla nə məşvərət, nə məsləhət?!".
Yəqin ki, Ərmağan xanım atasının yersiz iştiyaqına qarşı şaqqa çəkib
güləcək, qocanın ağ yunlu başının tamam xarab olduğunu deyəcək, onun
qayınatası, qırışıq sifətli Həlaku xan da fürsəti fövtə verməyib əlinə şeypur alıb
var gücü ilə çalacaq, qohumunu oynadıb mozalan tutan dana kimi dingildədəcək,
az qala ağsaqqal xanı ala-bəzək danaya döndərəcəkdi. Bəlkə də Həlaku xan
girəvəni əlinə keçirib, qohumunun təamına zəhər də qatıb onun son niyyətini
pozacaq, onu gözəl-göyçək Məhtabanla gün keçirməkdən, həm də oğul varisi
olmaqdan binəsib edəcəkdi!..
Yəqin Həlaku xan elə məhz buna görə öz vaxtında axund-üləmanı araya salıb
Məmalikin yuxuda olduğu bir vaxtında onunla qohum olub ki, işi belə udsun! O,
bəlkə elə Ərdaha mülkünə yiyələnmək üçün oğlumun adını yaraşdırıb Ərdahan
qoymuşdu. Bəlkə oğluna ona görə açıq-aydın "Ərdaha" adı qoymayıb ki, birdən
Məmalik xan düşmənin niyyətini tez başa düşər. "Ərdaha mülkü, Ərdaha
xanındır!" - deyə tez oyanar, dədə-baba düşməninə qarşı ayıq-sayıq dayanar.
Hələ gərək Ərmağan xanım da heç Həlaku oğlu Ərdahana ərə getməyəydi!
Özü də bir deyil, bir-birinin ardınca Həlaku sicillisinə mənsub dörd oğul
doğmayaydı...
Məmalik xan nəvələrini istəmirdimi? - İstəyirdi! Ancaq Məmalik
düşündükcə, əsnəyib oyandıqca, nəvələrinin sicillisi ox olub onun gözlərinə
batırdı... Axı, bu sicilli düşmən sicillisi idi! Axı, bu sicilli nəinki Məmalik xanla,
nəinki onun dədə-babası ilə, hətta onun lap qədim əcdadı ilə vuruşmuşdur. Onlar
qoşunkeşlik edib qanlı döyüşlərə
Dostları ilə paylaş: |