Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə271/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   266   267   268   269   270   271   272   273   274

M.P.Vaqif və müasirlik 

492


Son  olaraq  qeyd  etmək  lazımdır  ki,  qloballaşan  dünyada  mədəniyyətlərarası  ünsiyyətə  təsir  edən 

faktorları və bu faktorlardan istifadə qaydasını bilmək zərurətə çevrilmişdir. Ünsiyyət müraciətdən başlayır. 

Müraciət isə birbaşa olaraq nəzakətlilik ilə bağlıdır. 

Ədəbiyyat 

1. Əbdülrəhimov E. Linqvistik praqmatika. Bakı: Elm və Təhsil, 2014, 210 s.

2. Fauziati  E.  Linguistic  Politeness  Theory  //  Kesantunan  Berbahasa  Dalam  Berbagai  Perspektif,

Universitas Muhammadiyah Surakarta, 2013, 88-108 pp.

3. Holmes J. AnIntroduction to Sociolinguistic. London and New York: Longman, 1992. 412 pp.

4. Leech G. The Pragmatics of Politeness. Oxford: Oxford University Press, 2014, 343 pp.

5. Yule G. Pragmatics. Oxford: Oxford University Press, 1996, 138 pp.

6. https://en.wikipedia.org/wiki/Korean_honorifics

YUSİFLİ  QABİL, VƏLİYEV  QƏRİB, ƏLİZADƏ  FİKRƏT 

filologiya üzrə fəlsəfə doktoru 

Bakı Dövlət Universiteti 

MUSİQİ TARİXİMİZ VƏ YENİ ARAŞDIRMALAR 

Açar  sözlər:  musiqi  mədəniyyəti,  musiqi  tarixi,  Şərqdə  ilk  opera,  xalq  musiqisi,  Qərb  musiqisi, 

inteqrasiya, yüksək peşəkarlıq      

This  article  examines  the  history  of  Azerbaijani  musical  culture  by  Uzeyir  Hajibeyli,  a  genius 

composer, and notes that Azerbaijan is located in a geographical position in the east and west, the integration 

of Azerbaijani and Western cultures is a natural phenomenon. It is a natural process that is inevitable, so it is 

necessary  to  maximize  the  preservation  of  the  peculiarities  of  national  music,  as  well  as  Uzeyir  bey 

Hajibeyli. Look at opera music is a western-oriented music that has been integrated into Azerbaijan with the 

initiative and authorship of Uzeyir bey Hajibeyli in the beginning of the last century. On January 12, 1908 

(in  25  new ways),  he  founded  the  opera  "Leyli  and  Majnun"  in  Baku,  in  the  theater  of  Haji  Zeynalabdin 

Taghiyev, not only in Azerbaijan, but also in the entire Muslim east. 

Dünya  tarixində  elə  şəxsiyyətlər  olub  ki,  onlar  yaşadığı  dövrə,  mənsub  olduğu  xalqa  deyil,  bütün 

bəşəriyyətə və zamanlara aid edilirlər. Onların insanlığa xidmətdə bulunan həyatı və gördükləri işlər mövcud 

çərçivəyə  sığışmır  və  fəaliyyət  dairələri  müəyyən  bir  dövrü  təşkil  etsə  də,  yaratdıqları  əsərlər  zamanları 

aşaraq, bəşər övladının sərvətinə çevrilir, nəticədə, bu sənətkarlar, onların sənət əsərləri əbədiyaşar olur.  

Belə sənətkarlardan biri də Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ Xalq artisti (1938), 

Stalin  Mükafatı  laureatı  (1941),  "Lenin  Ordeni"  və  "Qırmızı  Əmək  Bayrağı"  ordeni  laureatı,  Azərbaycan 

Dövlət  Konservatoriyasının  rektoru  (1928-1929,1939-1948),  professor  (1940),  Azərbaycan  Bəstəkarlar 

İttifaqının  sədri  (1938-1948),  Azərbaycan  Elmlər  Akademiyasının  həqiqi  üzvü  (1945),  Azərbaycan  EA 

İncəsənət İnstitutunun direktoru (1945-1948), müstəqil Azərbaycan Demokratik Respublikası və Azərbaycan 

SSR  himnlərinin  bəstəkarı,  ilk  müsəlman  opera  bəstəkarı   Üzeyir  bəy  Əbdülhüseyn  oğlu  Hacıbəylidir.  O, 

yaratdığı inciləri ilə dünya musiqi mədəniyyəti tarixində özünə əbədi və şərəfli bir səhifə yazmışdır.  

Bakı Musiqi Akademiyasının yetirməsi olan türkiyəli musiqişünas, musiqi tarixinin mahir araşdırıcısı 

Dərya Ağca Azərbaycan musiqi mədəniyyətinin tarixini araşdırmaqla məşğuldur. O özünün bu işinə  dahi 

sənətkarımız, böyük bəstəkar, publisist, dramaturq, pedaqoq, ictimai xadim və müasir Azərbaycan peşəkar 

musiqi  sənətinin  və  Azərbaycan  milli  operasının  banisi,  Üzeyir  bəy  Hacıbəylinin  yaradıcılığını  tədqiq 

etməklə  başlamağa  üstünlük  vermişdir.  Ümumiyyətlə,  bütün  dünya  musiqi  mədəniyyəti  tarixinin  peşəkar 

araşdırıcısı  və  mahir  bilicisi  olan  Dərya  Ağca  uzun  illərdir  ki,  bu  sahədə  çalışır.  Bu  zamana  qədər  Qərbi 

Avropa  musiqi  mədəniyyətinin  tarixini  araşdıran  Dərya  Ağca  çox  maraqlı  faktlarla  rastlaşıb.  O,  Avropa 

opera musiqisində türk-osmanlı hərbi marşlarının fraqmentlərini aşkara çıxarıb. Avropa müəlliflərinin 120-

dən  çox  operasını  tədqiq  edən  alim  bu  operalarda  680-dən  çox  türkmənşəli  musiqi  fraqmentlərini  üzə 

çıxarmışdır. Dərya xanım Lulli, Skarlatti, Vivaldi, Motsart, Hendel, Haydn, Qlük, Bethoven və bir sıra başqa 

Avropa bəstəkarllarının əsərlərində türk motivlərinin olduğunu artıq  Avropa musiqişünaslığına çoxdan sübut 

etmişdir.   

İndi  isə  Dərya  Ağca  Azərbaycanın  musiqi  mədəniyyəti  tarixini  araşdırmaq  qərarına  gəlmişdir.  O, 

Azərbaycanın musiqi mədəniyyəti tarixinə dair bir sıra sanballı əsərlərin müəllifidir. Alimin dediyinə görə, 




M.P.Vaqif və müasirlik 

493


Böyük Türk Dünyasının özəl bir parçası olan Azərbaycanın musiqi mədəniyyəti və tarixi onu çoxdan özünə 

cəzb etmişdir. Min ildən artıq yaşı olan türk müsiqi mədəniyyəti tarixində Azərbaycan musiqisi çox önəmli 

bir  yer  tutur,  zira  Azərbaycan  musiqisində  olan  bu  qədər  məftunedicilik  musiqi  biliciləri  ilə  yanaşı,  sadə 

insanları da heyran edir, heyrətə gətirir və onu dinlədikcə insan ofsunlanmış kimi elə bir sehrli aləmə düşür 

ki, oradan insanın qəlbinə işıq süzülür, ruhu qidalanır. İnsan bu aləmdən doya, ayrıla bilmir.  

Dərya  xanım  Ağcanın  sözlərinə  görə,  Azərbaycan  musiqisi  nə  qədər  cəzbedicirsə,  bir  o  qədər  də 

rəngarəng və çoxçalarlıdır. Bir baxın bir yanda minillikləri aşıb gələn xalq yaradıcılığı olan musiqi, mahnılar 

(nəğmələr,  laylalar,  yallılar,  axıştalar,  toy  havaları  və  s.),  bir  yanda  əsrlər  yola  salmış  muğam  musiqisi  

(muğamlar, təsniflər, şikəstələr və s.) və başqa bir yanda isə sənət adamlarının yaratdığı incilər. Dünyanın bir 

çox  ölkəsində  olmuş  və  bir  sıra  xalqların  musiqi  tarixini  araşdırmış  Dərya  xanımın  fikrincə,  əsasən 

qərbmənşəli hesab edilən və Azərbaycanda böyük uğurla tətbiq edilmiş opera musiqisi, estrada musiqisi və s. 

də nəzərə alınsa, Azərbaycan musiqisində olan bu qədər rəngarənglik yaşadığımız dunyanın heç bir xalqının 

musiqisində  yoxdur.  Qərb  yönlü  musiqi  alətlərinin  mili  ansambllarda  istifadə  edilməsi,  qərbsayağı 

melodiyarın yaradılması və s. – bütün bunlar bəlkə də Azərbaycanın tarixi-coğrafi şəraitindən irəli gələn bir 

özəllikdir. Azərbaycan Şərqlə Qərbin qovuşduğu bir coğrafi mövqedə yerləşdiyindən mədəniyyətlərin bu cür 

inteqrasiyası çox təbii bir haldır. Bu, qaçılmaz olan təbii bir prosesdir və ondan da Üzeyir bəy Hacıbəyli kimi 

milli  musiqinin  özəlliklərini  qoruyub-saxlamaqla  maksimum  bəhrələnmək  lazımdır.  Opera  musiqisi 

qərbyönlü  bir  musiqi  növü  olsada,  Azərbaycana  keçən  əsrin  əvvəllərində  Üzeyir  bəyin  təşəbbüsü  və 

müəllifliyi ilə inteqrasiya olunub. O, özünün  1908-ci il yanvarın 12-də (yeni təqvimə görə 25-də) Bakıda 

Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, 

bütün müsəlman Şərqində opera sənətinin əsası qoymuşdur. Dahi sənətkar operanın librettosunu Füzulinin 

eyniadlı  poeması  əsasında  yazmışdır.  İlk  tamaşaya  istedadlı  aktyor  və  rejissor  Hüseyn  Ərəblinski  quruluş 

vermişdir.  Dirijor  isə  yazıçı-dramaturq  Əbdürrəhim  bəy  Haqverdiyev  idi.  Məcnun  rolunda  Hüseynqulu 

Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. Üzeyir bəyin fikrincə, Füzuli 

poemasının  ruhu,  lirikası,  "Leyli  və  Məcnun"  poemasının  romantizmi  məhz  muğam  kimi  möhtəşəm  bir 

musiqi  ilə  təcəssüm  oluna  bilərdi  ki,  bunun  da  öhdəsindən  dahi  sənətkar  layiq  olduğundan  da  artıq  gələ 

bilmişdir. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulmuşdur. "Leyli və Məcnun" ilə dünya 

musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Bu Üzeyir bəy Hacıbəyli dühasının 

məhsulu  idi.  O  dahi  bir  sənətçi  olaraq  "Leyli  və  Məcnun"  operası  ilə  kifayətlənmədi.  Bu  operadan  sonra 

Üzeyir bəy 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah 

Abbas  və  Xurşudbanu"  (1912),  "Əsli  və  Kərəm"  (1912),  "Harun  və  Leyla"  (1915)  muğam  operalarının 

librettosunu  xalq  dastanları  və  rəvayətlər,  və  eyni  zamanda  Firdovsinin  "Şahnamə"  əsərinin  motivləri 

əsasında  yazmışdır.Xalq  dastanı  əsasında  bəstələdiyi  "Əsli  və  Kərəm"  operasında  müəllif  muğamatla 

bərabər,  aşıq  musiqisindən  də  istifadə  etmişdir.  O,  "Koroğlu"  operasında  simfonik  orkestrin  tərkibinə 

Azərbaycan  xalq  musiqi  alətlərini  daxil  edərək,  orkestrin  rəngarəng  səslənməsinə  nail  olmuşdur.  Belə  bir 

uzlaşma o zamana qədər heç bir bəstəçiyə nəsib olmamışdı. 

Üzeyir  bəy  Azərbaycan  musiqisində  köklü  dönüş  yaratmış  dahi  bəstəkardır.  O,  XIX  əsrin 

əvvəllərinədək şifahi xalq  musiqi sənəti şəklində  mövcud olan Azərbaycan  milli  musiqisini Qərbi  Avropa 

bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə, 

Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.  

Dərya  xanımın  gəldiyi  qənaət  belədir  ki,  Üzeyir  bəy  Hacıbəylinin  yaradıcılığı  o  qədər  zəngin  və  o 

qədər çoxşaxəlidir ki, bir, iki, beş, on alimin araşdırması ilə başa gələn bir iş deyil, çünki onun yaradıcılığı 

elə bir dəryadır ki, oraya hər dəfə baş vurduqda yeni-yeni incilər tapır, yeni-yeni xəzinələr kəşf edirsən. O, 

sözün əsl mənasında, dahi və fenomen bir insan olub. Yaratdığı əsərlər nəinki Azərbaycanda, eləcə də bütün 

Şərq dünyasında indiyə qədər sevilir və bundan sonra da  seviləcəkdir. İllər ötəcək, əsrlər dəyişəcək, qoca 

tarix  Uzeyir  bəyi  və  onun  yaratdığı  əsərləri  yaşadacaqdır.  Yer  üzərində  musiqi  yaşadıqca  Üzeyir  bəy 

Hacıbəyli də yaşayacaqdır! 

Ədəbiyyat 

1. AbasovA. Üzeyir Hacıbəyov və xalq yaradıcılığı – Klassiklər həmişə müasirdir. Bakı, 2008

2. İbrahimov M. Tufanlara kömək edən bir qələm… Ədəbi qeydlər (məqalələr), Bakı, 1970.

3. Ordubadi M.S.. Böyük sənətkar barəsindəki xatıratım. – Bəstəkarın xatirəsi (məqalələr, xatirələr), Bakı,

1976.  


4. Rza R. Sadə və böyük insan. “Ədəbiyyat və incəsənət” qəzeti, 18 sentyabr 1968, № 39.


Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə