Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   ...   16   17   18   19   20   21   22   23   24

64 

 

nəzərdə  tutulmuşdur,  ona  görə  də  onların  həyata  keçirilməsi  nəticələri  nisbətən  tez 



təzahür  olunur  və  aşkar  edilmiş  yayınmalara  görə  tədbirlərin  daha  tez  görülməsi 

mümkündür. 

Burada  eləcə  də  onu  qeyd  etmək  vacibdir  ki,  bazar  iqtisadiyyatına  keçid 

şə

raitində taktiki planların strukturu, onların işlənilməsi prinsipləri və əsas bölmələrin 



prioritetləri  mühüm  şəkildə  dəyişir.  Belə  ki,  təşkilatın  illik  planı  bir  qayda  olaraq, 

dörd  əsas  bölmədən  ibarətdir:  marketinq  üzrə  plan,  maliyyə  planı,  istehsal  planı, 

təchizat  planı  və  s.  Məarketinq  üsulu  vasitəsilə  işlənib  hazırlanan  məhsulun 

marketinqi planı bütün növbəti bölmələr üçün «yaradıcıdır». Bazar münasibətlərinin 

inkişafı    mərhələsindən  və  firmanın  fəaliyyətindəki  yaranmış  xarici  şərtlərdən  asılı 

olaraq,    planların  bölmələrinin  prioritetləri,  onların  əhəmiyyəti  dəyişir.  Birinci  yerə 

satış planı və ya maliyyə planı və ya istehsal planı çıxa bilər. 

Zənnimizcə,  hər  bir  strateji  plan  mütləq  proqramlar  kompleksi  və  plan 

layihələrlə  təsdiqlənməlidiir.  Belə  ki,  məsələn,  təşkilatın    inkişafı  planı  ona  daxil 

edilmiş  tədbirləri  konkretləşdirən  qısa-,  orta-  və  uzunmüddətli  proqramlarla 

ə

saslandırılır.  Bu,  məhsulun  yeni  növünün  işlənilməsi  və  tətbiqi,  yeni  idarəetmə 



informasiya  sisteminin  işlənilməsi  və  tətbiqi  proqramları;  firmanın  təşkilati 

strukturunun  yenidənqurulması  və  s.  ola  bilər.  Proqramlar  öz  növbəsində  konkret 

layihələrlə təsdiqlənir. Hər bir layihə o mənada unikaldır ki, müəyyən dəyərə, həyata 

keçirilmə qrafikinə və texniki-iqtisadi parametrlərə malikdir. 

Strateji  planlaşdırmada  plan  sənədləri  sisteminin  formalaşmasının  mühüm 

metodoloji  xüsusiyyətini  qeyd  edək  –  inkişafın  dəyişən  xarici  şərtlərinə  təşkilat 

planlarının  adaptasiyası  mexanizminin  zəruriliyi.  Planların  adaptiv  xarakterinə  görə 

onlar  kifayət  qədər  çevik,  xarici  amillərin  gözlənilməz  dəyişikliklərinə  qarşı  asan 

uyğunlaşan olmalıdır. Buna əsasən strateji planlaşdırmanın adaptiv xarakterini təmin 

etmək  üçün  planların  bütün  növləri,  xüsusilə  taktiki  planlar  ağılasığmaz  şərtlər 

halında  fəaliyyətləri  nəzərdən  keçirməlidir.  Bu  fəaliyyətlər  məlum  metodiki  üsul 

vasitəsilə həyata keçirilməlidir – situasiyalı planlaşdırma. 




65 

 

Strateji  plan  öz  təbiətinə  görə  həmişə  subyektivdir  və  qeyri-müəyyənliyin  və 



risqin bəzi dərəcəsilə bağlı fərziyyələrə, rəylərə, proqnozlara və əvvəlcədən demələrə 

ə

saslanmışdır. Ona görə də təşkilat rəhbərliyinə əgər fərziyyələr və proqnozlar özünü 



doğrultmazsa,  nəyin  baş  verəcəyini  bilməsi  vacibdir.  Situasiyalı  planlar  qarşıya 

qoyulmuş suala cavab verməyə və təşkilatın gələcəkdə öz davranışının məqsədlərini 

və strategiyasını hansı dərəcəyədək dəyişdirməli olmasını müəyyənləşdirməyə imkan 

verir. 


Situasiyalı  planların  planların  ümumi  sisteminin  ordinar  bir  hissəsi  olduğu 

təşkilatlar  xarici  mühitdəki  dəyişikliklərə  tez  və  səmərəli  reaksiya  vermək 

qabiliyyətini  əldə  edir;  bu  reaksiya  bütün  planlar  sistemində,  hər  şeydən  əvvəl  cari 

fəaliyyətin planlarında öz əksini tapır. Beləliklə, adaptiv strateji planhər biri təşkilatın 

xarici  mühitində  yaranan  müəyyən  vəziyyətlərdə  fəaliyyətə  başlayan  situasiyalı 

planların toplusunu təcəssüm etdirməlidir. 

Strategiyanın  planlaşdırılması  və  həyata  keçirilməsi  prosesində  yerinə  yetirilən 

strateji  xarakterli  işlər  çoxluğu  arasında  strateji  ehtiyatların  mobilizasiyası  və 

paylaşdırılması vacib yer tutur. Bu iş strategiyanın həyata keçirilməsində zəruri şərt 

kimi xidmət edir və eyni zamanda strateji seçimin elementlərindən biridir. 

Planlar, proqramlar və layihələr sistemi idarəetmənin əsas funksiyasının yerinə 

yetirilməsilə  yanaşı  həm  də  strateji  və  taktiki  ehtiyatların  paylaşdırılmasında  zəruri 

vasitədir.Faktiki  olaraq,  planın  və  proqramın  keyfiyyətinin  ilkin  göstəricisi  kimi 

rəhbərliyin  ehtiyatları  onların  həyata  keçirilməsinə  ayırmaq  arzusudur.  Planlar 

ehtiyatları rəhbərliyin fikrincə, daha səmərəli olan və qarşıya qoyulmuş məqsədələrə 

nail  olmağa  gətirib  çıxaran  istiqamtlər  üzrə  paylaşdırmağa  köməklik  edir.  Bununla 

belə planlar növbəti suala tam cavab vermir: konkret olaraq, hansı ehtiyatlar və hansı 

miqdarda tələb olunur? 

Təşkilat  tərəfindən  seçilən  strategiyanın  həyata  keçirilməsi  və  növbəti 

fəaliyyətlərin  koordinasiyası  üçün  zəruri  ehtiyatların  tələbat  və  onların 

bölüşdürülməsi  üzrə  bir  neçə  metod  vardır.  Planlaşdırmanın  biinci  mərhələsində 



66 

 

ekspert  qiymətləndirilməsilərin,  normativlərə  əsaslanmış  müxtəlif  iriləşdirilmiş 



metodlar  istifadə  edilir.  Müxtəlif  planlar  arasındakı  razılaşmanın  təmin  edilməsi  və 

ehtiyatların  bölüşdürülməsi  üçün  istifadə  edilən  rəsmi  planlaşdırılmanın  daha  geniş 

yayılmış metodu  büdcələrin işlənib hazırlanmasıdır. 

Inkişafın  maliyyələşdirilməsində  dövlət  büdcəsinin  əsas  mənbə  kimi  xidmət 

göstərdiyi  bir  zaman  perspektiv  planlaşdırmanın  ölkə  praktikasında  bu  məqsədlər 

üçün  məsrəflər  smetası  işlənilirdi.  Büdcələrin  üstünlüyü  ondan  ibarətdir  ki,  onlar 

nəinki nə qədər və hansı ehtiyatların tələb olunması suallarına cavab verir, həmçinin  

onların tamamlanması mənbələrini də göstərir. Büdcənin mühüm cəhəti  ehtiyatların 

və  məqsədlərin  kəmiyyətcə  qiymətləndirilməsidir.  Daha  tez-tez  büdcələr 

göstəricilərin  dəyərlərində  işlənilir  və  qiymətləndirilir,  lakin  bəzən  də  müvəqqəti, 

ə

mək  və  natural  da  tətbiq  edilir.  Büdcənin  kəmiyyət  göstəriciləri  rəhbərə  təşklatın 



işindəki  müxtəlif  aspektləri  qiymətləndirməyə,  müqayisə  etməyə  və  koordinasiya 

etməyə imkan verir. 

Büdcənin işlənib hazırlanması növbəti sxem üzrə yerinə yetirilən kifayət qədər 

mürəkkəb və məsuliyyətli işdir: 

1.  Rəhbərlik  təşkilatın  ümumi  niyyətini,  hər  bir  STY  və  funksional 

yarımbölmənin məqsədlərini və strateji tapşırıqlarını elan edir. 

2.  STY    müəyyən  müddət  üzrə  planları,  proqramları  və  məsrəflərin  ilkin 

smetalarını  (büdcələri)  işləyib  hazırlayır.  Bu  sənədlər  idarənin  mərkəzi  orqanlarına 

göndərilir, burada onlar səlis təhlil edlir. 

3.  Rəhbər  orqanlar  STY  planına  lazımi  düzəlişlər  edir  və  büdcələrin 

dəqiqləşdirilməsi  üzrə  göstərişlər  verir,  faktiki  olaraq,  bu  mərhələdə  STY  arasında 

mövcud  ehtiyatların  bölgüsü  baş  verir  və  onların  maliyyələşdiriləcəyi  və  təchiz 

ediləcəyi  mənbələr  müəyyənləşdirilir.  Tam  işlənilmiş  büdcə  nəzərdən  keçirilmək 

üçün yenidən rəhbərliyə təqdim edilir. 

4.  Sonuncu  mərhələdə  rəhbərliyin  göstərişləri  əsasında  ehtiyatların  və  onların 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə