________________Milli Kitabxana________________
18
indi qız yetimdir... Yetim qıza dəyib-dolaşmağın nə qorxusu-ürküsü? Bir də ki,
dəyib-dolaşan Ərdəha xanı ola, Ərdəham əhatə edən neçə-neçə kəndin cah-calallı
əmiri ola!..
Qoca xan özünü cəmləşdirdi. Səcdəyə gedir kimi dizləri -üstə düşdü, başını
əyib kilkə kimi yumşaq, qar kimi ağ saqqalını qızın bədirlənən üzünə söykədi...
Qız xanın saqqalını sifətinə toxunan pişik quyruğu hesab etdi, ağır yuxusundan
asanlıqla tərpənmədi, pişiyin çəkilib gedəcəyini güman etdi. Bir az keçincə
Məhtaban insan nəfəsi duydu, əlini qaldırıb yoxladı, duyduğuna inana bilmədi!
Axı, belə yumşaq tüklü nə olar? Əgər öz həddini aşan cavansa?.. Yox, cavan
deyildir! Məhtaban quruyub yerində qaldı, qoca xan qırışıq əlini qızın qabarıq
döşündə gəzdirdi, vücuduna qığılcım dolmuş kimi dilləndi:
- Qız Məhtaban!
- Sən kimsən?
- Mən? Ərdəha xanı!
- Bəlkə xan yol azıbdır?
- Yox,
qız, səni deyib gəlmişəm!
- Xan
gündüz
kənizini hüzuruna çağıra bilməzdimi?
- Özüm
qəsdən gecə pünhani gəldim!
-
Bir yetimi rüsvayi-cahan etmək üçün?
-
Yox, qocalan eşqimi cavan gözələ elan etmək üçün!
- Xanın bu hərəkəti gülünc sayılmazmı?
- Nə üçün gülünc sayılsın, qız?
-
Xan... Babam yerində...
- Qız, eşq-məhəbbətə sərhəd-sünür yoxdur!
- Sərhəd-sünürü pozan xan, Pəhləvan Məhəmmədin yetim qızını
tapdalamağa gəlibdir!.. - Məhtaban qalxıb, cır-cında geyimində, cında mitilində
oturdu:
- Mənim atam küştüdə bütün xanlığın başını nə qədər uca eləyib!..
Qoca xan, palaz parçasının üstündə yerini rahatladı:
- Bu
sözlərin mənası nədir, Məhtaban?
- Mənası budur ki, qoca xan mərhum pəhləvanın məzarını təhqir etməyə
gəlibdir!
-
Əsla, qız, əsla Məhtaban!
- Bəs gecənin bu aləmində böyük xanın belə hərəkətinə nə ad vermək
olar?
- Ancaq
ağlı başından oynayan bir qocanın sərsəmliyi!
________________Milli Kitabxana________________
19
- Ağlı başından oynayan xanın sərsəmliyini araya çəkən kimdir?
Ancaq yetim rüsvay olacaqdır. Qız birdən için-için hıçqırdı:
- Xanı Quran qəsəminə çəkirəm, dursun, getsin!
- Sonra
bəs, Məhtaban?
Gündüz qapısında kəniz durmağa gələrəm!
- Mən Məhtabanı sübhün tülundan imarətimin yuxarı eyvanında
gözləyəcəyəm!..
- Qurana
qəsəm qılıram, sübhün gözü açılar-açılmaz xanın hüzuruna
gələcəyəm!
- Mən də imarətimin yuxarı eyvanından enib gözəlin qədəmlərinə
düşəcəyəm!..
- Mən gözəl deyiləm, xan! Bu cır-cında içində nə gözəl?
- Mən gözəli köpüklü göldə ay nuruna qərq olanda görmüşəm!..
- Axır xan öz məhrəmindən başqa bir qıza, bir qadına göz yetirməməlidir!
- Mən gözəl Məhtabanı özümə məhrəm etmək qərarına gəlmişəm.
Xudaya, xan yuxu görür, ya mən?
- Nə xan yuxu görür, nə də Məhtaban, - deyə qoca titrəyən əllərini bacaya
doğru qaldırdı:
-
Bir Xuda bilir ki, mən eşqimə əsir düşmüşəm. Hər ikisi heyrət içində
dayandı... Sanki onlar yuxu ilə həqiqəti bir-birinə qatıb-qarışdırırdılar. Nəhayət,
qoca xan yerindən qımzanınca Məhtabanın pərakəndə saçlarını qırışıq əli ilə
tumarlayıb, ehtiram əlaməti olaraq onun alnından öpdü, dabanlı qapıdan çıxıb
çəkildi...
Nə vaxtdan sonra qız özünə gəldi:
-
"Bu qoca xandır, ya xanın qiyafəsinə girən başqa bir kəs?!" Hər kimsə,
təcavüzə
keçmədi, istər-istəməz nəcib tərpəndi, bakirə qıza toxunmaq qəsdində olmadı.
Yalnız yumşaq saqqalım qızın həyəcandan qızaran üzünə söykəyib, əlini qızın
qoşa narında gəzdirdi. Durub
gedərkən də qızın saçlarının arasından öpdü...
İndiyə qədər uçub tökülən daxmada tənha yaşayan Pəhləvan Məhəmmədin
yetim qızı heç kəsdən hürkməmiş, qorxub çəkinməmişdi.
Hətta, o, dabanlı qapının dalına daşdan-qayadan qoyub, buranı bağlamamışdı
da. Məhtaban yəqin etmişdi ki, bu obada heç kəs pəhləvan
Məhəmmədin namına toxunmaz, onun qürurlu adını ötüb aşmaz...
________________Milli Kitabxana________________
20
Əgər bir adam bu adı ötüb aşmağa cəsarət etsə, Ərdaha camaatı onu daş-kəsəyə
basar. Axır Pəhləvan Məhəmməd nəinki başqa xanların meydana çıxardığı
pəhləvanlarla güləşdə qalib çıxmışdı, hətta Tehranda belə şahənşah
pəhləvatılarının da kürəklərini yerə gətirdiyi az olmamışdı. İndi Pəhləvan
Məhəmmədin qızı, dam-daşı uçuq-sökük, həyat-bacası çalsız-çəpərsiz komasında
gecələməsin, istəyir lap kəndin kənarında bir çavustanda məskən salsın, kimin
həddi nə idi ki, onun dörd dövrəsinə dolansın, həndəvərində belə nagüvara iş
görsün? Deyirlər ki, "igid ölər adı qalar, öküz ölər gönü".
Pəhləvan Məhəmməd on il əvvəl Sərdar-millinin dəstələrinə qoşulmuş, bir
mücahid, bir fədai kimi Qacar qoşunlarına qarşı qızğın döyüşlərdə unudulmaz
şöhrət qazanmışdı. O, qızına var-dövlət qoymasa da, vüqarlı bir ad qoyub
getmişdi...
Lakin hər necə olsa, Məhtaban Quran qəsəminə əməl etməli idi! Hər necə
olsa, qız bu qəribə "röyanı" yoxlamaq istəyirdi.
... Sübhün gözü açılar-açılmaz, Məhtaban yerindən qalxdı, əl-üzünü yudu,
pərakəndələşən saçlarını darayıb düzəltdi. Cır-cında geyimini səliqə-sahmana
saldı ki, əndamı görünməsin... Qız durub xanın imarətinə yollandı. Darvazaya
çatar-çatmaz imarətin yuxarı tağbəndinə baxdı, qoca xanı intizarda dayanan
görüncə qızın qədəmləri qurudu:
- "Deməli, əsla röya deyildir! - Məhtabanın əti çimçişdi. - Deməli, Pəhləvan
Məhəmmədin komasına gecə gələn xan özü imiş!.."
Mohtabam darvaza ağzında dayanan görən qoca əhdinə vəfa etdi, tağbənddən
düşüb darvazan açdı, qızı salamladı, onu içəri dəvət etdı. Məhtaban naçar qaldı,
cınqırını da çıxarmadı. O istəmədi ki, başqası bir söz bilib-eşitsin. Pəhləvan
Məhəmmədin adına şübhəli şayiələr deyilsin...
3
Qoca xan cır-cında içində itən Məhtabanın əlindən tutub, imarətin
əndərununa
1
keçirdi... Bir neçə mərtəbədən ibarət imarətin içəri həyətində
tikilən, qabağında gülüstan düzələn çarhovuzlu guşəni, tağbənd eyvanlı qoşa
otağı göstərdi:
1
Ə n d ə r u n - imarətin içəri, naməhrəm görməyən həyətidir.
Dostları ilə paylaş: |