________________Milli Kitabxana________________
39
- Xudaya,
mən necə də bədbəxtəm!
Xan bu əsrarlı düyündən baş açmadı, aça da bilmədi. Axırda Məhtabanın
təkidi müqabilində gədələrinə tapşırıq verib atlandı, ikinci gün başının on nəfər
süvarisi ilə özünü həlakular imarətinə yetirdi. Həlaku xan da, oğlu Ərdahan da,
nəvələr də xan dərbarında olan mötəbər şəxslər də Məmalikin pişvazına çıxdılar.
Hətta Həlaku xan özü Məmalik xanın mindiyi atın cilovundan yapışıb, onun
yəhərdən düşməsinə kömək etdi. Həlaku xan qoca Məmalikin gəlişinə son dərəcə
sevinən adam kimi gözləri yaşara-yaşara qohumunun boynunu qucaqladı, ağ tük
basmış solğun yanaqlarından öpdü. Həlaku xan təlim etdiyi kimi, Ərdahan xan
qayınatasını, nəvələr də babalarını hərarətlə qarşıladılar. Nəinki Məmalik xana,
onun süvarilərinə də həlakular xanədanında olmazın ehtiram göstərdilər. Həlaku
qohumun qulağına əyilib mübarəkbadlıq da etdi. Hər iki xanın dodaqlarında bir-
birinə bənzəməyən təbəssüm göründü. Tez tələsik burmabuynuz qoç kəsildi,
süfrədə bolluq olsun deyə, toğludan, əmlikdən də kəsilib buraya əlavə edildi. Bir
an içində cəmdəklər soyuldu, şaqqalar yan-yana asıldı. Həlaku xanın
aşpazxanasından Savalan dağının ətəklərinə doğru çalkeçir tüstülər ucaldı,
Məmalik xanın öz qızını görməmək üçün tələsmədiyini görən çalbığ Həlaku
səbir göstərdi. Üstündən xeyli keçəndən sonra təhəmmül etməyən Məmalik
ayağa qalxdı, Həlaku da, Ərdahan da ayağa durdular.
-
Ərmağanı görmək istəyirəm, - deyə Məmalik Həlakuya üz tutunca
Ərdahan öz kiçik oğlunu qabağa verdi. Məmalikin kiçik nəvəsi
babasının əlindən tutub, onu anası yatan otağa keçirdi. Məmalik xan
içəri girincə Ərmağan hıçqıra-hıçqıra ağladı. Məmalik nəvəsini otaqdan
çıxarıb qapını bağladı:
- Sənə nə olubdur, qız?
- Yeganə qızının ürəyini oxlamısan, bivəfa ata!
- Bəlkə sənin atanın bu dünya üzündə heç nəyə haqqı yoxdur?
- Hər nəyə haqqı olsa da, müsünn və ixtiyar çağında qızın bunca xar
etməyə, əğyar içində şəmatətdə qoymağa haqqı yoxdur!
- Neyləmişəm ki?
- Yetmişində özünə ərus gətiribsən! - Ənnağan rəxl-xabmm içində
oturdu, döş-başının açıq olub-olmadığını vecinə almadı, atasına da
Kürsü göstərib "əyləşib" demədi. Ata ilə qızın gözləri bir-birini
düşməncəsinə süzdü.
________________Milli Kitabxana________________
40
- Yaxşı, buyur görək həlakular evinə atam təhqir etmək üçünmü
çağırmısan?
- Atam
məni halakular evində daha artıq təhqir edibsə?
- Nə babətdən atan səni təhqir edib, Ərmağan Həlaku?
- Mən qəsdən özüm üçün Məmalik sicillisini saxlamışam!
- Yaxşı, Məmalik sicillisi, buyurun, görək nə üçün namə göndərib qocanı
hüzurunuza çağırıbsınız?
- Məmalik sicillisi Ərmağan xanım öz qoca atasını hüzuruna çağırıbdır ki,
ona əmr etsin ki, anası Sərəncamın, ulu xan nəslinə mənsub olan xanımın rəxt-
xabına soxulan Pəhləvan Məhəmmədin yetimçəsi Məhtabanı, babası yaşında
qocanın başını tovlayan sehrkan bir göz
qırpımında məmaliklər malikanəsindən rədd etsin!..
-
Əgər qoca xan Pəhləvan Məhəmmədin yetim qızı Məhtabanı ilahi eşq
ilə, Sənansayağı sevirsə?
- Ola
bilməz, əsla ola bilməz, xan!
- Nə üçün ola bilməz, Ərmağan xanım!
- Sənan bütün Ərəbistanı özünə güldürdüyü kimi, sən də külli İranı özünə
güldürmək istəyirsən!
-
Əgər böyük Allah özü mənim ürəyimə sönməz eşq atəşini doldurubsa?
- Sən cadulanmısan, qoca!
- Mən Allahın əmri, peyğəmbərin şəriəti ilə Pəhləvan Məhəmmədin qızı
Məhtabanın kəbinini kəsdirmişəm, onunla izdivaca daxil
olmuşam!
- Deməli, şərən kəbin də kəsdirmisən?
- Bəli, mən böyük Xudanın qabağında nə İnamımı, nə də imanını dana
bilmərəm!
- Deməli, qoca Məmalik fərzəndi zükür-vəliəhd iştiyaqına düşübdür?
- Tək Tanrının iradəsi ilə düşübdür, bəli!
- Tək Tanrının İradəsi ilə qoca başını itiribdir!
-
Əgər qoca öz başını itirməyibsə?
- Qoca
başını hökmən itiribdir!
- Nə üçün hökmən, Ərmağan xanım?
- Yetmiş yaşına dolan, əpriyən qocadan fərzənd ola bilməz!.. Nə ünas, nə
zükür!
-
Əgər ulu Tanrı özü indidən qoca xana övlad müjdəsi verirsə?
________________Milli Kitabxana________________
41
-
İlahi, mənim atam divanədir! - deyə döşü-başı açıq Ərmağan xanım
əllərini yuxarı qaldırdı. - İlahi, sən aqibətindən saxla! İlahi, bu qoca öz doğma
nəvələrindən birisini aparıb ağ-açıq özünə varis edib bunca xəcalət girdabına
düşməyə bilməzdimi, Xudaya, sən bizi düşmən şəmatətindən, əğyar tənəsindən,
yaman dildən hifz elə!
- Daha
qurtardınmı duanı, qız?
-
Duam qurtarsam da sinəmdə yanan sözlərimi qurtarmadım, xan!
- Onda
sinəndə yanan sözlərini də qurtar, qız!
- Sözlərim budur ki, quru yerdən özünə süni varis düzəltmə, ata!
- Necə quru yerdən sünai varis, qız?
- Mən Məmalikə indidən dedim, bir də məqamında deyərəm. - Ərmağan
kinli gözləri ilə dəlicəsinə atasını süzdü, dönüb yorğanına büküldü, onun
hönkürtüsü otağı başina götürdü.
Qapı ağzında pusquda dayanan Həlaku xan oğlu Ərdahanı dirslədi, onlar
ayaqlarının ucunda geri çəkildilər. Özünü heç nə eşitməmiş, bilməmiş kimi
göstərən qoca Həlaku qohumunun şərəfinə açdırdığı təam süfrəsinin
hazırlanması üçün uca səslə sərəncam verdi. Ancaq içəridən qəzəbli çıxan qoca
Məmalik süfrəya meyl etmədən öz nəvələri ilə görüşüb, qohumları ilə
salamlaşmadan gədələrinin üstünə qışqırıb atları çəkdirdi, heç bir köməkçi
gözləmədən atının belinə qalxıb, həlakular imarətini tərk etdi. Həlaku xan pörtüb
tərləyən oğlu Ərdahana müraciətlə:
- Atası bilər, bir də qızı! - deyə ilan başına oxşayan şəhadət barmağını
qaldırdı. - Bizə heçcə cürə dəxli yoxdur!..
7
Daşlı yolda dördəm gedən qığılcım qoparan nal səslərindən səksənən
Ərmağan öz rəxt-xabından dik atıldı, balaca pəncərənin qabağında müztərib
dayanıb toz burulğanında gedən atasını, onun dövrəsindəki silahlı süvariləri
güclə gördü... Deməli, qoca Məmalik qızı Ərmağanın iynəli sözlərini
udmamışdı. Deməli, o, dədə-baba düşməni həlakular evində sınmağını
istəməmişdi... Qızı gəlin olan, dörd nəvəsi oynaşan imarət qoca Məmalikə
pusquda durub, girəvə gözləyən düşmən səngəri kimi görünmüşdü. Məmalikə
görə düşmən səngərində dayanmaq olmazdı! Ona öz səngəri, öz istehkamı
gərəkdi...
Dostları ilə paylaş: |