Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə7/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   2   3   4   5   6   7   8   9   10   ...   36

iyirmi dörd, ancaq olardı. 
Şəhərdə   tıxac idi. Maşınlar biri-birinə o qədər
yaxın irəliləyirdi, sanki elə bu an biri-birinə pərçim
olacaqdılar. Bir deyimlə, hərəkət dayanmış kimi idi.
Əlli metr irəliləyənəcən aradan yarım saatdan çox vaxt
ötürdü. 
-Tıxacdan nə vaxt çıxa bilərik?
-Bilmək olmaz!.. Şəhərin mərkəzi həmişə bu cür
olur... Tələsirsiniz?
-Yox. Mənə xoşdur bu mənzərəni seyr etmək. Hələ
bu yağışlı, təmiz hava! Handa ki, maşınla gəzəsən.
Özü də uzaq yol gedəsən-çox böyük həzz verir adama.
-Moskvaya hər gün bir milyon adam daxil olur, bir
milyonsa çıxır. Ona görə də tez-tez tıxaclara düşməli
olursan!
...  Otelə  çatdılar.  Sürücü  maşından  düşüb  içəri
keçdi,  az  sonra  qayıdıb  gələndə,  oteldə  boş  yer
olmadığını  söylədi.  Ardınca  da  daha  yaxşı,  ancaq
nisbətən baha qiymətə bir otelə aparmasını təklif etdi.
Bu otelin bir gecəsi yüz dollar idi. Razılaşmadı:
-Mən üç gün qalacam Moskvada. Bu məbləğ mənə
görə çox böyükdür. Mümkünsə, yenə də axtaraq.
-Axtaraq!..  Ayrıca  bir  ev  kirayələmək  istəməz -
siniz?.. Bir qadın tanıyıram, onda bu cür evlər olur.
Özü də çox sərfəli qiymətlərə. İstəsəniz, sizi həmin
qadınla görüşdürə bilərəm... Mən biləni, üç günə  yüz
dollar ödəyərsiniz.
-Hə, lap yaxşı. Olsun!
Sürücü onu qadının iş yerinə apardı. Sonra qadınla
birgə onun göstərdiyi istiqamətdə getdilər. Çoxqatlı
bir binanın həyətində maşından düşdülər. Qadın onları
Zəka Vilayətoğlu
28


binanın dördüncü qatına çıxardı. Yaxınlaşıb köhnə,
boyası bozarmış dəmir qapının zəngini basdı. Qapıda
donqar,  eybəcər,  çoxdan  qırışıb-bürüşmüş  bir  qarı
göründü.
-Müştərini gətirmişəm,-qarıya dedi.
-Neçə gün qalacaq?-qarı mızıldandı.
-Üç gün.
-Hə, lap yaxşı, pulu ver görüm!-qarı çox qaba halda
əlini qadına uzatdı.
-Bu saat, öldüyün deyil ki!-qadın qarıya çəmkirib,
üzünü Eynara tutdu:-Üç min  rubl  verəcəksiniz.
Üç  min,  təxminən  yüz  dollar  eləyirdi,  sərfəli
qiymət idi. Üç mini qadına uzadanda, qadın puldan
beş  yüz  manatını  ayırıb  portmanatında  gizlətdi  və
qalan  iki  min  beş  yüzü  qarıya  uzatdı.  Qarı  pulları
qapıb üz-güzünü turşutdu:
-Üçüncü günün səhəri, tezdən evi tərk etməlidir!-
qadına dedi.
-Biz, axı bütöv üç günü danışdıq!-qadın dedi.
-Elədir. Amma üç minə razılaşmışdıq!
-Bəs mənim zəmət haqqım?
Qadınla  qarı  boğuşma-didişmədəykən  Eynar  bir
otaqlı  evə göz gəzdirdi. Otaqdan pintilik, eybəcərlik
yağırdı.  Bir  küncə  sərilib  yatmış,  son  dərəcə  kök,
harınlamış pişiyin də görünüşündən iyrənclik yağırdı.
Bunlar azmış kimi otaqdan elə bir üfunət vururdu ki,
adamın ürəyi bulanır, beyni çatlamağa gəlirdi. Hələ
qarının  özü,..  üç  günü  bu  dar  otaqda  qarıyla  birgə
qalacağını  fikirləşəndə  dəhşətə  gəldi.  Bu,  lap
dözülməz idi. Üzünü sürücüyə tutub dedi:
-Gedək  burdan!  Küçədə  gecələmək  bundan  min
Milena
29


dəfə ürəkaçandır. Burda ölər adam!
Sürücü  buna  bəndmiş  kimi,  hələ  də  didişməkdə
olan qarıyla qadına üz tutub dedi:
-Qonaq burda qalmaq istəmir, qaytarın pulları!
Qadın sevincək qarının əlindəki pulları dartıb aldı
və dedi:
-Acından bitini yesən yaxşıdır, murdar qarı! Sənə
yaxşılıq yoxdur! Elə sifət göstərdin, qonaq da sənə
nifrət elədi!-qarıdan aldığı pulları gülümsəyərək,  Ey-
nara uzatdı. Eynarın, qadında qalan beş yüz manatı
geri istəmədiyini görüncə, sürücü qadına dedi: -Bəs
qalanı?
-Bəs mənim zəhmət haqqım?-qadın soruşdu.
-Ey,  qancıq,  pulları  ver  bura,  qonağı  incitmə!-
sürücü qəzəbləndi.
-Siz məni təhqir edirsiniz, mən milis çağıracam!
Hələ baxaq görək, sizin qonağın qeydiyyatı varmı,
bizim şəhərə, bura nə məqsədlə gəlib? Bəlkə çeçendir,
terroristdir?-qadın haray-qışqırıq salmaq, onları qor -
xutmaq istədi.
-Bura bax, ləçər, sənin milisindən qorxan yoxdur.
Bu saat damlayaram səni,-sürücü cibindən çıxardığı
qırmızı  cildli  vəsiqəni  açıb  qadının  düz  gözləri
qarşısına tutdu:-Səni də, milisini də mələdərəm!
Vəsiqəni  görüncə,  qadının  qorxudan,  heyrətdən
gözləri  bərəldi.  Onun  bədənini  əsməcə  tutduğunu
görəndə Eynar sürücüyə dedi:
-Bunlar  nəyə  lazımdır,  axı?  Eybi  yox,  beş  yüz
manat  elə  də  böyük  məbləğ  deyil,  qoy  qalsın!
Qadındır, zəhmət çəkib!
-Qələt eləyir!.. Qaytar pulları, qəhbə!-sürücü lap
Zəka Vilayətoğlu
30


qəzəbləndi. –Qonağa bu cür hörmətsizlik etməzlər!
Qadın qorxa-qorxa portmanatından beş yüz manatı
çıxarıb  Eynara  uzatdı.  Eynar  puldan  üç  yüzünü
götürüb, qalanını qadına verəndə ara sakitləşdi. Qadın
razılıq hissilə gülümsədi və mehribanlıqla dedi:
-İstəsəniz, sizi daha yaxşı bir evə apararam!
Qadına  əhəmiyyət  vermədilər.  Ondan  ayrılıb,
Moskvaətrafı rayona yollandılar...
Ondan olsaydı, səhərəcən elə bu taksidəcə şəhəri
başdan-başa gəzər, gözünün qurdunu öldürərdi. Hələ
nə qədər gözəl peyzajlar, gələcək əsərlər üçün gözəl
müşahidələr,  mənzərələr!..  Bunları  əldən  vermək
olmazdı. Otel də tapmaq olar, yatmaq, yuxulamaq da,
amma,  Allah  bilir,  bir  də  bu  cür  fürsət  ələ
düşəcəkdimi?.. Sürücüdən utanmasaydı, deyərdi ki,
onu səhərəcən elə bu cür gəzdirsin. Amma sürücünün
onu  səfil, avara, sərsəri hesab edəcəyindən ehtiyat
eləyirdi.
Hərdən-hərdən sürücüyə gizlncə baxır, düşü nürdü:
“Mədəni  adama  oxşayır.  Heç  taksi  sürücülərinə
bənzəmir... Görəsən, qadına göstərdiyi nə vəsiqə idi,
qadın belə qorxuya düşdü? Soruşmaq ayıb olar, yoxsa
maraqlanardım!.. Hər halda kişilik göstərdi!..”
Sürücü şəhər rayonlarından birinin prokurorunun
sürücüsü idi. İşdən sonra prokuroru evə aparıb, hər
gün Dəmir yol vağzalı yaxınlığındakı dayanacaqda
dayanıb müştəri gözləyir və gənc ailəsi üçün əlavə
çörəkpulu qazanırdı. 
Tıxac nisbətən seyrəlmişdi. Yağış isə ara vermirdi.
Damlalar maşının şüşəsinə toxunarkən yaranan gözəl
Milena
31


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə