Microsoft Word Vaqif kitab son son ?sas 1 doc



Yüklə 7,29 Mb.
Pdf görüntüsü
səhifə270/274
tarix08.04.2018
ölçüsü7,29 Mb.
#36629
1   ...   266   267   268   269   270   271   272   273   274

M.P.Vaqif və müasirlik 

490


hədələyən  aktlar  (face  threatening  act)  adlanır.  Əgər  danışan  dinləyənin  simasını  hədələyə  biləcək 

söyləmləri azatmağa çalışırsa, bu simanı xilas aktı (face saving act) adlanır: Bura gəl (come here) – bura 

gələ bilərsiz? (could you come here?). Bu nümunədə birbaşa əmr formasını işlətmək yerinə sual formasını 

işlədərək simanı hədələyə biləcək səbəblərdən qaçılmışdır (5, s. 61). 

Ceffri  Liç  müsbət  və  mənfi  nəzakətliliyi  fərqləndirir.  O,  mənfi  nəzakətliliyə  daha  çox  önəm  verir. 

Çünki, bu inciklik törədə biləcək səbəbləri azaltamağa və yumşaltmağa yönəlmişdir. Məsələn, 

I am sorry to interrupt you but could you come here? (sizi narahat etdiyim üçün üzr istəyirəm, amma 

bura gələ bilərsiz?) və s. 

Dəvət, təklif, iltifat, təbrik və s. zamanı istifadə edilən söyləmlər müsbət nəzakətliliyə nümunədir. 

Həm  müsbət,  həm  də  mənfi  nəzakətlilik  xaraktercə  dərəcələnəndir.  Məsələn,  thanks-thanks  a  lot-

thank you very much; sağ olun-çox sağ olun-təşəkkür edirəm və s. (4, s. 11-13): 

C.Liç nəzakətliliyin səkkiz xüsusiyyətindən bəhs edir (4, s. 4-9): 

1) Nəzakətlilik məcburi deyil. İnsanlar daha çox məcbur qaldıqlarında nəzakətli olmağa çalışırlar.

Müxtəlif  mədəniyyətlərdə  bilərəkdən  nəzakətsiz  davranışlara  da  rast  gəlmək  mümkündür.    Məsələn, 

maraqsız keçən konsert, oyun, tamaşa  zamanı zal  çıxış edənləri fitə basa və ya alqış tələb  edilən zaman 

sükutla narazılıqlarını bildirə bilərlər ki, bu da nəzakətlilikdən uzaqdır. 

2) Nəzakətliliyin  ikinci  xüsusiyyəti  onun  dərəcəyə  malik  olmasıdır.  Məsələn,  bir  çox

mədəniyyətlərdə  ifaçılar  və  ya  aktyorlar  səhnədə  çıxışlarını  başa  vurduqdan  sonra  tamaşaçılar  qarşısında 

baş  əyirlər.  Fiziki  olaraq  insan  nə  qədər  çox  əyilərsə,  bir  o  qədər  nəzakət  göstərmiş  olur.  Eynilə  də 

tamaşıçıların uzun çəkən alqışı tamaşanı, oyunu, konserti və s. bəyəndiklərinin nəzakətlə ifadəsidir. 

Bir çox Asiya ölkələrində xüsusilə də Çin, Koreya və Yaponiya mədəniyyətlərində sosial əlaqələr və 

ünsiyyət  zamanı  baş  əymək  qəbul  edilmişdir.  Bu  zaman  insanların  nə  qədər  əyildikləri  onların  nə  qədər 

səmimi  və  nəzakətli  olduqlarnı  bildirir.  Bu  zaman  baş  əymək  situasiyadan  asılı  olaraq  salamlamaq,  üzr 

istəmək, xahiş etmək, təşəkkür etmək və s. kimi mənalar ifadə edə bilər. 

3) Nəzakətliliyin  cəmiyyət  tərəfindən  qəbul  olunmuş  normaları  vardır.  Məsələn,  konsert

bitdikdən  sonra  ifaçının  alqışlarla  yenidən  səhnəyə  qayıtması  nəzakətliliyin  yüksək  həddi  kimi  başa 

düşülür.  Əgər  ifaçı  səhnəni  tərk  etməzdən  əvvəl  alqışlar  qısa  müddət  ərzində  bitirsə,  onda  bu  yalançı 

nəzakətlilik kimi qəbul edilir. İngilis dilində bu situasiyanı izah edən bir məsəl vardır: “damning with faint 

praise.”  

4) Nəzakətliliyin  ifadə  edilib-edilməməsi  situasiyadan  asılıdır.  Məsələn,  oyun  zamanı  (futbol,

voleybol, tennis və s.) hər hansı bir oyunçu hesabı açırsa, bu alqışa səbəb ola bilər. Eyni zamanda, həmin 

oyunçunun hər hansı bir səhvi tamaşaçıların narazılıq səsləri, fiti və ya kobud ifadələri ilə müşayiət oluna 

bilər. 

5) Ünsiyyət zamanı tərəflər arasında nəzakətliliyin qarşılıqlı assimmetriyası mövcud olur. Yəni,



özünə qarşı az nəzakətli olub başqalarına qarşı daha nəzakətli olmaq qəbul ediləndir, əksi isə yox. 

6) Nəzakətlilik az və ya çox dərəcədə qəbul ediləndir:

I mərhələ: A B-ni dəvət edir --------- A B-nin təklifini rədd edir. 

II mərhələ: A B-ni yenidən dəvət edir---------B yenidən rədd edir. 

III mərhələ: A B-ni yenidən dəvət edir-------B nəhayət qəbul edir. 

Bu cür vəziyyəti restoranda hesabı ödəmək zamanı da müşahidə etmək mümkündür: 

A: Hesabı mən ödəyəcəm. 

B: Xeyir, mən. 

A: Xahiş edirəm izin verəsiniz mən ödəyim və s. 

7) Nəzakətliliyin  digər  aspekti  danışan  və  dinləyənlər  arasında  dəyərlərin  ötürülməsidir.

Məsələn,  danışan  dinləyənə  nəyisə  təklif  edir,  dəvət  edir,  təşəkkürünü  bildirir  və  s.  Həmçinin,  danışan 

həmsöhbətinə üzrxahlıq, baş sağlığı, iltifat, təbrik, təklif, məsləhət və s. bildirdikdə II tərəf I tərəfə əksər 

hallarda nəzakətlə cavab verir. İngilis dilində thank you ifadəsinə cavab daha çox inkarda verilir: not at all, 

no  problem,  it  is  nothing,  don’t  mention  it  və  s.  Azərbaycan  dilində  isə  bu  bir  qədər  fərqli  şəkildə  ifadə 

edilir: dəyməz, buyurun, xoşdur, heç bir problem yoxdur və s. 

8) Nəzakətliliyin  sonuncu  xüsusiyyəti  tərəflər  arasında  dəyərlər  balansını  saxlamaqdan

ibarətdir.  Bu  daha  çox  təşəkkür  və  üzrxahlıq  zamanı  özünü  büruzə  verir.  Bu  zaman  sanki  tərəflər  bir-

birilərinə olan “borcu” ödəmiş olurlar. Məsələn,  

A1: Təşəkkür edirəm (thank you). 

B1: Buyurun (not at all). 

A2: Üzr istəyirəm (I am awfully sorry) 

B2: Eybi yoxdur (Never mind, that is all right). 

 



M.P.Vaqif və müasirlik 

491


tərəfindən də tədqiq edilmişdir. O, nəzakətliliyin iki prinsipini ayırd edir: 

a) Aydın ol (be clear)!; Nəzakətli ol (be polite)!

b) Ünsiyyət zamanı tərəflər xaotik deyil, əksinə, məntiqi ardıcıllıqla söyləmlərini ifadə edirlər ki, bu

da  incikliyin  baş  verməsinin  qarşısı  alır.  Bu  zaman  R.Leykoff  P.Qraysın  “Ünsiyyət  maksimaları”nı  əsas 

götürür. Kəmiyyət – lazım olandan artıq danışma; keyfiyyət – doğru olduğuna inandığın şeyi de; relevantlıq – 

relevant ol; tərz – aydın ol, ikimənalılıqdan, anlaşılmazlıqdan uzaq qaç.    

R.Leykoff  Nəzakətli  ol  prinsipinə  üç  müddəa  əlavə  etmişdir:  məcbur  etmə;  fikirlərini  bildir; 

dostcasına yanaş (2, s. 90). 

Müraciət formaları. Bizim başqalarına müraciətimiz insanlarla sosial əlaqələrin yaradılmasında və 

qorunub  saxlanılmasında  mühüm  rol  oynayır.  Ünsiyyət  zamanı  müraciət  formalarından  biri  şəxs 

deyksisləridir.  İngilis  dilində  həm  formal,  həm  də  qeyri-formal  ünsiyyətdə  you  şəxs  əvəzliyindən  istifadə 

edildiyi halda, Azərbaycan və fransız dillərində qeyri-formal müraciət forması kimi sən, tu; formal müraciət 

forması  kimi  isə  siz,  vous  əvəzliklərindən  istifadə  edilir.  Eləcə  də,  danışanda  yaşca  və  statusca  böyük 

şəxslərə siz və vous ilə müraciət edilir. Lakin, müasir fransız dilində vous əvəzliyini işlətməkdən yayınma 

hallarına rast gəlinir ki, bu da dilə sadəlik gətirmək və anlaşılmazlıqdan qaçmaq üçün bir vasitədir. 

“Mən”  məkan  və  zaman  çərçivəsində  fəaliyyət  göstərir.  “Mən–indi-burada”  origo  adlanır  (mənşə, 

başlanğıc adlandırılmışdır) (1, s. 48). 

Bəzən biz və we əvəzlikləri I şəxsə müraciət zamanı deyil, digərlərinə müraciət zamanı istifadə edilə 

bilər ki, dinləyənin əvəzliklərdən bu cür istifadəni anlması üçün o, dil və istifadə edilmiş kontekst barədə 

müəyyən  məlumata  malik  olmalıdır.  Məsələn,  We  could  have  overcome  it  (biz  bunun  öhdəsindən  gələ 

bilərdik). 

Corc Yul inkluziv və ekskluziv “we” fərqləndirir. O, ekskluziv “we” dedikdə dinləyən istisna olmaqla 

danışan və onun ətrafındakı şəxslərə müraciəti, inkluziv “we” dedikdə isə danışan və dinləyənə müraciəti 

nəzərdə tutur (5, s. 11). 

A1: Biz sabah ezamiyyətə yollanırıq! 

A1: We are going on a buisness trip tomorrow (dinləyən istisna olmaqla danışan və onun həmkarları 

– ekskuliziv “we”).

B1: Əminəm ki, biz imtahandan uğurla keçəcəyik. 

B1: I am sure that we will pass the examination with success (danışan və dinləyən birlikdə - inkluziv 

“we”). 


Müxtəlif  mədəniyyətlərdə  qohumluq  əlaqələrini  ifadə  edən  sözlərlə  də  müraciət  mümkündür. 

Məsələn, ingilis dilində uncle, aunt, sister, brother; Azərbaycan dilində əmi, xala, dayı, bacı, qardaş və s. 

İngilis  dilində  bu  cür  müraciət  formaları  şəxs  adlarından  qabaq,  Azərbaycan  dilində  isə  şəxs 

adlarından sonra işlədilir və həm ailə üzvü, həm də ailə üzvü olmayan, lakin yaşca danışandan böyük olan 

şəxslərə  müraciət  zamanı  istifadə  edilir.  Məsələn,  uncle  Tom,  aunt  Mary,  Ləman  xala,  Kənan dayı  və s. 

Lakin, ingilis dilində danışanın tanımadığı şəxslərə bu cür müraciəti qəbul edilməz sayılır. Bu zaman sir, 

madam, mr., mrs., və ya miss müraciət formalarından istifdə edilir. Azərbaycan dilində və mədəniyyətində 

isə gənc nəslin tanımadığı, özündən yaşca böyük insanlara bu cür müraciəti qəbul ediləndir. 

İngilis dilində həkimə müraciət zamanı doctor sözündən sonra həkimin soyadı işlədilir. Yazıda isə bu 

öz  əksini  Dr.  Brown  şəklində  tapır.  Həkimlər  öz  həmkarlarına  qeyri-formal  situasiyalarda  doc  kimi 

müraciət edirlər. Azərbaycan dilində isə həkimin adından sonra “həkim” sözü işlədilir: Tural həkim. 

İngilis dilində müəllimə müraciət Azərbaycan dilində olduğundan bir qədər fərqlidir. Bu zaman ailə 

vəziyyətindən asılı olaraq Miss, Mrs, Ms (neytral), Mr sözlərindən sonra müəllimin soy adı istifadə edilir. 

Bunla yanaşı, professor və doctor (fəlsəfə doktorlarına) kimi də müraciət edilir. Azərbaycan dilində isə kişi 

cinsinə  müəllim,  qadın  cinsinə  isə  müəllimə  kimi  müraciət  edilir.  Son  zamanlarda  ali  məktəb  tələbələri 

qadın müəllimlərinə ad + xanım şəklində müraciət edirlər. Qeyd etmək yerinə düşər ki, Azərbaycan dilində 

müəllim sözü həm də müəllim peşəsinə malik olmayan şəxslərə müraciət zamanı da hörmət əlaməti olaraq 

istifadə edilir. 

Koreya, Yaponiya, Çin və s. kimi bir çox Asiya ölkələrində müraciət sistemi daha qəlizdir. Koreya 

mədəniyyətində ailə üzvlərinə müraciət zamanı hörmət əlaməti olaraq sözlərin sonuna -nim suffiksi artırılır. 

Məsələn, halmeoni-halmeonim (nənə), eomoeni-eomeonim (ata) və s. 

Əgər danışan və dinləyən eynihüquqlu insanlardırsa və bir-birilərini tanıyırlarsa onda adların sonuna 

–ssi  suffiksi  artırılır.  Məsələn,  Cheoul-ssi.  Lakin,  soyadların  sonuna  –ssi  suffiksini  artırmaq  kobudluq

əlaməti hesab edilir: Kim-ssi. 

-nim  suffiksi  isə  daha  çox  qabiliyyətə,  intellektə  və  biliyə  sahib  şəxslərə  müraciət  zamanı  istifadə 

edilir: seonsang-nim. Bundan başqa ya/a uşaqlara müraciət zamanı; Seonbae özündən böyük həmkarlara, -

hubae isə özündən kiçik həmkarlara müraciət zamanı; -gun formal mərasimlərdə, xüsusilə də toylarda bəyə, 

Praqmatik faktor kimi müxtəlif mədəniyyətlərdə nəzakətliliyn ifadə edilməsi Robin Leykoff

-yang isə gəlinə müraciət zamanı işlədilir (6). 



Yüklə 7,29 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə