vaqon, normal bir kişi kimi onu çox vahimələndirirdi.
Get-gedə içində qəribə duyğular baş qaldırırdı.
Diqqətlə içinə baxanda bu duyğuların şeytana
bənzədiyini gördü. Bu şeytani duyğular onu qadına
doğru meylləndirir, su kimi axıdırdı. Qadın bir himə
bənd idi ki, büs-bütün soyunub, bu yad kişinin
ağuşuna atılsın. Amma o, ehtiyat edirdi. Günü-
güzəranı Bakı-Moskva aralığında keçən bu qadın
Allah bilir, nə yuvanın quşu idi və üzünə kimlərin
nəfəsi dəyməmişdi. Çox da gözəl, mehriban idi, nə
bilmək olardı, bəlkə hansısa bir yoluxucu xəstəliyin
daşıyıcısıydı?.. Bu düşüncələrlə yanaşı, sirli bir qüvvə
onu qadına doğru itələyirdi...Köməyinə yenə tatar
qızıyla, biri-birinə məhəbbətlə qovuşan çaylar-Okayla
Volqa gəldi. Bir anda o qədər sürətlə qıjıldayıb axdılar
ki, bir müddət gözləri qarşısında, beynində,
düşüncəsində nə vardısa, hamısını yuyub apardılar.
Həmin şeytani duyğuları da... Ayağa qalxdı, bu dəm
sanki özünü də sular süpürləyib bayıra çıxardı və
yalnız bundan sonra rahatlandı. Pəncərəyə söykənib
yenidən tatar sevgilisini, doğma qızını düşünməyə
başladı: “Ağzımın dadı-ləzzəti Milenayla getdi!.. Kaş
məni gözləmiş ola!.. O, çox sevimli idi! Dünyada
bənzəri yoxdur onun! Adam sevdiyindən uzaq
düşüncə bunu daha yaxşı duyur!.. Heyif, aldatdım,
bilmədim qədrini bu xoşbəxtliyin!”
Moskvada bir neçə gün qalmaq, şəhəri doyunca
gəzmək istəyirdi. Bir neçə il Nijni-Novqorodda
yaşamasına baxmayaraq, Moskvada çox az olmuşdu.
Şəhərlə düz-əməlli tanış ola bilməmişdi. İndi çox
istəyirdi, bu nəhəng şəhərin genişliyində bir neçə gün
Zəka Vilayətoğlu
20
sinəsi dolu nəfəs alıb, rahatlansın, həyatının gəlişini-
gedişini əməlli-başlı düşünsün, hara, nə səbəbə get-
diyini, indən sonra neyləmək lazım olduğunu
lazımınca ölçüb-biçsin. Ola da bilər, tatar qızıyla ilgili
sevdasından əl çəksin. Çünki rus təbiətli tatar qızının
ismətli, vəfalı bir türk qızı kimi oturub da illərlə onun
yolunu gözləyəcəyinə inanmırdı. Bu səbəbdən də, ola
bilsin, həmişəlik Moskvada qalacaq, işləyəcəkdi.
Qatar hansısa stansiyada bir neçə dəqiqə dayandı.
Vaqona səssizlik çökdü.
Hər ikisi yatağına uzanmışdı. Qəribədir, bayaqdan
yatağa uzanmalarına baxmayaraq, heç biri
yuxulamamışdı. Onun təsəvvüründə, xəyalında çaylar
axırdı. Özünü qatarda deyil, bu çayların sularında üzən
bir qayıqdaymış kimi hiss edirdi. Qadın isə onun
haqqında düşünürdü. Bir kişi kimi ürəyinə çox
yatmışdı. Uzaq yol yoldaşı kimi də maraqlı adam idi.
Üstəlik rəssam olması lap maraq doğururdu. Yeganə
narahatlığı və narazılığı bu dərviş rəssamın ona olan
etinasızlığından idi. Az keçmiş qadın, yatağından
dikəlib qaranlıq vaqonda səsləndi:
-Deyəsən, siz də yata bilmirsiniz?
-Hə. Niyəsə yuxum qaçıb.
-Mənim də... Siz Moskvada çox qalacaqsınız?
-Bir neçə gün.
-Sonra hara gedəcəksiniz?
-Bilmirəm. Bütöv Rusiyanı gəzmək arzusun-
dayam!-yalandan dedi.
