Microsoft Word yazi III son doc



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə80/83
tarix19.07.2018
ölçüsü5,95 Mb.
#57068
1   ...   75   76   77   78   79   80   81   82   83

Ðöáëöê ÿäÿáèééàò äÿðýèñè 
 
 
171
İşarə  ↔ insan, cəmiyyət, qrup və s. münasibətləri praqmatikanın maraq dairəsinə aid olan 
məsələlərdir. Əlbəttə, bura mütləq sintaksis, semantika və siqmatika da daxildir, çünki hər bir işarə 
qayda üzrə düzülməli, nəsə ifadə etməli və obyekti əks etdirməlidir.  
Buraya yuxarıda adları  çəkilən funksiyalar- simptom  və siqnal funksiyası, yəni müsahibdə 
reaksiya oyatmaq funksiyası da daxil edilməlidir: deməli, ifadə funksiyası, təsvir funksiyası  və 
müraciət funksiyasından başqa yuxarıdakı funksiyalar da nəzərə alınmalıdır. 
Qeyd edək ki, praqmatika  az öyrənilən sahələrdəndir. Ancaq unutmaq olmaz ki, dünyanın 
idarə olunması bilavasitə işarələrin bu aspektindən asılıdır: müharibə, konflikt, dostluq, sevgi və s. 
Deməli, praqmatika linqvistik formalarla onlardan istifadə edənlər arasındakı münasibətləri 
öyrənir. Praqmatika danışanların ifadə etdiyi mənaları  tədqiq edir.O həm də kontekstual mənanın 
öyrənilməsidir. Praqmatika deyilən ifadədən daha çox məna çıxartmaq yollarını öyrənir. Praqmatika 
nisbi məsafəni öyrənir. 
Bunları “İkinci dilin mənimsənilməsi seriyasından” 2008-c ildə Oksford universitetində C.Yul 
çap etdirdiyi kitabında yazır.

Deməli, praqmatika söz və söyləmin hansı  mənada işləndiyini 
(semantika ilə bağlı), insanların harada və hansı  şərtlər daxilində necə ünsiyyətə girdiklərini 
(kontekst və situasiya ilə bağlı), dinləyənin deyiləndən nəyi və necə seçib götürməsi  şərtlərini 
(inferenslə bağlı) və deyilənlə deyilməyənlər arasındakı  fərqləri ayırd etmək, dinləyənin danışan 
üçün nə  qədər açıq və qapalı qalmasıdan asılı olaraq danışanın nə deməsini nisbiliyini  öyrənir. 
Göründüyü kimi, praqmatikanın maraq dairəsi kifayət qədər genişdir.  
Deyilən aspektləri ümumiləşdirsək belə qənaətə gələ bilərik: sintaksis dil işarələri arasındakı 
əlaqələri, işarələrin düzüm və seçim xüsusiyyətlərini və onlar;n ardcıllığının düz və səhv olmasını 
öyrənir ki, bu da dünyaya referens etmədən mümkündür. Semantika isə işarələrlə dünya reallıqları 
arasındakı əlaqələri öyrənir, yəni söz və ifadələr predmet, əşya və hadisə ilə necə əaqələnir, bu da 
deyilən fikrin gerçəkliyə uyğunluğunu və gerçəklik dəyərini müəyyən edir. 
Bu üç aspektin hamısı danışıq aktına bir hərəkət kimi yanaşır və bu axında hər biri öz 
məqsədinə uyğun olaraq axtarışlarda olur. Bunların hər üçündə söhbət linqvistik formadan  və ya 
işarədən gedir. Lakin bu işarəyə yanaşma bucağı fərqlidir. Praqmatik aspekti çözmək üçün belə bir 
misala müraciət edək: fərz edək ki, həftə sonu bağda istirahət edib gələn tanışınızın üzündəki 
qızartını görüb ondan soruşursunuz: ?Nə olub? 
   /Heç, bağda nəsə dişləyib// 
Bu kiçik mükalimədə  məlum olanla (üzdəki  şiş) məlum olmayan (nə dişləyib-cücü, milçək, 
bəlkə arı sancıb və s.) arasındakı  əlaqənin aşkarlanması söhbətin konkretləşməsinə köməklik 
göstərir. Yəni hadisə necə baş verib, adamın yatdığı vəziyyətdəmi olub, dişləyənin özü nə idi və s.? 
Propozisiya aydın olsa da presuppozisiya qaranlıq qalır, ona görə  də deyilən tam açılmamış qalır. 
Burada propozisiya həşaratın dişləməsidir. Müasir dilçilik terminləri lüğətləri popozisiyanı faktın 
göstərilməsi, cümlə məzmunu kimi açırlar, onu dildən asılı olmayan, cümlənin mənasının  illokutiv 
tip baxımından neytral, ümumi məxrəci bildirən, hər hansı bir varlığın məzmunu kimi götürür. 
Məsələn, biz deyəndə ki, /O siqaret çəkir// və almanca /Er raucht/  və ya /O siqaret çəkməyə 
adətkardır// və /Er raucht gewohnheitsmäßig// cümlələrinin referensi (/o-er/ və predikasiyası 
(/siqaret çəkir-raucht gewohnheitsmäßig/) eynidir. Özü də sual, təsdig və ya inkar    formalarında 
olsa da həmən eynilik qalır. Deməli, propozisiya cümlənin mənasınn həqiqət dəyərini təyin edən 
nüvədir, özü də söyləm formasının spesifik sintaktik forması  və leksik tutumu nəzərə alınmır.

Burada presuppoyisiza , yəni nəyin dişləməsi məlum deyildir. Biz presuppozisiyanı belə 
tərifləndirmişik: “Ünsiyyətdə bilavasitə adı  çəkilməyən, ancaq deyilənin tərkib hissəsi kimi başa 
düçülən informsiya presuppozisiya kimi dəyərləndirilə bilər.”
5
   
Danışan deyirsə ki,  /Qonşumuz  Əhməd  hələ boşanmayıb//, onda bu cümlənin presuppo-
zisiyası  aşağıdakılardan ibarətdir: Danışanın  bir qonşusu var, adı  Əhməddir. O da evlidir, 
boşanmaq istəyirmiş, ancaq hələ boşanmayıb. Deməli, onun evli olması  və boşanmaq istəməsi 
həmin cümlədə adı çəkilməyən, lakin güman edilən nəsnələrdr. 
Praqmatik aspektdə deyktik işarələr (o, bu) və ünsiyyət məqamında referntə dair məsafə 
(burada, orada, yuxarıdsa, aşağıda və s.), zaman bildirən deyksizlər (indi, sonra, felin zamanları) 


¹2(3)    èéóí 2012 
 
172 
mühüm  əhəmiyyət kəsb edir. Eyni zamanda referens (danışan dinləyənə  nəsə deyərkən üz 
söyləmlərilə ona işarə elədiyi  əşya və predmetləri eyniləşdirməyə mkan yaradır (məs., Nizami, 
yaxşı  şair və s. olmaqla ünsiyyətdən kənardakı reallıqları bildirir və  hər iki ünsiyyət iştirakçısına 
məlum reallıqladır) və inferens (ünsiyyət məqamında adını çəkdiyimiz və işarələdiyimiz obyekti və 
əşyanı öz fon biliklərimiz və kontekst daxilində götürdüyümüz) də praqmatik aspektin 
elementləridirr.
6
  
Semantik baxımdan /Azərbaycan Rusiyadan asılı deyildir// cümləsi düz deyildir, çünki burada 
əsas obyekt göstərilməyib. Ancaq /Azərbaycan dövləti hüquqi baxımından Rusiyadan asılı deyildir//  
cümləsi düzdür, çünki burada konkret olaraq obyekt göstərilib. 
Siqmatika soruşur ki, doğrudanmı bu üç varlıq arasındakı  əlaqələr belədir?  Əslində bu 
semantikanın davamıdır.  
Praqmatika isə soruşur: müstəqilliyi kimlər qəbul edir, necə, hansı şəraitdə, bu söz hansı hiss 
və həyacanı doğurur və s. 
Beləliklə, bütün bu deyilənlərdən sonra belə  nəticəyə  gəlmək olar ki, semiotika dil işarələri, 
onlar arasındakı münasibətlər haqqında ümumi nəzəriyyədir, onlar təfəkkürə, obyektiv gerçəkliyə 
və insana olan münasibətiləri ifadə edirlər.  
Deməli, bizə, ilk öncə verilən işarənin maddi varlığıdırsa, onda bunun arxasında söz-məfhum 
qarşılaşmasına uyğun gələn şeylər, əlamətlər və əlaqələr durur. Cümlə qarşılaşmasına isə mahiyyət 
uyğun gəlir. Söz cümlənin, məfhum isə ifadənin (fikrin) tərkib hissəsidir. Cümlə sözdən, ifadə 
məfhumdan qabaqdır. Dərketmənin məqsədi gerçəklik və varlıq haqqında bilik əldə etməkdir. İnsan 
gerçəkliyi araşdıranda ona rast gələn şeylər, əlamətlər və əlaqələr deyil, varlıqlardır, maddi aləmdir. 
Şeyləri, əlamətləri və əlaqələri insan maddi aləmi öz şüurunda inikas edən cümlələri təhlil etməklə 
üzə çıxardır. Cümlə və fikir ruhi fəaliyyətin işidir. Dərketmənin nəticəsi isə hökmdür. Hökm elə bir 
psixi aktdır ki, ondan cümlələrə mücərrədləşmə vasitəsilə keçirik. Hökm psixologiya və 
dərketmənin obyektidir, bu zaman psixi proseslər tədqiq olunmur. 
Söz məfhumun linqvistik forması olduğu kimi, cümlə də ifadənin linqvistik formasıdır. Söz və 
cümlə konkret dildən asılıdır, məfhum və ifadə isə dildən asılı deyildir. 
Nəhayət yuxarıda qeyd etdiyimiz siqmatik aspekt haqqında bir qədər ıtraflı danışmq istərdik. 
Siqmatika işarə ilə obyekt arasındakı münasibətləri araşdırır. Xüsusi metadil kimi öz ideal 
obyektindən danışarkən siqmatika ilə semantika arasındakı  fərqə fikir verməmək olar. O, süni 
dillərə tətbiq olunanda semantika və praqmatikadan fərqini daha aydın görmək olur. Məsələnin ilk 
dəfə elmi dövriyyəyə  gətirənin  Q.Klaus  olduğunu qeyd edən H.Bussman yazır ki, siqmatika 
semantikanın bir hissəsi kim götürülə bilər, çünki işarələr bilavasitə obyektiv gerçəkliyə aid 
deyillər, onlar əlaqələri məfhumlar vasitəsilə fadə edirlər. “Bu mənada,-deyə H.Bussman yazır,- 
siqmatikanın semantikadan fərqləndirilməsi ekstensiya və intensiya cütləri arasındakı qarşlaşmya , 
müvafiq olaraq, Q.Freqenin  məna və anlam qarşılaşmasına uyğun gəlir.”
7
 Biz məna ilə anlamın 
fərqini başqa yazıda   şərh etmişik.  
        
Ədəbiyyat və qeydlər 
 
1
  Bu  bölmənin  əsas idyaları müəllifin çap olunmuş  aşağıdakı  əsərlərindən götürülüb. Bax: 
F.Veysəlli. Bir daha dilin işarəviliyi hqqında. “Azərbaycanda Xarici Dillər” jurnalı, Bakı, 2007, 
s.19-33. Yenə onun: Struktur dilçiliyin əsasları.Studia Philologica.III, Bakı, 2009. 
2
G.Klaus.Göstərilən əsəri, s.57. 
3
G.Yule. Praqmatics. Oxford University.2008, s.3.. 
4
H.Bußmann. Lexikon der Sprachwissenschaft. Stuttgart, 1990, S.617; P. H.Matthews. Oxford 
Concise Dictionary of  Linguistics.Oxord University Press, 1997, p.300.  
5
F.Veysəlli. Struktur dilçiliyin əsasları. s.206. 
6
Yenə orada, s.203. 
7
H.Bußmann. Lexikon der Sprachwissenschaft.Stuttgart, 1990, s.684.  
 


Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə