Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə81/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   75   76   77   78   79   80   81   82   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
173
 
RƏHİM ƏLİYEV 
 
SÖZÜN DÖRD BİLDİRƏNLİK FUNKSİYASI 
 
1.1.  X1X əsrə  qədər sözlər məna daşıyan dil vahidi sayılırdı. Sözün mənası da onun maddi 
dünyaya aid olması ilə bağlanırdı. Sayılırdı ki, yazılı  və  şifahi söz mənaların daşıyıcısıdır. Söz 
şəklin və  mənanın vəhdətidir, söz və  məna ayrılmazdır.  Məsələn, lüğətlərdə sözlər ona görə 
toplanırdı ki, adamlar  ordan sözlərin bütün mənalarını öyrənsinlər.  
1.2. X1X əsrdə sözün işarə olması haqqında nəzəriyyə yarandı. İşarə– bildirdiyi şeylə birbaşa 
bağlı deyildir, ixtiyarıdır. Məsələn, tac– şahlıq işarəsidir. Şah öləndə onu oğlu başına qoyur, ondan 
sonra üçüncü adam başına qoyur və s.. Yəni tac bir işarə kimi çoxlu adamın şah olmasını bildirən 
işarə ola bilər. “Baş” sözünü işarə kimi götürsək, onun əlliyə  qədər müstəqim və macazi mənanı 
bildirdiyini görürük. Bilmədiyimiz sözləri eşidəndə onlar bizdə  məna yaratmır. Deməli, söz və 
məna vəhdət təşkil etmir. 
1.3. Sözün işarə təbiəti ilə onun yeni formulu ortaya çıxdı: söz= bildirən+ bildirilən. Bildirən 
- sözün yazılı  və ya eşidilən  şəklidir.  Bildirilən-  oxunan (görülən) və  eşidilən sözün yaddaş 
tərəfindən tanınandan sonra başda yaratdığı xatırlama prosesidir. 
1.4. F. Sössür  sözlərin  bildirənlik potensialını izah etməyə çalışıb. O, bu potensialın dil 
işarələrinin  o biri dil işarələri ilə münasibətlindən doğduğunu qeyd edir. Lakin bu münasibət 
kitabda, mətndə, mücərrəd məkanda deyil. Sözün bildirənlik potensialı ancaq söz işarələrinin 
yaddaşdakı qarşılıqlı münasibətindən doğur. Sözün bildirdiyi, onun bildirənlik xassəsinin 
reallaşması psixi bir prosesdir, yaddaş prosesidir.  
1.5. Lakin sözün bildirənlik potensialı dil işarələrinin münasibətindən  doğa bilməz. Niyə? 
Ona görə ki, dil işarələrinin özlüyündə məna daşıması yoxdur və biz bunu 1.2.-ci paraqrafda qeyd 
etdik. Sözün bildirənliyi onun işarə olmaq xassəsindən gələn  potensialdır. Sözün 1/ bildirənliyi 
yaddaşın onu tanıma xassəsindən doğur. Yaddaşda 2/ məna prosesinin yaranması isə eşidilən sözün 
yaddaşda müvəqqəti rabitələr zəncirini (İ.Pavlov) aktiv etməsidir. Yaddaşdaki bütün tanına bilən 
vahidlər o biri vahidlərlə bağlıdır. Məsələn, biz: ağac, budaq, yarpaq, meyvə  sözlərindən birini 
eşidiriksə, mütləq yaddaşda o biri üç söz də az-çox aktivləşir. Bütün sözlərin və yaddaş vahidlərinin 
yaddaşda belə “ekizləri” var. Yaddaşda  mənanın yaranması– ekizlərin, müvəqqəti rabitə 
zəncirinin aktivləşməsidir, yaddaşda gedən tanıma və xatırlama prosesi kimi ortaya gələ bilir. 
 1.6. Beləliklə,  sözün bildirdiyi, “yaratdığı” məna – yaddaş prosesi və yaddaş obrazıdır. Yəni      
başdaki saysız-hesabsız yaddaş vahidləri arasında  rabitə  zənciri yaradır. Bu zəncirdə isə dünyanı 
bildirmə, onun virtual obrazını yaratma iddiası olur: onu obraz, hökm, əmr, xəbər, nəzəriyyə, 
teorem və s. formasında aydınladır. Deməli, hər bir yaddaş obrazı  və yaddaş vahidi dünyanı 
bildirmə, aydınlatma potensialı  və funksiyası daşıyır. Xatırladaq ki, hələ rus dilçisi və filosofu 
A.A.Potebnya (1835-1891) poetik sözün səslənməsi və mənası ilə yanaşı obraz olmaq qabiliyyətini 
də qeyd edirdi. Ona görə biz yaddaş vahidlərini yaddaş obrazı adlandırırıq.  
2.1. Yaddaş obrazı  nədir? Bunu daha ətraflı araşdırmaq gərəkdir, ona görə ki, sözlər onların 
sayəsində 1/ tanınır, 2/ bildirənlik potensialını reallaşdırır, 3/müxtəlif yaddaş  həcmini yaradır. 
Deməli, sözdən əvvəl yaddaş obrazı olmalıdır və olubdur. Məhz yaddaş obrazı dilin sözdən əvvəlki 
bünövrəsidir. Ona görə ki, yaddaş obrazları beyindən kənara aid nəyinsə  işarəsidir. Nəyinsə özü 
deyil, çünki şey beyinə girib orda yerləşə bilməz. 
2.2. Yaddaş obrazı beyinə hiss üzvləri vasitəsi ilə daxil olan siqnallardan qalmadır. Bunlar 
saysızdır. Lakin beyin bunların bir hissəsini təkrar-təkrar duyub, görüb-eşitmə sayəsində tanıyır. 
Tanıma– beyinə  gələn minlərlə siqnalın içində  bəzilərini o birilərdən fərqləndirmə bacarığıdır. 
Fərqləndirmə – bir tərəfdən bir şeyi o biri ilə bağlamaqdır, o biri tərəfdən ayırmaqdır. Ayırmaq da 
elə bağlamaqdır, sadəcə birindən ayrıma o birinə daha rahat  bağlama üçün olur. Buna təcrid, 
abstraksiya da deyirik. Şeyin bir iki əlaməti onun  onlarla əlamətindən ayrılır, təcrid edilir. Bunu 


¹2(3)    èéóí 2012 
 
174 
yaddaş edir, çünki şeylər o biri şeylərlə saysız  əlaqələrə malikdir, yaddaş bu böyük həcmi 
mənimsəyib möhkəmlədə bilmir. Ona görə  əlamətlərinin çoxunu atır, asanlıq üçün bir necəsini 
saxlayır. 
2.3. Deməli, hər bir yaddaş obrazı (vahidi) təcridin nəticəsidir, yəni bildirilənin özü və ya 
fotosu deyil, onun əsas bir necə əlamətidir. Bu əlamətlərdən ibarətolma yaddaş obrazını 1/ işarəyə 
və 2/ müəyyən yaddaş həcminə çevirir. Yəni ikifunksiyalı edir. 
2.4. Yaddaş obrazının işarəliyi onun identikliyidir, yaddaşda tanına bilən olmasıdır. İşarəlik – 
siqnalın fərqləndirmə və tanıma prosesi yaradan alətlik funksiyasıdır. Yaddaşda tanınan işarə-obraz 
orada  həcmli xatırlama prosesinin  qıcıqlandırıcısı olur. Bu qıcıqlandırıcılıq potensialı yaddaş 
obrazının müstəqil işarəlik funksiyasıdır. 
2.5. Yaddaş obrazının  həcmı onun dünyaya aid bildirici informasiya yükü daşımasıdır. 
Yaddaş obrazının həcmi bir funksiyadır. O sabit bir şey kimi beyində müəyyənliyə malik deyil. 
Yalnız işarə-obraz beyin tərəfindən tanınandan sonra avtomatik yaranan xatırlama prosesidir.  Bu 
proses çox qısa olur və onun uzunluğu daxil olan işarələrin intensivliyindən asılı olur. 
2.6. Xatırlama prosesinin həcmi işarə obrazın ani olaraq aktuallaşdırdığı oyanma zəncirinin 
ölçüsündən asılıdır.  Bu zəncir bir-birinə yaxın,”ekiz” yaddaş vahidlərini  bir-birindən ayırma və bir 
biri ilə bağlama prosesidir. Eyni bir yaddaş obrazı müxtəlif adamlarda müxtəlif  yaddaş  həcmi 
yardır. Məsələn,  çöl ördəyi deyəndə peşəkar ovçuda detallı bir yaddaş  həcmi yaranır. Amma 
şəhərdə böyümüş yeniyetmə isə bu ifadədən ancaq hansısa bir quş  nəzərdə tutulduğunu anlayır. 
Müharibə sözü cavan əsgərə az şey deyir, amma hərbi  əməliyyatlarda iştirak etmiş zabitdə geniş 
yaddaş assosiasiyalar və xatirələr yarada bilir. 
3.1. Yaddaş obrazları İ.Pavlovun dediyi kimi, heyvanlarda da var. Onlar öz ovunu görmədən 
onu iyindən və səsindən tanıyırlar. Akula qan qoxusunu necə kilometr məsafədən hiss edir. Bu, ona 
görə mümkün olur ki, akulanın yaddaşında qan qoxusu yaddaş vahidi kimi artıq var idi, bunsuz 
tanıma baş verə bilməz.  İkinci tərəfdən, qan qoxusu akula üçün işarə rolu oynayır. Deməli, 
heyvanlar da davranış və ov prosesində işarələrdən istifadə edirlər. 
3.2. Lakin heyvanların və ibtidai insanların işarədən istifadə imkanları  məhdud idi. Çünki 
onlar təbii, instinktə girmiş  işarələrdən istifadə edə bilirdilər. Ovun qoxusu, səsi, ləpiri onun özü 
tərəfindən yaradılırdı. Bunlar təbii işarələr idi, təbiətdən hazır  şəkildə götürülürdü. Lakin səs və  
görmə işarəsini tanımaq, instinktiv səsləri tələffüz etmək və tanımaq fonetik dilə qədər görüb eşitmə 
qabiliyyətini, udlağın tələffüz imkanlarını inkişaf etdirdi. 
3.3. Dil isə süni işarələrdən istifadə mədəniyyətidir. Dil işarələrini insanlar öz iradələri ilə, öz 
təşəbbüsləri ilə yaradırlar və işlədirlər. Heyvanlarda məhz bu yoxdur.  
3.4. Lakin dilin meydana çıxması üçün əsas iki şeyi insanlar heyvanlardan miras aldılar. 1. 
Dünyanı bildirən yaddaş obrazlarını–onlara birinci siqnal sistemi də deyilir.  2. Yaddaş obrazlarını 
bildirən görümlü və  eşidimli işarələrdən istifadə etməyi, bu yolla yaddaşları  məqsədyönlü idarə 
etməyi. 
İnsanın hafizəsi və iradəsi instinktiv işarələrə avtomatik reaksiya verməyi öyrəndi. 
Təhlükədən qorunma, cütləşmə mövsümü, cağırışlarla bağlı instinktiv nidalar, yer və yol tanımanı 
mümkün edən görümlü işarələri tanıma– belə idi. 
3.5. Beləliklə, beyində  məqsədli yaddaş oyanması yaradan ilk işarələr yaddaş obrazlarının 
təbiətdəki qarşılığının gözə görünməsi və ya eşidilməsi  idi. Biz bunu yaddaş obrazının  prototipi 
adlandırırıq, semiotikada buna denotat da deyilir. Məsələn, heyvan və ibtidai adamın uçan quşu 
tanıması üçün qıcıqlandırıcı rolunu quşun özü oynayır. Prototipin özünü görməklə tanıma 
reaksiyasının baş verməsi artıq işarənin bildirənlik xassəsindən istifadənin ilk forması idi.  
4.1. Deməli, instinktlər də işarələrin bildirənlik xassəsinə əsaslanır. Hətta heyvanlar iy, səs və 
görmə işarələrindən instinkt səviyyəsində istifadə edirlər. 
Lakin bu məqalədə bizim mövzumuz fonetik söz işarələrinin bildirənlik funksiyalarıdır. Biz 
onlardan dördünü ən əsas və universal funksiyalar sayırıq. Onlar aşağıdakılardır: 
1.  Fonetik söz prototipi olan yaddaş obrazının bildirəni olur. 
2. Söz o biri sözün bildirəni olur.  


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə