________________Milli Kitabxana________________
12
və hissiəri ustalıqla qələmə alınmışdır. Öz taleyini qoca Məmalik xanla bağlayan Məhtabanın
saf duyğuları yaşadığı mühitin dar çərçivəsinə sığınır. Onun həyatını Məmalik xanın yaxın
adamları zəhərləmək üçün yeganə övladının əmgəyinə riyakarlıqla
iynə yeridib, faciəli
ölümünə səbəb olurlar. Bu povestdə insanın yaşayıb-yaratmaq eşqi, məhəbbət hissləri, qoca
Məmalikin həyat eşqi və Məhtabana olan saf duyğuları xüsusi hərarətlə, humanist mövqedən
əks etdirilmişdir.
S.Rəhimovun bütün yaradıcılığına xas olan saf, insanı ucaldan, qanadlandıran romantika
bu povestin bütün ruhuna hopdurulmuşdur. Xalq həyatından
və xalqa inamdan gələn bu
romantik pafosu biz onun "Güzgü göl əfsanəsi"ndə də görürük. Maral əfsanəvi gözəlliyə
malikdir. O, müqəddəs suda yuyunub, daranıb özünə məftun olur və istəyir ki, hamı onu
tərifləsin. Onun yeganə həmdəmi həmişə şadlıq elçisi Qəcələdir. Qəcələ başa düşür ki, hədsiz
tərif insanı yıxa bilər. Çaqqal Maralın bu zəifliyindən istifadə edib onu boş, yağlı vədlərlə
tərifləyir. O, guya Maral xanımın yolunda ölümə belə getməyə hazırdır.
Buna görə onu
ağızdolusu tərifləyib, Güzgü göldən uzaqlaşdırıb parçalamaq istəyəndə Qəcələ Çaqqalın
gözünü deşir. Maral xəyanəti görüb, səhvini başa düşür. Yersiz tərifdən ancaq çaqqallar
qazanır. Həm də gözəllik bitib-tükənməyən sərvət deyildir, onu qorumaq, qədrini bilmək, bəd
nəzərlərdən hifz etmək lazımdır.
"Kəsilməyən kişnərti" povestində də xalq yaradıcılığmdan süzülüb gələn
obrazlar bir növ
günün vacib problemlərilə qaynayıb-qarışır, yazıçı qələmi ilə yeni məna alıb yüksək sənət
səviyyəsinə qalxır. Povestdə hadisələr Gəyəzən dağında cərəyan edir. Göyalı və Qaratelin
yeddi qızları var. Bütün ailə oğul həsrətilə yaşayır. Nəzir-niyazdan sonra Göyalının oğlu olur.
Körpənin adını Şükran qoyurlar. Oğul Şükran böyüdükdən sonra ona on yaxın həmdəm atı
Ulduz olur. Şükran gözəl, mərd və cəsarətlidir. Onun atı Ulduz fədakarlıq, zirəklik, cəsarət
rəmzidir. Mozalan isə bədxahlığın, riyakarlığın, şərin uğursuzluğun timsalıdır. Yazıçı bütün bu
obrazlara şərti-metaforik bir libas geyindirsə də, onların təmsil etdikləri ideyalarda dərin
müasirlik ruhu var.
"Bəhram və Zərəfşan" povestində də təlim-tərbiyə, saf insani münasibətlərə,
həmçinin
insan həyatını bəzəyan və gözəlləşdirən məhəbbətə toxunulmuşdur. Böhram da, Zərəfşan da
müəllimdir və gəncliyin tərbiyəsində nümunə olmağa layiqdirlər.
"Uyğundu" (1965) povestini S.Rəhimov böyük ədibimiz Cəlil Məmmədquluzadənin
xatirəsinə həsr etmişdir. Povestdə əliəyrilərin, rüşvətxor və fırıldaqçıların əməlləri ifşa olunur.
Eyni yazı tərzi, yəni əyriliyi, oğurluğu, müftəxorluğu tənqid, halal zəhməti, əməyi
təbliğ
"Pirqulunun kürkü" povestində də mühüm yer tutur. Bu əsərlərin əsas qayəsi saflığın,
təmizliyin qorunmasından ibarətdir. Təsadüfi deyil ki, yazıçı surətlərin birinin dili ilə deyir:
"Haramı buraxsan, daraşıb dünyanı yeyər". Povestin əsas qəhrəmanı düzlüyün, hala zəhmətin,
dözüm və iradənin canlı ifadəsidir.
________________Milli Kitabxana________________
13
"Kəpəz" povestində isə S.Rəhimov yenə də xalqın gözəl adət-ənənəsinin, təbii
gözəlliklərinin qorunması məsələsinə toxunmuşdur. Öz ailəsi ilə Kəpəz dağı ətəyində istirahət
edən professor Ərşad Ərşadzadə xalqın varlığı ilə bağlı el havalarını, sazı, bayatıları, təbiət
gözəlliklərini dərin məhəbbətlə sevir. O, oğlu Şahini də bu ruhda tərbiyə edir. Onun arvadı
Cavahir xanım isə ərinin saza, el havalarına olan aludəçiliyini köhnəlik əlaməti kimi
qiymətləndirir. Professorun sazı xalçanın üstündən asması onu əsəbiləşdirir. Yazıçı obrazlı
şəkildə belə bir
fikri təlqin edir ki, insan təbiətin ecazkar gözəlliyindən zövq almalı, mənsub
olduğu xalqın mütərəqqi və işıqlı adət-ənənələrini qorumalı, onlardan bəhrələnmişdir.
S.Rəhimov hekayə janrında klassik nümunələr yaratmışdır. Ədib "Pəri çınqılı" (1959),
"Gülən balıq" (1964), "Gülsabah" (1968) kimi kitablarında topladığı əsərlərində xalq
yaradıcılığı motivlərinə əsaslanıb uşaq dünyasından rəngarəng, maraqlı lövhələr yaratmışdır.
Onun folklordan istifadə edib yazdığı hekayələri müəllifin xalq yaradıcılığını mükəmməl
bildiyini, canlı, həyati lövhələr yaratmaq, qüvvətli yumora və satirik qələmə malik olduğunu,
yüksək istedadını, müdrikliyini, həyat və insanlar barədə zəngin təsəvvürünü bir daha nümayiş
etdirir.
S.Rəhimov nəsrin müxtəlif janrları arasındakı sərhədi çox gozəl bilir və hər janra uyğun
həyat materialı seçir.
Psixoloji dərinlik, surətin düşdüyü vəziyyətin, mühitin bədii təhlili onun
nəsrini səciyyələndirir. Bu xüsusiyyət ədibin roman və povestlərində olduğu kimi, "Su ərizəsi",
"Üzsüz qonaq" kimi hekayələrində də aydın görünür.
* * *
S.Rəhimovun bir sıra ədəbi-tənqidi məqalələri vardır ki, onların bir qismi "Yazıçı və həyat"
kitabında toplanmışdır. Bu məqalələrdə zəngin həyat təcrübəsinə malik yazıçının xalq
yaradıcılığı, xəlqilik, konflikt, müsbət qəhrəman, ədəbi tənqid və s. barədə mülahizələri öz
əhəmiyyətini saxlamaqdadır.
S.Rəhimov
xalq dilinə, Azərbaycan dilinin bədii ifadə imkanlarına dərindən bələd
yazıçıdır. Onun üslubunda klassik və müasir ədəbi-bədii dilimizin on yaxşı ənənələri
birləşmişdir. S.Rəhimovun dil və üslub cəhətdən Azərbaycan nəsrinin böyük klassiki
C.Məmmədquluzadəyə yaxın olduğunu deyənlər haqlıdırlar. Xalq danışıq dilinin və onun
zəngin ifadə xüsusiyyətlərinin incəliklərindən məharətlə istifadə hər iki sənətkarı dil və üslub
cəhətdən bir-birinə yaxınlaşdırır. Ölməz ədibin duzlu yumoristik və kəskin satirik üslubunu
S.Rəhimov böyük ustalıqla mənimsəmiş, onun yaxşı davam və inkişaf etdiricilərindən biri kimi
tanınmışdır.