-Bəxtəvər adamsınız!.. Bəs ailə, arvad-uşağınız?
-Subayam,-dedi.
-İndiyə subay qalmaq olar?
Milena
21
-Ürəyimcə olanı tapa bilməmişəm.
-Neçə yaşınız var?
-Neçə yaşda olduğumun fərqində deyiləm.
-Hımm... Demək, yaşınızı gizlədirsiniz!.. Olsun.
Amma, məncə evlənməsəniz yaxşıdır. Azadlıq hər
şeydən qiymətlidir. Azad insan hara istəsə gedə bilər,
necə istəsə yaşaya bilər... Əslində mən özüm də azad
insanam. Amma heyif ki, rəssam deyiləm. Məncə,
rəssam üçün dünya daha maraqlıdır. Dünyanı siz daha
gözəl görmək bacarığına maliksiniz... Mənim rəsmimi
çəkə bilərsiniz?
-İndi?!
-Mümkün deyil?.. Onsuz da Moskvaya hələ çox
var. Bu uzun vaxtı heç birimiz darıxmarıq!Deyirəm,
bəlkə...
-Mümkündür!-yatağından dikəldi.
-İşığı yandırın, zəhmət olmasa!-qadın yataqdan
qalxıb donunu geyinmək istədi. Amma bilərəkdən
ləngidi. Qəsdlə açıb bir tərəfə atdığı döşlüyünü, guya
indi döşlərinə taxmaq istəyirmiş kimi göstərdi özünü.
İşıq yandığı zaman yalandan “vaay, biabır oldum!”
deyib, səsləndi. Eynar həyəcanla ona baxdı və qadının
açıq, ağappaq döşlərini görəndə qızardı. Amma
tezliklə də gözlərini çəkə bilmədi. Bu qadının döşləri
çox gözəl idi, gilələrində bircə dənə də olsun tük yox
idi. Ürəyindən keçirdi: “Qadın belə olar!..”
-Siz Allah, bağışlayın!.. Lap biabır oldum!..
Söndürün işığı, zəhmət olmasa!-qadın dedi və
döşlərini donuyla gizləməyə çalışdı. İşıq sönüncə
əyin-başını tarazladı və dedi:
-İndi yandırın!.. Mən hazır!
Zəka Vilayətoğlu
22
O da üst-başını qaydaya salıb qalxdı və qələm,
kağız çıxarıb içərinin zəif işığında çox həvəslə qadının
rəsmini çəkməyə girişdi.
-İşıq zəifdir, - qadın dedi.
-Belə yaxşıdır. Rəsminiz zəif işıqda daha mənalı
alınar...
Xeyli sonra qadının rəsmi olan kağızı sahibinə
uzatdı:
-Buyurun, bu da siz!
-Oooo, necə də gözəldir!.. Aaa, siz, doğrudan da
rəssamsınız-özü də əlasından!.. Qadın ətrindən
xoşunuz gəlir?
-Qadınlar özləri dünyanın ən gözəl, ən ətirli
çiçəkləridirlər!
-Yoox, onu demədim. Məndə çox gözəl qadın
ətirləri var. İstəsəniz, sizə yaxın olan xanımlar üçün
ala bilərsiniz!.. Yox e, sizə ətir satmaq fikrim yoxdur,
sadəcə bağışlaya bilərəm. Axı siz zəhmət çəkib mənim
rəsmimi çəkmisiniz!
-Yox, bunu təmənnasız etdim. Qadın ətirlərini isə
heç xoşlamıram. Məndən ötrü qadının ətri ən gözəl
ətirdir. Süniliyin əleyhinəyəm... Siz ətriyyatçısınız?
-Bəli. Səyyari ətriyyatçı. Çantamda hər cür ətir var-
ucuz, baha, acı, şirin,.. çörəyim ətirdən çıxır,-qadın,
alverçi xislətindən irəli gələn bir hərəkətlə çantasından
bir neçə müxtəlif adda ətir çıxarıb stolun üstə düzdü.
-Bəlkə yataq?!
-Yuxum gəlmir... Mən qatarla gedərkən heç vaxt
yata bilmirəm. Əslində yatmaq da istəmirəm. Relslərin
taqqıltılarını dinləməkdən xoşum gəlir... Bir də,
açığını deyim?..
Milena
23
Dostları ilə paylaş: |