səslər Eynarın bütün yorğunluğunu çıxarır, hər cür
nigarançılığına son qoyurdu.
-Şəhərdən ora neçə kilometrdir?
-İyirmi beş... Elektrik qatarları fasiləsiz işləyir.
Ordan mərkəzə on beş dəqiqəyə çatmaq olur, narahat
olmayın! Gözəl oteldir Boulinq. İnanın, mərkəzdəki
otellərdən geri qalmır. Qiymətləri də münasibdir. Ən
əsası səs-küydən uzaq, rahat bir yerdədir.
-Əminsiniz ki, orda boş yer olar?
-Əlbəttə!
Tıxacdan çıxan taksi geniş yola çıxanda sürətlə
Moskvaətrafı rayona doğru irəliləməyə başladı. Bu an
yağış da ara verdi. Bir azdan sürücü maşının sürətini
azaldıb dedi:
-Ora baxın!
Yolun sağ tərəfinə baxdı. Orda iyirmi-otuz
yarıçılpaq gənc qadın baş-başa verib dayanmışdı.
-Bu nədir belə?-təəccüblə soruşdu.
-Meyliniz çəkirsə, düşək baxaq!.. Ürəyinizə yatanı
seçib götürərsiz!.. - sürücü bic-bic gülümsədi.
-Həə. Anladım, “gecəquşları!..”
-Elədir, gecəquşlarıdır!
-Baxmaq maraqlı olardı!-dedi. Sürücü buna
bəndmiş kimi maşını “Gecəquşlarına” tərəf sürdü.
Maşının onlara səmtləndiyini görüncə, yarıçılpaq
qadınlar göyərçin dəstəsi kimi perikib, bir anda
yaxınlıqda dayanmış avtobusa doluşdular. Onları milis
əməkdaşları hesab edib qorxuya düşmüşdülər.
Avtobusa yaxınlaşıb taksidən düşdülər. Onların,
heç də təhlükəli adamlara oxşamadığını görüncə av-
tobusdan orta yaşlı bir qadın düşdü. Bu, “Gecə -
Zəka Vilayətoğlu
32
quşlarının” başçısı idi.
-Neçəyədir, qızlar?-sürücü soruşdu.
-Hər qiymətə var!-qadın bildirdi.
-Baxmaq olar?
Qadın fit çaldı. Bir anda “Gecəquşları” avtobusdan
tökülüb maşının parlaq işığında sıraya düzüldülər.
-Seçin!-qadın dedi.
-O
neçəyədir?-sürücü
barmağını
ucaboy,
nərmənazik və çox gözəl olan birisinə tuşladı.
-Səkkiz yüz dollar!-qadın bildirdi.
-Bəs onun yanındakı?
-Üç yüz dollar.
-Bəs bu balaca?
-Min beş yüz dollar. Qız uşağıdır. Bu gün
gətirmişəm,-qadın fəxrlə dilləndi.
-Hımm... Özünüz seçin!-sürücü Eynara dedi.
Qəribə bir aləmə düşdüyündən şaşırmışdı. Bilmirdi
gülsün, ya ağlasın, sanki ovsunlanmış, tilsimlənmişdi.
Gördüklərinin gözəl tərəfini görür, gözəl tərəfini
düşünürdü. Son dərəcə gözəl bir peyzaşla üzləşdiyini
güman edirdi. Sanki fırça əlində işləyir, arabir işlədiyi
gözəl tablodan qismən aralanır, kənardan bütün
xırdalıqları, cizgiləri gözdən keçirir, çatışmayan
nələrisə əlavə etməyə çalışırdı. Sürücünün səsi bir
anlıq bu gözəl tablodan ayırdı onu və bütün hisslər
dəyişdi. İndi başqa təsəvvürlər yarandı. Elə zənn etdi,
kasıb bir kəndli olan qoca babasıyla bazara at, qoyun
almağa gəlib. Babası bir-bir heyvanlara göz gəzdirir,
sağrılarını əlləşdirir, yaxşı-pis olduğunu bilməyə
çalışır.
Maşının işığında üzləri, gözləri aydın görünən
Milena
33
“Gecəquşları” intizarla, maraqla onlara baxır, hansını
bəyənib, seçəcəklərini həyəcanla gözləyirdilər.
Qatardakı qadının eyhamlarına biganə yanaşdığı
üçün özünü xeyli qınamışdı. Bu dəfəki fürsəti əldən
vermək istəmirdi. Gözləri qamaşmışdı. Bu qamaşan
gözlər bu dəm heç nəyi görmürdü. Sanki düşüncələri
də keyimiş, donmuşdu. İçində qəfildən elə bir ehtiras
oyanmışdı ki, daha tablaya bilmirdi.
-Bu qızdan xoşum gəlir!-barmağını sarışın, gözəl,
cəlbedici birisinə tuşladı.
-Oleçka, gəl bura!-başçı qadın səsləndi.
Oleçka çeyran kimi onlara tərəf atıldı.
-Yüz dollar verəcəksiniz!-qadın sürücüyə dedi.
Baha qiymətə olanlardan heç də geri qalmayan
Oleçkanın bu qədər ucuz qiymətə olmasına
təəccübləndisə də, bir söz demədi və çıxarıb yüz
dolları qadına verdi...
...Otel ürəyincə idi. Kifayət qədər boş yerləri də
vardı. Qiymətlər də münasib. İki nəfərlik otağın
qiyməti, cəmisi əlli dollar.
Sürücü hər şeyi dəqiqliklə öyrənib qayıtdıqdan
sonra Eynar soruşdu:
-Burda qadınla gecələməyə icazə var?
-Əlbəttə var. İki nəfər qalacaqsınız. İstəsəniz
Oleçkanı üç gün burda saxlaya da bilərsiniz.
-Deməli, üç günə yüz əlli dollar ödəməliyəm, hə?
-Bəli... Tək adam üçün də otaqlar var-bir günü
iyirmi beş dollar.
-Yox. İki nəfərlik daha yaxşıdır.
-Məsləhət sizinkidir, - Mişa dedi.
Qeydiyyat şöbəsində, oteldə gecələyəcəyi üç gün
Zəka Vilayətoğlu
34
üçün tələb olunan yüz əlli dolları ödədikdən sonra
qadın və Mişa ilə birgə iyirmi səkkiz nömrəli otağa
yollandı.
Əşyalarını otağa yerləşdirdikdən sonra sürücünün
də zəhmət haqqını ödəmək üçün ondan soruşdu:
-Nə qədər verməliyəm?
-İki min beş yüz rubl .
-İki min beş yüz?-heyrətləndi.
-Bəli... Çoxduur?
-Xeyr. Normaldır. Alın!.. Təşəkkür edirəm!
-Dəyməz!.. Bu, mənim telefon nömrəmdir. Lazım
olsam zəng edərsiniz,-sürücü vizit kartını ona uzadıb
sağollaşaraq, otaqdan çıxdı...
Gözləyirdi ki, saatlarla gecə gəzintisinə, otel
axtarışına sərf etdiyi vaxt və uzun yollar üçün sürücü
ondan, iki min beş yüz rubl deyil (təxminən, yüz dol-
lar), ən azı üç yüz dollar tələb edəcək, amma hər şey
əksinə oldu....
Oteldə tam rahatlandıqdan sonra yemək-içmək
sifariş etdi. Bir azdan xidmətçi qadın yarım litr araq,
mineral su, qara zeytun, kolbasa və bir neçə dilim qara
çörək, bir ədəd də limon gətirdi. Bərk acmışdı.
İştahayla yeməyə girişdi. Oleçka isə yemək əvəzinə
əlinin işarəsiylə araq içmək istədiyini bildirdi. Oleçka
üçün araq süzdü. Qadın arağı birnəfəsə başına çəkdi
və üstündən bir neçə zeytun yeməklə kifayətləndi.
Sonacan da elə bu cür içdi və çox tez sərxoş oldu.
Bayaqdan Eynarın bütün sorğularına, dodaqlarını biri-
birinə kip sıxıb gülümsəyərək, sadəcə “hı” deyə
münasibət bildirən qadının dili araqdan sonra
açılmağa başladı. Araq şüşəsi tamam boşalanda
Milena
35
Dostları ilə paylaş: |