Microsoft Word XIX esr az an doc



Yüklə 2,38 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix21.02.2018
ölçüsü2,38 Mb.
#27404
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

____________________Milli Kitabxana______________________ 

65 


 

Fəraqi-möhnətə düşmüş pərişikəstə olub,  

Vüsal seydinə səyyad gördüyün könlüm. 

 

Hücumi-möhnətü qəmdən, süpehri-əlayə  



Yetirdi naləvü fəryad, gördüyün könlüm. 

 

Çəkib şərarələr, etdi vücudimi, Heyran,  



Misali-kureyi-həddad gördüyün könlüm. 

 

* * * 



Bir namə yazım, badi-səba yarə yetirsin,  

Şərhi-qəmimi ol büti-xunxarə yetirsin. 

 

Hicran ələmi saldı ayaqdan məni-zari,  



Daruyi-vüsali mənə bir çarə yetirsin. 

 

Səbrim kəsilib, yar mənim canımı alsın,  



Ya şad eləsin vəsl ilə, didarə yetirsin. 

 

Dünyadə və üqbadə görüm mətləbə yetsin,  



Hər kəs məni ol yari-vəfadarə yetirsin. 

 

Bir yol verin, ey möhnəti-hicran ki, pəyamım  



Ta badi-səba ol gülü gülzarə yetirsin. 

 

Yüz həsrət ilə bu dili-hicranə giriftar,  



Əzm etdi, özün ol güli-bixarə yetirsin. 

 

Yüz niş ilə səddi-rəb olub xari-sitəmkar,  



Qoymadı özün ol gülə biçarə yetirsin. 

 

Gəl tanrı üçün bunca sitəm eyləmə izhar,  



Qoy yarə özün bu dili-avarə yetirsin. 

 

Bikəsliyimə rəhm eləsin xaliqi-biçün,  



Heyrani o şəhbazə digər-barə yetirsin. 

  



____________________Milli Kitabxana______________________ 

66 


 

** * 


 

Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,  

Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın. 

 

Bu dil ki ona mənzil idi, oldu xərabə,  



Əzm etsə əgər yar, dəxi harə qayıtsın? 

 

Şanə çəkibən çin-çin els, sal üzə zülfün,  



Qüllab kimi ucları rüxsarə qayıtsın. 

 

Mürği-dili-zarim genə avarə qalıbdır,  



Zülfün xəmin aç, ta ki bu avarə qayıtsın. 

 

Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin,  



Ərzin eləsin ol büti-xunxarə, qayıtsın. 

 

Çün kövkəbi-bəxtim yetişib nəhs məqamə,  



Bir əmr elə, ta sabitü səyyarə qayıtsın. 

 

Əhd et, edəsən canüvi sən sidq ilə qurban, Heyran!  



Yar əgər bir də bu gülzarə qayıtsın. 

 

** * 



 

Yetişib müjdeyi-canbəxş ki, canan gəliri  

Canibi-gülşənə ol sərvi-xuraman gəliri. 

 

Ayrılıq dərdi məni saldı ayaqdan, yarım- 



Etməyə bu dili-pürdərdimə dərman, gəliri. 

 

Əsibən badi-səba zülfi-siyahin dağıdıb,  



Mehr tek mah üzü oldu dirəxşan, gəliri. 

 

Qaməti sərvi-səhi, zülfı kəməndi-dilü can!  



Üzü gül, qaşı kaman, kirpiyi peykan gəliri. 

  



____________________Milli Kitabxana______________________ 

67 


 

Çün təbəssümlə olub ləl-ləbi dürrəfşan,  

Səhni-gülzar olub gülləri xəndan gəliri. 

 

Görsədib arizini, aləmi pürnur qılıb,  



Gün tülu etdi, üfüqdən məhi-taban, gəliri. 

 

Xəncəri-naz ilə qəmzə oxun almış əlinə  



Aşiqin qəsdinə bir afəti-dövran gəliri. 

 

O nə vəqtdir deyərlər, yar ötər şövkətilən,  



O nə gündür deyərlər: ol şəhi-xuban gəliri. 

 

Gər yetişsən o şəhin xidmətinə, dön başına,  



Elə, Heyran, canuvi sən ona qurban, gəliri. 

 

* * * 



Əsiri-möhnəti-hicran mənəm, mən,  

Qəribü zarü sərgərdan mənəm, mən. 

 

O gülzari-vüsalindən uzaqda, 



Çü bülbül ruzü şəb nalan mənəm, mən. 

 

Nə mənzil, nə məkan, nə xaniman var,  



Cahanda xəstəyi-dövran mənəm, mən. 

 

Sənin hicrin ilə, cy şəmsi-taban,  



Bulud tək daima giryan mənəm, mən. 

 

Bu məclisdə olub pərvanə misli,  



O nari-eşqilə suzan mənəm, mən. 

 

Əsiri-zülfün içrə yox mənim tək,  



Sədaqəllə sənə qurban mənəm, mən. 

 

Qanıma təşnəsən sən ey sitəmkar,  



Üzünə valehü Heyran mənəm, mən. 

  



____________________Milli Kitabxana______________________ 

68 


 

ZİKRİ ƏRDƏBİLİ 

 

Zikri  Ərdəbili Azərbaycanın istedadlı  şairlərindəndir. O, hicri tarixinin 



1205-ci (miladi 1790-cı) ildə anadan olmuşdur. Zikrinin əsl adı  İbrahim, 

atasının adı Həsəndir. O, şairlik sənətini ustadı Fikridən öyrənmişdir. Lirik şair 

olan Zikrinin şeirlərində ictimai motivlər və  vətənpərvərlik, saf məhəbbət 

hisslərinin tərənnümü qüvvətlidir. Onun bir sıra qəzəlləri vaxtı ilə dillər əzbəri 

olmuş xanandələr tərəfindən oxunmışdur.  Şeirlərindən nümunəvi 20 cildlik 

"Azərbaycan Klassik Ədəbiyyatı Kitabxanası "nın VIII cildindən (1988) 

götürülmüşdür. 

 

QƏZƏLLƏR 

 

Ey səba, bu ərzimi ərz etgilən cananıma,  



Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma. 

 

Gərçi bu çərxi-fələk səndən məni qıldı cüda,  



Barı sən, ey bivəfa, hərdəm nolur, gəl yanıma. 

 

Bilməzəm hərdəm neçin qanım tökər canan yerə,  



Hiç rəhm etməz mənim bu dideyi-giryanıma. 

 

Ahu tək hər yana nıəstanə dolandırma gözün,  



Az qalıbdır gözlərin rəxnə sala imanıma. 

 

Saqiya, dur, sağəri-sərşar doldur, nuş edim, 



Qəm yemə, gör çox yetibdir qəm, bu qəmli canıma. 

 

Canımı canan alıb, naseh, məni mən eyləmə,  



Bilmirəm bir can nədir ki, qıymayım cananıma?! 

 

Zikriyi-şuridədil sübhü məsa söylər: Fətək – 



Qoydun həsrət sən məni ol gözləri məstanıma! 

  



Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə