Microsoft Word zulu disser docx



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix27.03.2018
ölçüsü0,55 Mb.
#35161
1   ...   16   17   18   19   20   21   22   23   24

61 

 

mərhələdə korporasiyanın fəaliyyətinin strateji planının icraya qəbul olunmuş variantı 



seçilir. 

Ə

n  mürəkkəb  və  məsuliyyətli  məsələ,  korporasiyanın  fəaliyyətinin  strateji 



planının hazırlanmasıdır. Burada çox vacibdir, korporasiyanın inkişafının məqsəd və 

məsələlərini  düzgün  və  konkret  şəkildə  təyin  etmək.  Buna  görə  «məqsədlər  ağacı» 

üsulundan istifadə etmək olar.  

Beləliklə  «məqsədlər  ağacı»  üsulu  ondan  ibarətdir  ki,  əsas  məqsəd  ikinci 

səviyənin  məqsədində  dəqiqləşir,  onlar  isə  üçüncü  səviyyənin  məqsədlərində 

dəqiqləşir və beləliklə xırdalana-xırdalana ən aşağı səviyyənin məqsədlərinə çatır. 

Korporasiyanın  fəaliyyətinin  strateji  planının  hazırlanmasının  növbəti 

mərhələsi,  qoyulan  məqsədlərə  nail  olmaq  üçün  tədbirlərin  müəyyən  olunmasıdır. 

Buna  görə  proqnozlaşdırma  mərhələsində  aşkar  olunmuş  inkişafına  əsas 

məhdudlaşdırıcıları  haqqında  məlumatdan  görə  onu  dəf  etmək  tədbirlər  sistemi 

müəyyən olunur və mütləq onun yetirilməsinə məsul olan idarəetmə bölməsinin adı 

göstərilir. 

Strateji  plan  hazırlanarkən,  proqnozlaşdırma  mərhələsindəki  kimi  bir  sıra 

mümkün  variantlara  baxılmalıdır.  Onlara  əsas  kimi,  proqnoz  ssenarilərin  varinatları 

qəbul  edilməlidir.  Belə  vaxtda,  ən  mümkün  ssenariyə  əsaslanan  proqnoz  strateji 

planın  özülünü  təşkil  edir.  Bununla  birlikdə,  strateji  planın  daha  iki  variantının 

hazırlanması  məqsədəuyğundur:  nikbin  və  bədbin  variantları.  Əlbəttə,  ətraf  təsirin 

dəyişməsi qəbul olunan variantdan hər iki tərəfə dəyişə bilər. Ona görə hər ehtimala 

qarşı buna hazır olmaq lazımdır və ehtiyat planı hazırlanmalıdır. 

Beləliklə,  strateji  planın  tərtib  olunması  mərhələsində,  işin  texnoloji  prosesi 

özündə əks edir: 

-  maksimal  dərəcədə  açılmış  və  detallaşmış  məqsədlər  ağacının  hazırlanması 

və üstünlük təşkil edən məqsədlərin səciyyələndirilməsi; 

- qoyulmuş məqsədlərə nail olmaq üçün tədbirlərin müəyyənləşdirilməsi; 




62 

 

-  strateji  planın  yerinə  yetirilməsinə  yönəlmiş  təşkilati  təminatın  və 



ünvanlılığın yaradılması. 

Korporasiyanın fəaliyyətinin strateji planının funksional strukturunun müəyyən 

olması  böyük  əhəmiyyət  kəsb  edir.  Korporasiyanın  əsas  funksional  elementləri 

aşağıdakılar olur: 

Marketinq,  yəni  korporasiyanın  buraxdığı  məhsulun  bazardakı  vəziyyəti, 

xammal material, avadanlıq bazarlarının vəziyyəti və bazarda məhsulun satışına görə 

tədbirlərin görülməsi. 

Marketinqin əsas vəzifəsi alıcının tələblərinə uyğun olan məhsulun buraxılması 

və bununla məhsul satışının sabitləşməsi. 

Proqnozlaşdırılan vəziyyətdən asılı olaraq strateji inkişafın mümkün variantları 

hesablanır:  məsələn,  ya  istehsalatın  genişlənməsinə  vurğu  (məhsulun  sabit  satışı  və 

zəif  rəqbət),  ya  istehsalatın  məsrəflərinin  azalması  və  xidmətlərin  və  məhsulun 

keyfiyyətinin artması (güclü rəqabət şəraitində). 

Beləliklə,  marketinqin  baş  nəticələri  həm  analitik  həm  də  proqnoz 

mərhələlərdə  bazara  yeni  məhsulun  buraxılmasının  ya  mənəvi  cəhətdən  köhnəlmiş 

məhsulun çıxarılması haqqında qərarlarıdır. 

stehsal-texnoloji  planlaşdırma,  yəni  istehsalatın    inkişafının  və  onun  texniki 

səviyyəsinin  müəyyən  olunması.  Bu  funksiyaya,  məhsulun  keyfiyyətinin 

yüksəldilməsi  və  rəqabətə  davamlılığı,  xammal  bazasının  hazırlanması,  yeni 

texnologiyaların tətbiqi, köhnə avadanlığın dəyişdirilməsi, yeni güclərin işə salınması 

və s. 

Təşklatın inkişafı planı yeni nəsil məhsulların və xidmətlərin yaradılması üçün 



zəruri  tədbirləri  müəyyənləşdirir,  «fəaliyyətin  əsas  istiqamətlərində»  təyin  edilmiş 

yeni  mövqelərə  çıxış  yolları  daha  dəqiq  cızır.  Inkişaf  planı  növbəti  suallara  cavab 

verir: təşkilatın əmtəə və xidmətlərinə hansı şərtlər gözlənilir? yeni növ məhsulların 

yaradılmasını və yeni satış bazarlarının aşkar edilməsini asanlaşdırmaq üçün təşkilat 




63 

 

daxilində  hansı  şərait  və  abu-hava  olmalıdır?  Yeni  növ  məhsulların  və  xidmətlərin 



yaradılması üçün mövgud ehtiyatlar hansılardır? 

  nkişaf  planı  istehsal  edilən  məhsulu  tamamlamaq  və  ya  əvəzləməyə  nəzərdə 

tutulmuş  bazarların,  xidmətlərin  və  məhsulların  yeni  növlərinin  yaradılmasını 

xarakterizə edən diversifikasiya planının; təşkilatın hansı elementlərdən azad olmalı 

olduğunu göstərən təcrid  planının  (hansı məhsullardan,  əmlak  xidmətlərindən  və  ya 

struktur  yarımbölmələrindən);  mövcud  tələb  nəzərə  alınmaqla    yeni  əmtəələrin  və 

texnoloji  proseslərin  və  ya  artıq  istehsal  edilmiş  əmtəələrin  və  xidmətlərin  yeni 

bazarlarının  işlənib  hazırlanması  tədbirlərinin  əks  olunduğu  ETI  planının  işlənib 

hazırlanması  üçün  istiqamətləndirici  kimi  xidmət  edir.  Elmi  tətqiqat  işləri  planı 

təşkilatın bütün elementlərinə toxunur – məhsullar, bazarlar, maliyyə və idarəetmə. 

Taktiki  planlar  adatən    «cari  fəaliyyətin  planları»  və  ya  «mənfəət  planları» 

adlandırırlar.  Onlar  elə  bir  tədbirlərə  istiqamətlənmişlər  ki,  onların  köməyilə 

buraxılan  əmtəə  və  xidmətləri  istehsal  edilir  və  mövcud  bazarlara  daxil  olur.  Cari 

fəaliyyət  planı  hər  bir  funksional  zona  üçün  planlarla  təsdiqlənir  –  satış,  maliyyə, 

istehsal,  alqı  və  s.  Bu  planlar  strateji  planın  tərkib  hissəsi  olmasa  da  onunla  sıx 

bağlıdır. 

Taktiki  planlar  strateji  planların  həyata  keçirilməsində  əsas  vasitə  kimi  xidmət 

edir  və  bu  nöqteyi  nəzərdən  sonunculardan  bəzi  fərqlərə  malikdir  ki,  onları  da 

praktiki işdə nəzərə almaq zəruridir: 

-taktiki planları strateji  planlara, onların  inkişafına  tam  müvafiq şəkildə  həyata 

keçirirlər; 

-taktiki  planların  işlənib  hazırlanması  zamanı  növbəti  prinsip  həyata  keçirilir: 

«Kim planları yerinə yetirməlidirsə, o da onu işləyib hazırlayır». Başqa sözlə desək, 

ə

gər strateji plnlar və onlara görə qərarları təşkilatın ali rəhbərliyi qəbul edirsə, onda 



taktiki planlar orta dəstə rəhbərləri səviyyəsində işlənib hazırlanır; 

taktiki planlar bir qayda olaraq, strateji planlara nisbətən qısa zaman dövrü üçün 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə