Milena baki “Araz”-2013 Kitabın redaktoru



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə3/36
tarix26.09.2017
ölçüsü2,75 Kb.
#1969
1   2   3   4   5   6   7   8   9   ...   36

bu qızın üst dodaqlarının üstündəki nazik qara tüklər
onu eybəcərləşdirir, kişiyə oxşadırdı. Bu tükləri hər nə
qədər  qoparıb  kökündən  çıxarmağa,  lap  qırxmağa
cəhd etsə də iki-üç gün sonra tüklər həyasızcasına üzə
çıxır,  divarın  künc-bucağındakı  dəlik-deşikdən
başlarını  çıxarıb  oğrunca  boylanan  balaca  siçan
gözlərini  xatırladırdı.  Toy  gecəsi  daha  dəhşətli  bir
şeyin şahidi oldu. Gözlərinə pişik bığları kimi uzun,
qara bir neçə tük dəydi. Bu tüklər qadının bərk, yumru
qız  döşlərinin  gilələri  ucunda  bitib,  uzun-uzun
uzanmışdılar. Hələ   qarın nahiyəsi lap tüklü idi. O
vaxtdan  da  bu  qadından  sidqi  siyrildi.  Kəndə
qayıdışına,    bu  qadınla  evlənməsinə  it  peşimanı
olmuşdu. Geriyə qayıdışı, yenidən sevimli tatar qızına,
ondan olan övladına qovuşmaq istəyi isə ona yad gəlir,
gerçəkləşənə  oxşamırdı.  Qollarını  elə  zəncirləyib,
buxovlamamışdılar ki, bir də belə bir sevdaya düşəydi.
Bir  sözlə,  yaman  yerə  ilişmiş,  yaman  yerdə
axşamlamışdı...  Hər  şey  ona  yuxu  kimi  gəlirdi.
Yaxınlarının fitnə-felinə qurban getdiyini və belə bir
qızla evləndiyini düşündükcə sarsılırdı. Artıq hər şey
gec idi. Taleyi ilə barışmaqdan özgə çarəsi yox idi.
Bildiyi tək bir şey vardı:   qanuni arvadı, tatar qızının
əlinə heç su tökməyə də yaramazdı. 
Evliliklərindən  iki  il  keçməsinə  baxmayaraq,
övladları  olmadı.  Kənd  arvadları  dedi-qoduya
başladılar. Hərə onun haqqında bir şey dedi, ayrı şey
düşündü. Deyilənlər onun qulaqlarına da gəlib çatdı.
Baş  götürüb  şəhərə-Bakıya  qaçmaqdan  özgə  xilas
yolu tapa bilmədi. 
Şəhərdə kirayələdiyi evdə çox çətinliklə yaşasalar
Zəka Vilayətoğlu
12


da, ruhdan düşmədi. Hərdən arvadına mehirsəmək,
onu oxşamaq, əzizləmək də istəyirdi. Amma həmişə
arvadının üzündəki, bədənindəki tüklər onun eşqinə,
həvəsinə, mehrinə kirpi tikanları kimi batır, onu geri
itələyirdi. 
Hələm-hələm hirslənən deyildi. Onun hirslənməsi
filin doğuşuna bənzəyirdi-üç-dörd ildən bir. Amma
indi tez-tez hirslənmək istəyirdi, amma kimə, nəyə,
taleyinəmi, bu qadınamı, onu bu qadınla evlənməyə
vadar  edənlərəmi-kimə  hirslənəydi.  Bu  qadının  nə
günahı vardı?.. Onun ağlına, gözlərinə nə gəlmişdi;
kormu, şüursuzmu idi?.. Yoox, nə kor, nə də ağılsız
idi. Sadəcə, yetim, kimsəsiz, qəlbisınıq olduğundan
başına bu işlər gəlmişdi. Və ya bəlkə də bu cür daha
xoşbəxt ola biləcəyini düşünmüşdü!.. İndi ən böyük
arzusu, yaxasına bıtraq kimi ilişmiş bu qadından qur-
tarmaq idi. Qurtara bilmirdi. Bəlkə sizin həyatınızda
da belə anlar olur. Nəsə etmək istəyirsiniz, amma elə
bil  əl-qolunuzu  bağlayıblar,  etmək  istədiyinizi  edə
bilmirsiniz. Xüsusən, yuxularda belə hallar daha çox
olur. Sanki Eynar da hər şeyi yuxuda görür, etmək
istədiklərini heç cür edə bilmir, nə qədər aciz, gücsüz
olduğunu düşünüb, kədərlənirdi. Hiss edirdi ki, bütün
bunlar onun sadəlövhlüyü və iradə zəifliyi üzündən
baş verir...
Evliliklərindən  daha  altı  il  də  ötdü,  amma
övladları  olmadı.  Olmayacaqdı  da.  Həkimlər  belə
demişdilər.  Həkimlərin  söylədiklərinə  görə,  onun
arvadında  kişilik  hormonları  üstünlük  təşkil
etdiyindən,  bu  qadının  nə  vaxtsa  ana  ola  biləcəyi
ehtimalı  yox  idi.  Bu  bir  yana  qalsın,  həkimlərin
Milena
13


söylədklərindən sonra onda bir ayrı cür dəhşətli hisslər
baş qaldırmışdı; gecələr yuxudan dik atılır, yanında
yatan arvadının, arvadı deyil də yad bir kişi olduğunu
zənn edir, sarsılırdı. Bu hisslərlə də bütün günü özünü
qınayırdı, günahsız tatar qızını, ondan olan körpəsini
atdığı üçün. Məhz bu səhvinə, günahına görə Tanrının
qəzəbinə  tuş  gəldiyini  düşünürdü...  Bir  ara  uşaq
evindən övladlığa   uşaq götürüb saxlamaq, böyütmək
könlündən keçsə də, arvadına baxanda, onun haqqında
düşünəndə dünyadan, həyatdan doyur, usanırdı. Tezcə
də  fikrindən  daşınırdı.  Bu  qadınla  çox  yaşaya
bilməyəcəyini hiss edir, bir daha həyatını yükləmək
istəmirdi. Digər tərəfdən də, axı özünün doğmaca qızı
ola-ola başqasının uşağını övladlığa götürməyin bir
anlamı vardımı? Lap götürsə belə, o uşağı öz ürəyincə
böyüdə biləcəkdimi?.. Uşaq saxlayan idisə, öz halal
qızını  saxlaya,  böyüdəydi  də...  Son  günlər  oralar
çəkirdi onu özünə. Xüsusən, qızı haqda çox düşünür,
kövrəlirdi.  Əgər  yaşayırdısa,  indi  xeyli  böyümüş
olardı... Hələ o tatar qızı-yaraşıqlı, mehriban sevgilisi
Milena!.. Ona nə düşmüşdü ki, o cür gül-çiçək olduğu
halda,  kəpənək  kimi  uçub  gələ,  bu  qaratikana
qonaydı...    Heyif  tatar  qızından!..  Oka  çayının
sahillərində  nə  qədər  qol-qola  gəzmiş,  nə  qədər
ürəkdən  sevişmişdilər!..  Onun  bircə  dadlı  öpüşünü
dünyaya  dəyişmək  olmazdı!..  O  günlərdən  heyif!..
Günlərlə  Okanın  Volqaya  töküldüyü  yerin
yaxınlığında  dayanıb  bu  möhtəşəm  qovuşmanı
birlikdə  necə  heyranlıqla  seyr  etmişdilər!..  Hanı  o
gözəl, qayğısız günlər?!.. Getmək istəyirdi-həmişəlik,
ömürlük!  Bunu  çox  arzulayırdı,  amma  arvadından
Zəka Vilayətoğlu
14


necə ayrılacağını düşündükcə qanı it qanına dönürdü.
Boşanmaq  istəyini  heç  cür  dilə  gətirə  bilmirdi.  Bu
istəyini  bildirincə,  nələrlə  üzləşəcəyini,  arvadının
hansı vəziyyətə düşəcəyini təsəvvür edə bilmirdi...
...Balaca  rəssam  emalatxanasını  müxtəlif  janrda
çəkilmiş  rəsm  əsərləri  bəzəyirdi.    Divarın  bir
küncündə Okayla Volqanın coşquyla, sevgiylə biri-
birinə  qovuşmasını  əks  etdirən  gözəl  rəsm  əsəri
diqqəti  həmən  çəkirdi.  Oka  üzərindəki  nəhəng
körpüdə dayanaraq, suların axışına tamaşa edən gözəl
qadın rəsmi isə bu gözəlliyi tamamlayırdı. Bu, həmin
tatar  qızının  rəsmi  idi.  Saatlarla  bu  rəsmin  önündə
dayanır, tamaşa etməkdən doymur, bu anlar köksündə
yatmış xatirələr oyanır,  anasını ağladırdı. Ağlamaqdan
özünü güclə saxlayırdı. Tez-tez bu çayların hövzəsinə
çökən nazik duman örtüyü, indi onun gözlərinə çökür,
kövrəlir, doluxsunurdu. Çıxıb yenidən o yerlərə üz
tutmağın,  onu  sıxan,  incidən  bu  yerlərdən  can
qurtarmağın yollarını arayırdı. Artıq bu gediş üçün hər
tədarükü görmüşdü də. Son illərdə sifarişlə çəkdiyi
portretlərdən, mənzərə rəsmlərindən əldə etdiyi pulları
yığıb saxlamışdı. Üst-üstə üç min dollar pulu vardı.
Arvadının bu pullardan xəbəri yox idi. Buna baxma-
yaraq, onun da normal yaşayışını təmin edir, qəlbini
qırmamağa  çalışırdı.  Övladsızlıqlarının  səbəbkarı
arvadı olsa da, bunu heç vaxt onun üzünə vurmurdu.
Artıq bıçaq sümüyə dirənmişdi; bu gün-sabah açıb hər
şeyi arvadına deməyə qərar vermişdi. Onu xəlvəti atıb
getməyi  kişiliyinə  sığışdırmırdı.  Ayrılmaq,  ondan
boşanmaq istəyinin səbəbi təkcə övladsızlıq və onun
kişi  kimi  tüklü  olması  da  deyildi.  Arvadı  həm  də
Milena
15


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə