hissiyyatsız, küt, ruhsuz bir adam idi. Evliliklərinin ilk
günündə hiss etmişdi bunu. Duymuşdu ki, adi, sadə
kənd qızlarından olan arvadı, əksər kənd qızlarından
fərqli olaraq, kənddə yaşamağa, kənd kişilərinə aid
olan ağır işlərlə məşğul olmağa, çoxlu mal-qara,
qoyun-quzu bəsləməyə, ot çalmağa, taya vurmağa
daha çox meyillidir. Şəhərdə lap kasıb yaşadıqları za-
manlarda da tez-tez deyirdi ki, gedib kənddə mal-qara
saxlasaq, burdakından daha yaxşı yaşayarıq. Bu
səbəbdən də arvadına, arvad kimi yox, sadəcə bir yük
atı kimi baxırdı. Kənddə ağsaqqallar həmişə deyərdi
ki, filan at yük atıdır, filan at minik. Deməli, onun
bəxtinə, doğrudan da, arvad yox, ağır yerişli və ən ağır
yükləri götürə biləcək yük atı düşmüşdü. Bu, onu çox
düşündürür, ağrıdırdı...
Gözləmədiyi halda bir gün arvadı qəfildən çıxıb
getdi. Emalatxanadan qayıdanda evdə, stolun üstündə
bir kağız parçası gördü. Açıb yazılanları oxudu: “Mən
getdim!.. Məni axtarmağını məsləhət bilmirəm. Ax-
tarsan da faydası olmayacaq! Heç axtaracağına da
inanmıram!.. Bu səkkiz ildə səndən gördüyümü
gördüm, çəkdiklərimi çəkdim!.. Sənin arvadın mən
yox, şəkil-məkil oldu!..”
Əvvəl arvadının başqa bir kişiyə qoşulub getdiyini
fikirləşdi. Azmı olmuşdu belə şeylər? Onun
doğulduğu kənddə Leylək Qəşəmin arvadı Sineyvər
(Sənubər) öz halal ərini yataqda qoyub, arvadı ölmüş,
elə həmin kənddən olan Tox Əfrayimə gecəykən
qoşulub getməmişdimi?.. Çox düşündü. Sonda özünü
inndırdı ki, onun arvadı belə əksikliyə yol verməz-ən
azı qohumluqları vardı, ikincisi də, çətin kimsə ona
Zəka Vilayətoğlu
16
meyl edəydi. Onun özünü çox da, yetimliyindən
istifadə edib tora salmışdılar. Bir düşündü, bəlkə
arvadı pis yola düşüb! Nə desən olardı!.. Ola bilsin,
ərindən qisas almaq, onu alçaltmaq üçün və ya bəlkə
də daha yaxşı yaşamaq naminə axmaq yola gedib!..
İnanmadı buna. Nə qədər küt, duyğusuz da olsa,
arvadı belə işlərə qətiyyən meyl etməzdi. Təbiətən də,
cismən də qadından çox kişiyə bənzəyən arvadı bu
qədər çirkinliyə, ucuzluğa getməzdi. Getsəydi belə,
indən sonra onunçün heç bir əhəmiyyəti yox idi...
Kağızda arvadının adı yazılmasa da, artıq hər şey
bəlli idi. Arvadı hara getdiyini də yazmamışdı. Hər nə
olmuşsa, olmuşdu və ən əsası günah ondan ötmüşdü.
Bir tərəfdən arvadının bədbəxtliyinə sarsılır, ürək
ağrısı keçirir, o biri tərəfdən onun ayrılığına sevinirdi.
Bu altı ili onunla necə yaşadığını düşündükcə dəhşətə
gəlirdi. Ona cadu-piti etdiklərinə sadəlövhlüklə
inanırdı. Arvadının bu qəfil gedişi səbəbindən el-
aləmdə biabır olacağını düşünsə də, tez toxtaqlıq
tapdı. Uzağı bir neçə günə bu biabırçılıqlar əlindən baş
götürüb buralardan elə qaçacaqdı ki, bir də çətin kimsə
onu görə, nədəsə suçlayaydı. Buna baxmayaraq,
vicdanını unutmadı; arvadını üç gün gözlədi. Hər
şeyin bir oyun, bir zarafat olduğunu güman edir, onun
geri qayıdacağını düşünürdü. Yanılmışdı. Arvadı
qayıtmadı, həmişəlik çıxıb getmişdi. Birbaşa
kəndlərinə gedən avtobusa minərək, ata ocağına üz
tutmuşdu. Bundan sonra o da çox gözləmədi.
Çiyinlərindən, həyatından götürülmüş bu ağır yükün
altından çıxınca, nəfəsini dərib rahatlandı və bu
ayrılığın dördüncü günü Bakı-Moskva qatarına bilet
Milena
17
alıb Rusiyaya yola düşdü.
...Qatar gah sürətlə, gah aramla, gah da yorğun-
yorğun irəliləyirdi. Dünyada qatarı ən gözəl, ən rahat
və ən maralı minik vasitəsi hesab etdiyindən, qatarın
hansı sürətlə getməsinin ondan ötrü fərqi yox idi. Əsas
o idi ki, qatar gedir, Rusiyanın paytaxtına doğru
irəliləyirdi. Pəncərədən görünən meşələr, çaylar, silsilə
dağlar göz oxşayırdı.
İsti iyun günləri idi. Nə yaxşı qatarda kondisioner
işləyirdi, yoxsa istidən lap ürəyi dayanar, bu da ol-
masa, rəssamların əksəriyyətində olduğu kimi uzun,
qara saçları istidə ona əzab verərdi.
Super vaqonda gedirdi. Yol yoldaşı cavan,
yaraşıqlı, əndamlı gülərüz bir qadın idi. Hətta ona elə
gəlirdi, bu qadınla çoxdan tanışdır. Pəncərədən çölə
baxa-baxa qadın haqqında düşünürdü: “Gözəl
qadındır. Fırçaya yaxşı yatar!..”
O, bu düşüncələrdə ikən qadın heç dəxli olmadan
dedi:
-Mənimki yaşamaq deyil, cəhənnəm əzabıdır!..
-Niyə, Allah eləməsin!
- Cəmisi otuz iki yaşım var. Neçə ildir qan
qatılığından əziyyət çəkirəm. Ayaqlarım tez-tez tutu-
lur, yeriyə bilmirəm. Hələ indi yaxşıdır, çox şükür.
Dörd il əvvəl heç yeriyə bilmirdim. Təzəlikcə özümə
gəlmişəm... Damarlarımı əməliyyat edib açıblar. İldə
bir dəfə gəlirəm Bakıya, müalicə olunur, qayıdıram
Moskvaya. Moskvaya deyəndə ki, günüm-güzəranım
elə bu yollarda çörək pulu qazanmaqla keçir...
-Rusiyada həkim yoxduuur?
-Var, amma oranın vətəndaşı olmadığımdan sənəd-
Zəka Vilayətoğlu
18
sünəd məsələlərində çətinlik yaranır. Ərim dəyyusun
üzündən çöllərdəyəm... Deyiləsi, çəkiləsi dərd deyil,
qardaş!
-Siz deyin, danışın, mən çəkərəm!-dedi.
-Nəyi çəkərsiz?
-Dərdinizi.
-Qəribə adamsınız!
-Niyə ki?
-Siz də Rusiyada yaşayırsınız?
-Doğrusu, heç özüm də bilmirəm harda yaşadığımı.
Çuxası cırıq bir dərviş kimi düşmüşəm çöllərin
düzünə. Hələ axtarıram, gəzirəm. Özüm də bilmirəm
nə axtardığımı, nəyi gəzdiyimi!.. Lap əslinə qalanda
mənim kimilərin vətəni bütün yer üzüdür... Azad
adamam, hara istəsəm gedir, harda istəsəm gecələyir,
harda istəsəm yaşayıram!- söylədi.
Qadın maraq və təəccüblə onun uzun saçlarına
baxıb dedi:
-Oxşayırsınız!
-Kimə?
-Dərvişə... Bağışlayın,.. istidə bu uzun saçlar sizi
darıxdırmır?-qadın başqa bir şey deyəcəyi halda
fikrini dəyişdi.
- Öyrəşmişəm. Yaradıcı adamların imicidir bu.
-Nə yaradırsız?
-Rəssamam.
-Ah! Nə gözəl!.. Amma, inciməyin, yaradıcı
adamların hamısı, deyəsən, bir az o söz...
-Elədir. Yerlə-göylə əlləşən ruh adamı yer
adamlarına həmişə dəli təsiri bağışlayıblar!
Qadın çox açıq idi. Bu açıqlıq, uzaq yol, super
Milena
19
Dostları ilə paylaş: |