Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   ...   16   17   18   19   20   21   22   23   24

58 

 

8.    Təşkilatın  strategiyasının  və  inkişaf  planlarının  həyata  keçirilməsi  üçün 



zəruri ehtiyatlar. 

9. Strategiyanın zamana görə həyata keçirilməsinin əsas mərhələləri. 

11. Strateji planın maliyyə-iqtisadi qiymətləndirilməsi. 

Vurğulamaq  lazımdır  ki,  strateji  planlaşdımanın  təhlil  mərhələsinin  baş 

məqsədi  korporasiyanın  güclü  və  zəif  tərəflərinin  aşkarlanmasıdır.  Bu  tərəflərin 

təhlili  strateji  planlaşdırma  üçün  impuls  yaradır.  Strateji  planlaşdırmanın  proqnoz 

mərhələsinin  vacibliyi birmənalı deyil. Çox vaxt  korporasiyanın  müvafiq  xidmətləri 

təhlil mərhələsindən sonra, strateji planın işlənilməsi mərhələsinə keçirlər. Bu düzgün 

deyil.  Birincisi,  belə  yanaşmada,  ayrı-ayrı  mövzular  üzrə  proqnoz  işlənmələri 

qaçılmazdır (məsələn, rəqabət mühiti, bazarın vəziyyəti, ortaqların davranışı, ölkədə 

olan ümumiqtisadi vəziyyət  və s.). 

Qeyd etmək lazımdır ki, proqnozlaşdırmanın strateji planlaşdırmanın müstəqil 

mərhələsi kimi təcrid olunması, korporasiyanın ilkin vəziyyətində olan tendensiyaları 

nəzərə alaraq, ümumi şəkili təsəvvür etməyə imkan vermir. 

kincisi, müəyyən proqnozlaşdırma üsullarının istifadəsi ilə proqnoz işlənmələr 

imkan  verirlər  ki,  istehsalatın  genişlənməsi  zamanı  korporasiyanın  fəaliyyətini 

məhdudlaşdıran    amillər  aşkar  olunsun.  Buna  görə  bütün  proqnoz  işləmələr  strateji 

planlaşdırmanın  müstəqil  mərhələsi  kimi  ayrılmazdırlar.  Eyni  vaxtda  strateji 

planlaşdırma  təkcə  proqnozla  kifayətlənə  bilməz,  o  hökmən  strateji  plana 

arxalanmalıdır. Proqnozsuz plan – inzibati tədbirdir, plansız proqnoz – ədəbi əsərdir. 

Yalnız  bu  iki  mərhələnin  cütlüyü  tutarlı  strateji  planlaşdırmanı  həyata  keçirməyə 

imkan verər.  

Bü  tələblərə  arxalanaraq,  sosial-iqtisadi  proqnozlaşdırma  üsullarının 

sistemindən istifadə etmək olar. 



 


59 

 

Ekonometrik modelləşdirmə üsulları 

Korporasiyanın  inkişafını  modelləşdirmək  üçün  bir  çox  model  mövcuddur. 

Aşağıdakı modellərdən istifadə perspektivliyi sayılır: 

a) istehsal funksiyası modeli. Bu model ilkin məlumat kimi resurslar həcmini 

və onlardan istifadə əmsallarını (elastiklik əmsalları) özündə cəmləyir. Hər resursun 

həcmi və onun istifadə səviyyəsi ayrıca proqnozlaşdırılır. 

b)  dialoq  modeli.  Bu  model  mənasına  görə  istehsalat  funksiyasının  modelinə 

bənzəyir, amma ondan fərqli olaraq hesablamalar daha dəqiq səviyyədə olur. Burada 

ilkin məlumat kimi hansısa bir dövrün resurs həcmləri və nisbətləri özül kimi istifadə 

olunur, məsələn: yanacaq sərfi, enerji tutumu, metal tutumu, nəqliyat istifadəsi, əmək 

haqqının həcmi, istehsalat ilə əmək məhsuldarlığının nisbəti və s. 

bu  modellərin  tətbiqi  göstərir  ki,  korporasiyanın  ümumi  inkişafının 

parametrləri  resursların  həcmindən  və  nisbətindən  asılıdır  və  əksinə,  resursların 

həcmini bilərək korporasiyanın inkişafı səviyyəsini hesablamaq olar. Bu halda artımı 

məhdudlaşdıran  amillər  aşkar  olunur.  Strateji  plan  hazırlanarkən  bu  amilləri  aradan 

qaldırmaq üçün tədbirlər hesablanır. 

Ə

talət inkişafı və iqtisadi artımı məhdudlaşdıran amillərin ardıcıl olaraq 



aradan  qaldırılması  metodu.  Bu  üsul  korporasiyanın  inkişafında  yaranan 

tendensiyaların ekstrapolyası inkişafın məhdudlaşdırıcılarının aşarlanması və onların 

aradan qaldırlması üçün tədbirlərin görülməsi. Əgər təklif olunan tədbirlər ən güclü 

məhdudlaşdırıcını dəf etməyə imkan verirsə, ola bilər ki, meydana başqası çıxsın və 

onun  üçün  ayrı  tədbirlər  görülməlidir.  Bu  əməliyyat  o  vaxta  qədər  təkrarlanır,  ta  ki 

resursların artırılması üçün heç bir imkan qalmasın. 



nkişafın  lazımi  parametrlərini  əldə  etmək  üçün  məqsədin  qoyulması 

üsulu.        Bu  üsul  ondan  ibarətdir  ki,  əsas  prinsipial  məqsəd  qoyudur,  məsələn: 

istehsalın artımını və rentabelliyini müəyyən dərəcədə qaldırmaq və ətraf təsirlərdən 

maksimal  qorunmanı  təmin  etmək.  Bu  məqsədlərə  uyğun  inkişaf  parametrləri 



60 

 

müəyyən olunur və ilkin baza parametrləri ilə müqayisə olunur. Bunun əsasında tələb 



olunan  parametrlərə  çatmaq  üçün  resurslar  tələbatında  dəyişiklklər  və  əsas 

məhdudlaşdırıcılar  aşkar  olunur.  Bu  məhdudlaşdırıcıları  dəf  etmək  üçün  lazım  olan 

tədbirlər strateji plan həzarlanarkən nəzərdə tutulur. 

Nəticədə bu üsulu tətbiq edərkən proqnozlaşdırmanı dəqiqləşdirmək olar, yəni 

hansı vaxta iqtisadi artımın tələb olunan parametrlərinə nail olmaq olar. 

Empirik təyin olunan əsas məhdudlaşdırıcıya yönəlmiş üsul. Məsələn, hal-

hazırki  vəziyyətin  təhlili  nəticəsində  aşkar  olunub  ki,  gələcək  dövrün  əsas 

məhdudlaşdırıcı  sərmayələr  ola  bilər.  Bu  o  deməkdir  ki,  növbəti  mərhələdə,  yəni 

korporasiyanın  inkişafının  strateji  planının  hazırlanmasında,  sərmayələrin  cəlb 

edilməsinə diqqət yetirilməlidir. 

Qeyd  etmək  lazımdır  ki,  bütün  sadalanmış  üsullar  (mümkün  olan  başqaları 

kimi)  resursların  həcmlərinin  proqnozlaşdırılmasına  və  istifadəsi  dərəcələrinə 

ə

saslanır.  Sonradan,  iqtisadi  artımı  məhdudlaşdıran  amilləri  dəf  etmək  üçün  dəstək 



tədbirləri görüləcək. Bu üsullar bir-birindən başlanğıc nöqtələri və özəl göstəricilərin 

lokal (yerli) proqnozlarının ümumiləşdirmələri ilə fərqlənir. 

Bu  üsulların  üstünlükləri  ondadır  ki,  hər  hansı    üsulda  işlənən  lokal  proqnoz 

hesablamaları  (resursların  proqnozu,  onların  istifadə  dərəcələri)  müvafiq 

mütəxəssislərə tapşırıla bilər, ümumiləşdirməni isə xüsusi qrup həyata keçirər.  

Proqnozun  çoxvariantlılığı,  sonradan  isə  korporasiyanın  fəaliyyətinin  strateji 

planlaşdırması proqnoza  daxil  olan  müəyyən  ssenarilərlə təmin olunmalıdır.  Əsasən 

bu, korporasiyanın işindən asılı olmayan xarici parametrlərlə bağlıdır. 

Belə xarici amillərə; məsələn, korporasiyanın buraxdığı məhsula olan tələbatın 

ölçüləri,  məhsulun  qiyməti,  xarici  sərmayədarların  davranışı,  mümkün  vergi  ya 

gömrük dəyişiklikləri və s. 

Adətən proqnozlaşdırma zamanı, üç ssenari ilə özünü doğrultmuş sadə üsuldan 

istifadə  olunur:  bədbin,  nikbin  və  mümkün  ssenarilər.  Bunlara  müvafiq,  növbəti 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə